Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2081/2021 13.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibiBayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh Qaraoğlan oğlunun iştirakları ilə, İddiaçı Qaraşova Sevatlana Akif qızının cavabdeh Qaraşov Mehman Qaroğlan oğluna qarşı evə köçmə tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı qızı Cavabdeh Qaraoğlan oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iki uşağı 26 sentyabr 2014-cü il təvəllüdlü Qaraşova Ofelya Mehman qızı və 15 avqust 2015-ci il təvəllüdlü Qaraşov Turab Mehman oğlu ilə birlikdə Bərdə rayon Zümürxan kəndində qeydiyyatda olduqları evə köçürlüməyi tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Qaraşova Svetlana Akif qızı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Qaraşov Mehman Qaraoğlan oğlu ilə 05 dekabr 2013-cü il tarixdə faktiki nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahlarından 26 sentyabr 2014-cü il təvəllüdlü Qaraşova Ofelya Mehman qızı və 15 avqust 2015-ci il təvəllüdlü Qaraşov Turab Mehman oğlu anadan olmuşdur. 05 dekabr 2013-cü ildə nikahlarını rəsmi qeyd etdirmişlər. O, gəlin köçdüyü gündən Bərdə rayonu Zümürxan kəndində Mehmana məxsus evdə birgə yaşamışlar. Hal-hazırda cehiz əşyaları da həmin evdədir. Bir müddət yaşadıqdan sonra aralarında olan münasibətlər pisləmiş, cox ciddi narazılçılıqlar yaranmış, bir ailədə yaşamaqları mümkün olmamışdır. Belə ki, cavabdeh içkiyə meyl etmiş, həddindən çox spirtli içkilər etdiyindən alkoqollu içkilərin aludəçisinə çevrilmişdir. İçkiyə olan asılılıq onu insanlıqdan çıxarmış, ailə başçısı kimi, ata kimi, öz vəzifələrini yerinə yetirməmiş, hər şeyi içkiyə qurban vermişdir. Ona, övladlarına aid geyim, cehiz əşyaları həmin evdədir. Hal-hazırda uşaqları ilə birlikdə kirayədə alır, günəmuzd işləyərək, uşaqlarını saxlayır. Yaşamağa mənzili yoxdur, cavabdeh onları həmin evə buraxmaq istəmir, bildirir ki, bu mənzil ona məxsusdur. Məhkəmə iclasında İddiaçı Akif qızı iddianı müdafə edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Qaraoğlan oğlu iddianı qəbul etməyərək, izahatında göstərdi ki, 2013-cü ildən bəri iddiaçı onunla birlikdə Bərdə rayon Zümürxan kəndində bir yerdə yaşamışdır. Sadəcə indi birgə yaşamaqları mümkün deyil. Bir yerdə dava-düşür, problem yaranır, buna görə də iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxx 1988-ci tarixdə anadan olmuşdur. Belə ki, iş materiallarında olan Seriya AZE ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Qaraoğlan oğlu 28 sentyabr 1991-ci ildə Ukrayna Respublikasında doğulmuşdur, Bərdə rayonu, Zümürxan kəndində yaşayır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə rayonu, Soğanverdilər kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 177 nömrəli, 21 may 20021-ci il tarixli arayışdan görünür ki, Qaraşova Svetlana Akif qızı Bərdə rayonu Soğanverdilər kəndində yaşayır. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Qaraşova Svetlana Akif qızı ilə Cavabdeh 05 dekabr 2013-cü il tarixdı faktiki nikaha daxil olmaqla, 05 dekabr 2013-cü ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Tərəflər birlikdə Bərdə rayonu, Zümürxan kəndində yaşamışlar. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Qanunvericiliyin yuxarıda qeyd edilmiş normalarından da müəyyən edildiyi kimi, yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Eyni zamanda, yaşayış binasından istifadə hüququnun əmələ gəlməsi və ya xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti kimi vəzifələri, eyni zamanda onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması hüququ vardır. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanunvericiliyin anologiya üzrə tətbiqi adlanan 11-ci maddəsinə istinad etməklə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin mənzil sahəsi üzərində istifadə hüququnun həyata keçirilməsi barədə müvafiq maddələrinin tətbiq edilməsi məqsədəuyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qaununvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Göründüyü kimi iddiaçı mübahisəli evə köçürülən zaman heç bir qeyd-şərt müəyyən edilməmiş və bu barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Eyni zamanda iddiaçının köçmək istədiyi fərdi yaşayış evi heç kimin adına qeydiyyatda deyil. Yəni iddiaçı və cavabdeh arasında iddianın predmetini təşkil edən münasibətlər yarandığı vaxt ev heç kimin adına qeydiyyatda olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Azərbaycan Respublikasının Konstitusiyanın 43-cü maddəsinin İ bəndinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, mübahisə predmeti olan fərdi yaşayış evi hazırda heç kimin adına qeydiyyatda deyil və həmin ev üzərində İddiaçı Akif qızının övladları 26 sentyabr 2014-cü il təvəllüdlü Qaraşova Ofelya Mehman qızı və 15 avqust 2015-ci il təvəllüdlü Qaraşov Turab Mehman oğlu ilə birlikdə yaşamaq hüququ var. Odur ki, iddia tələbi təmin edilməli, İddiaçı övladları 26 sentyabr 2014-cü il təvəllüdlü Qaraşova Ofelya Mehman qızı və 15 avqust 2015-ci il təvəllüdlü Qaraşov Turab Mehman oğlu ilə birlikdə Cavabdeh məxsus Bərdə rayonu Zümürxan kəndində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddiaçı qızı Cavabdeh Qaraoğlan oğluna qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilsin. İddiaçı qızı 26 sentyabr 2014-cü il təvəllüdlü Qaraşova Ofelya Mehman qızı və 15 avqust 2015-ci il təvəllüdlü Qaraşov Turab Mehman oğlu ilə birlikdə Bərdə rayon Zümürxan kəndində Cavabdeh məxsus evə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2081/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2081/2021
13.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver