Məhkəmə qərarları › İş №2(021)-2086/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2086/2023

09.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2086/2023 09.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə istifadə hüququnun yaranması və uşağı ilə birlikdə evə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh yaşadığı Bərdə rayonu, Nizami küçəsi ev 8-də yerləşən evə istifadə hüququnun tanıdılması və bir azyaşlı uşağı ilə birlikdə həmin evə köçürülməsinə dair qətnamə qəbul olunmasini xahiş etmişdir. İddiaçı iddia ərisəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2022-ci ilin yanvar ayında qeyri-rəsmi olmaqla ailə qurmuşdurlar. Onların qeyri-rəsmi nikahlarından 05 dekabr 2022-ci il təvəllüdlü X12 dünyaya gəlmişdir. Qeyri-rəsmi nikah olmasına baxmayaraq Cavabdeh atalığı qəbul etmişdir. Cavabdeh öz ailəsini fikirləşmir, işləyib uşağına və ailəsinə baxmaq barəsində heç bir iş görmür. Əvvəllər bir qədər mehriban yaşamışlar, lakin sonralar cavabdehlə aralarında ziddiyyətlər, düşmənçilik münasibəti yaranmışdır. Qeyd olunanlara əsasən tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmənin iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərərk, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh hazırda qeyri-rəsmi olaraq yeni ailə həyatı qurduğunu, sözügedən mübahisəli evdə özü ilə birlikdə anası və həyat yoldaşının yaşadığını bildirdi. Odur ki, iddianın rədd olunmasını xahiş etdi. Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddia tələbinin əsassız olduğunu bildirərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Kəlbəcər rayonu Bozlu kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon Güloğlular kənd İnzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş 381 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Güloğlular kəndində yaşayır. Mülki işə əlavə olunmuş Seriya AA 352742 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Kəlbəcər rayonundan məcburi köçkündür. Mülki işə əlavə olunmuş AZ-İ № 431160 nömrəli Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin sürətindən görünür ki, 05 noyabr 2022-ci il tarixdə İddiaçı doğulmuş Məryəmin atası Cavabdehdur. Mülki işə əlavə edilmiş AZ-İV № 804896 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2022-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Mülki işə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli №3-21-3-46/2-3114/2023 saylı məlumatından görünür ki, Cavabdeh adına fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. O cümlədən qeyd edilmişdir ki,Bərdə şəhəri Nizami küçəsi 8B/1 saylı mənzil ümumi birgə mülkiyyət hüququ üzrə X7 və X1 adlarına xx.xx.2018-ci il tarixli,********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülki işə əlavə olunmuş AZ-İ № 300076 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 07 yanvar 2009-cu il tarixdə vəfat etmişdir. Mülki işə əlavə edilmiş AZ-İ № 866540 saylı Ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X7 13 aprel 2017-ci il tarixdə vəfat etmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2018-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 07 yanvar 2009-cu il tarixdə vəfat etmiş X1 vərəsələri gəlini-X8 və nəvəsi- Cavabdehdur, şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X2 verilmiş **********93-05101- 093001 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 52.7 kv/m,yaşayış sahəsi 20.9 kv/m, köməkçi sahəsi 31.8 kv/m olan 2 otaqlı mənzilin X2 aid olan hissəsindən ibarətdir. Mülki işə əlavə edilmiş xx.xx.2018-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X4 vərəsələri-həyat yoldaşı X8 və oğlu-Cavabdehdur, şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRXnin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X2 verilmiş **********93-05101-093001 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 52.7 kv/m,yaşayış sahəsi 20.9 kv/m, köməkçi sahəsi 31.8 kv/m olan 2 otaqlı mənzilin X5 məxsus hissəsindən ibarətdir. Mülki işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 21.8-ci maddəsinin tələblərinə uyğun olaraq Arayış verilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh ilə qeyri- rəsmi ailə qurmuşlar. Onların birgə yaşayışından bir uşaqları vardır. Tərəflər ailə qurub həmin mübahisəli evdə yaşamışlar. Həmin mənzil mərhum X4 və mərhum X1 daşınmaz əmlakın dövlət reyestrində adlarına qeydiyyata alınmışdır. Cavabdeh vərəsə kimi tanınsa da mübahisələndirilən mənzil dövlət reyestrində Cavabdeh adına qeydiyyata alınmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı mövqeyini bildirərək aşağıdakıları qeyd etməyi zəruri bilir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, sözü gedən ev rəsmi reystrdə mərhum X4 və mərhum X1 adına qeydiyyata alınmışdır. Həmçinin mübahisəsiz hal ondan ibarətdir ki, cavabdehin mərhum oğlu ilə iddiaçı qeri- rəsmi ailə quraraq sözügedən mənzildə yaşamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13-cü maddəsi yaşayış sahələrinə aşağıdakılar aid etmişdir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələrimehmanxanalar, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X10 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, tərəflər arasında qeyri-rəsmi ailə münasibətləri olmuşdur. Mənzil Məcəlləsinin 30-cü maddəsi isə qeyri-rəsmi ailə münasibətlərini tənzim etmir. Ev qeydiyyatdan keçmiş ev olduğundan bura sosial kirayə münasibətəri də tətbiq oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında yaranan münasibətə MM 228-ci maddəsi də tətbi oluna bilinmir. Belə ki, MM-nin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Burada hər hansı bir qeyd alınmadanda söhbət gedə bilməz. İşdən müəyən olundu ki, belə bir hüquq dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “evə istifadə hüququnun yaranması və uşağı ilə birlikdə evə köçürülmə” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar