Məhkəmə qərarları › İş №2(021)-2083/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2083/2022

27.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2083/2022 27.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına, Maraqlı şəxs1nə qarşı “himayədə olma faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci ildə anadan olmuş X2 və xx.xx.2018-ci ildə anadan olmuş X3 onun öhdəsində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs2 ilə 2015-ci ildə ailə qurmuş, nikahlarını xx.xx.2018-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından iki övladları vadırxx.xx.2015-ci təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X8. Bərdə Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(021)-69/2021 saylı qətnaməsinə əsasən Maraqlı şəxs2 ilə aralarında olan nikah pozulmuş, uşaqlar Maraqlı şəxs2 himayəsində qalmış, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment tutularaq Maraqlı şəxs2 xeyrinə verilmişdir. Hazırda uşaqlar onun himayəsində yaşayır. xx.xx.2015-ci ildə anadan olmuş X7 hazırda Bərdə rayon Qaradəmirçi kənd tam orta məktəbində təhsil alır, digər övladı xx.xx.2018-ci ildə anadan X8 isə Bərdə rayon Qaradəmirçi kəndində yerləşən uşaq bağçasına gedir. Hazırda sosial məsələlərin həlli ilə bağlı xx.xx.2015-ci ildə anadan olmuş X7 və xx.xx.2018-ci ildə anadan olmuş X3 onun himayəsində olmaları faktinin müəyyən olunması zərurəti yaranmışdır. Ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, xx.xx.2015-ci ildə anadan olmuş X2 və xx.xx.2018-ci ildə anadan olmuş X3 xx.xx.2021-ci il tarixdən onun himayəsində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs2 ərizə təqdim edərək, uşaqların 2021-ci ilin iyul ayından atalarının yanında yaşadığını, onların ərizəçinin himayəsində saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Maraqlı şəxs3 Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının, Maraqlı şəxs1 nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edəm şəxslərin izahatlarını dinləyib, işdə olan materialları araşdırıb ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs3 Başçısının Qaradəmirçi kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, Ərizəçi Bərdə rayon Qazıqurdali kəndində yaşayır. İş materiallarına əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1999-cu il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə regional ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV № 106467 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X8 xx.xx.2018-ci ildə anadan olmuşdur. Atası Ərizəçi, anası X4r. İş materiallarına əlavə edilmiş Bərdə regional ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV № 082276 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X7 xx.xx.2015-ci ildə anadan olmuşdur. Atası Ərizəçi, anası X4r. İş materiallarına əlavə edilmiş Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 397638 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi və X6 arasında olan nikah Ağdam rayon xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında pozulmuş, nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Ağdam Rayon Məhkəməsinin 2(013)-69/21 saylı 03 fevral 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Ərizəçi ilə X6 arasında xx.xx.2018-ci ildə Bərdə regional "Asan xidmət" mərkəzi qeydiyyat şöbəsində 285 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2015-ci ildə anadan olmuş Ümid və xx.xx.2018ci ildə anadan olmuş Ülvi adlı uşaqların yetkinlik yaşına çatana qədər anası X1 himayəsində saxlanılması, xx.xx.2020-ci ildən başlayaraq Ərizəçi xx.xx.2015-ci ildə anadan olmuş Ümid və xx.xx.2018-ci ildə anadan olmuş Ülvi adlı uşaqların yetkinlik yasına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulub X5 verilməsi qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs1 xx.xx.2021-ci il tarixli icra sənədinin qaytarılması barədə qərarından görünür ki, tələbkar X6 xx.xx.2021-ci ildə şöbəyə ərizə ilə müraciət edərək, icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etdiyindən icra sənədi məhkəməyə qaytarılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, Ərizəçi “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinin tələblərinə uyğun olaraq Arayış verilmişdir. İş materiallarına əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia ərizəsinin verilməsinə görə 50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər 2015-ci ildə ailə qurmuş, nikahlarını xx.xx.2018-ci ildə rəsmiləşdirmişlər. Birgə nikaharından xx.xx.2015-ci il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X8 adlı uşaqları vardır. Bərdə Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(021)-69/2021 saylı qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş, uşaqlar analarının himayəsində saxlanılmış, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Ərizəçi aliment tutularaq Maraqlı şəxs2 xeyrinə verilmişdir. Hazırda uşaqlar bir ildən artıqdır ki, ərizəçinin himayəsində yaşayır. Buna görə də uşaqların Ərizəçi himayəsində olmaları faktının müəyyən olunması zərurəti yaranmışdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmçinin “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Ailə Məcəlləsinin 60.4-cu maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Ailə Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq valideynlər: uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludur; uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyır; digər şəxslərlə muqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqa malikdir; uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludur; uşaqların umumi otra təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil muəssisəsinin və təhsil formasını seçmək huququna malikdirlər. Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, oz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq huququna malikdir. «Uşaq Hüquqları haqqında» Konvensiyanın muddəalarında qeyd olunur ki, yetikinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqlarının layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 ataları Ərizəçi himayəsində olması sübut olunduğundan Ərizəçi ərizəsi təmin edilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən 50 manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixdən ataları Ərizəçi himayəsində olmaları faktı müəyyən edilsin. Ödənilmiş 50 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar