Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2086/2024 24.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X15 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Evdən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh öz cehiz əmlakları ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Laçın rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə 21 yanvar 2014-cu il tarixdə ünvan 1 ünvanında ona xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasənda 2 otaqlı mənzil verilmişdir. Ailə üzvlərinin sayı isə iki nəfər göstərilmişdir-X4 və qızı X11. X4 xx.xx.2017-ci il tarixdə X3 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan övladları yoxdur. Cavabdeh ailə qurandan bu günə qədər nə ona, nə də ailə üzvlərinə həmin mənzildə yaşamağa imkan vermir. Onun hər iki övladı xəstədir. Hazırda övladları Maştağa Ruhi əsəb dispanserində müalicə alırlar. Hazırda cavabdehin ona məxsus olan yaşayış sahəsindən çıxarılmasını istəyir, çünki onların bir yerdə yaşamaları mümkün deyil. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, hazırkı halda həmin evə sahiblik və istifadə hüququna, eləcə də mülkiyyət hüququ əldə etmək barədə əsaslı “gözləntiyə" malikdir. Bu isə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət” anlayışına daxildir. Aralarında olan münasibətlərə bu konteksdən yanaşma Avropa Məhkəməsinin presedentlərində formalaşan hüquqi mövqeyə uyğundur və qeyd olunan xüsusatlar mövcud mübahisəyə mülkiyyət hüququna dair normaların tətbiq olunmasına imkan verir. Qeyd olunanlara əsasən hesab edir ki, mübahisəyə oxşar, yəni, mülkiyyətçi ilə yaranan münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq olunmalıdır. İddiaçı məhkəməyə teleqram göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alıb, işə onun iştirakı olmadan baxılmasını və iddiasının təmin edilməsini xahiş etmişdir. 13 iyun 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı onun qayınanasıdır. 2017-ci ildə iddiaçının X4na ərə gələrək ailə qurmuş, ailə qurduqdan sonra iddiaçının və onun ailə üzvlərinin yaşadıqları Bərdə rayonu 866 saylı qəsəbə bina 5, mənzil 7-yə gəlin köçmüşdür. Həmin evdə o, İddiaçı, əri Ehtiram Həsənov və baldızı Ziyafət Həsənova yaşamışlar. Hazırda İddiaçı Bakı şəhərində digər qızının yanında yaşayır. X5 isə psixi pozuntusu var. Onu Bərdə rayonu 866 saylı qəsəbə bina 5, mənzil 7-yə əri Ehtiram Həsənov köçürmüşdür. Başqa yaşayış yeri yoxdur. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-nin 185.5-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 göstərdi ki, iddiaçı anası, cavabdeh isə arvadıdır. Onların qeydiyyat ünvanları ünvan 2 qəsəbə bina 5, mənzil 7-dir. Qeyd olunan mənzil 2 otaqdan ibarətdir. Orada o, anası, bacısı və cavabdeh yaşayırlar. Cavabdeh həmin evə onunla ailə qurub gəlin köçmüşdür. Hazırda anası Bakı şəhərində digər bacısının evində yaşayır. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1948-ci ildə Laçın rayonu Kərəviz kəndində anadan olmuşdur, Laçın rayonu Hacısamlı kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh xx.xx.1980-ci ildə Ağdam rayonu Salahlı kəndində anadan olmuşdur, Laçın rayonu Hacısamlı kəndində qeydiyyatdadır. AA seriyalı 359355 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkün kimi Bərdə rayonunda məskunlaşmışdır. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 07 iyun 2021-ci il tarixli 515 nömrəli arayışdan görünür ki, X1 şəhər poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatındadır, İ qrup əlildir. Diaqnoz: Şizofreniya paranoid forma, fasiləsiz gedişli. Psixi qüsur halı. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 07 iyun 2021-ci il tarixli 514 nömrəli arayışdan görünür ki, X2 şəhər poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatındadır, İİ qrup əlildir. Diaqnoz: Orta dərəcəli əqli gerilik, şəxsiyyətin psixopatizasiyası ilə. 30 oktyabr 2003-cü il tarixli 291467 nömrəli vəsiqədən görünür ki, X11 İ qrup əlildir. 02 fevral 2008-ci il tarixli 287110 nömrəli vəsiqədən görünür ki, X12 İİ qrup əlildir. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Bərdə Rayon Nümayəndəliyi tərəfindən Bərdə Rayon Məhkəməsinə ünvanlanmış 14 iyun 2024-cü il tarixli 140 nömrəli məktubdan görünür ki, ünvan 5 ünvanda yerləşən mənzil 2013-cü ilin noyabr ayında ailə başçısı İddiaçı olmaqla, X4 və qızı X6 verilmişdir. Cavabdeh xx.xx.2017-ci ildə X12 ilə bağlanmış nikaha əsasən həmin evdə qeydiyyata alınmaqla hazırda qeyd olunan ünvanda yaşayır. Mülki mübahisənin gerçək hallarından görünür ki, 21 yanvar 2014-cu il tarixdə ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzil ailə başçısı İddiaçı olmaqla, X4 və qızı X6 xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında verilmişdir. İddiaçının oğlu Ehtiram Həsənov 2017-ci ildə cavabdehlə evlənərək ünvan 5 ünvanda yerləşən, 2013-cü ilin noyabr ayında ailə başçısı İddiaçı olmaqla, X4 və qızı X6 verilmiş mənzilə gəlin köçmüşdür. Cavabdeh həmin evdə qeydiyyata alınmış və hazırkı vaxtadək qeyd olunan mənzildə yaşamışdır. Göründüyü kimi, cavabdehin sözügedən mənzildən başqa yaşayış yeri yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 43.1.-ci maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. İşin faktiki hallarını nəzərə alıb, istinad edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən mənzil 2013-cü ilin noyabr ayında ailə başçısı kimi İddiaçı olmaqla, X4na və qızı X6 verilmiş mənzil olduğundan, Cavabdeh 2017-ci ildə iddiaçının oğlu Ehtiram Həsənovla evlənərək həmin mənzilə gəlin köçürülməklə iddiaçının ailə üzvü kimi qəbul edildiyindən sözügedən mənzildə onun yaşayış və istifadə hüququ vardır. Ona görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 217-ci maddəsinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı “Evdən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-2086/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2086/2024
24.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver