Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2090/2023 15.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X2 iclas kаtibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı5 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh Nemət oğluna qarşı “torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh Nemət oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Köbər kəndində yerləşən onların mülkiyyətinə verilmiş 1,51 ha pay torpaq sahələrinin zəbt etdiyi 0,10 ha-dan Cavabdeh Nemət oğlunun çıxarılmasına, onların həmin torpaq üzərində sahiblik və istifadə hüquqlarının bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1, İddiaçı2, Qurbanova (Göyüşova) Ceyhunə Mürsəl qızı, İddiaçı5 və İddiaçı3 Bərdə rayon Aqrar İslahat Komissiyasının 1998ci il tarixli, 10 saylı qərarına əsasən 1.51 ha torpaq sahəsi verilmiş, həmin torpağa JN- 0078 saylı KOD: 61015078 olan Dövlət aktı da almışlar. Qeyd edilən torpaq sahələri onlara tanıdılsa da, bir neçə illərdir ki, 1.51 ha həmin torpaq sahələri onlara iki yerdən verilmiş, yəni 2-ci yerdən verilmiş 0,85 ha torpaq sahələrinin 0,10 hektarını Ağdam rayon sakini, Bərdə rayon Köbər kəndində məskunlaşmış Cavabdeh Nemət oğlu zəbt etmiş, halhazırda onun istifadəsindədir. Yaşayışları və güzəranlarını təmin etmək üçün torpaq sahələrindən istifadə etmək istəsələr də, Cavabdeh Nemət oğlu torpaqlarını onların istifadəsinə qaytarmamışdır. Bu səbəbdən də torpaqdan istifadə hüquqlarını bütünlükdə həyata keçirə bilmirlər. Dəfələrlə ondan pay torpaq sahələrindən çıxmasını tələb etsələr də, bir nəticəsi olmamışdır. Odur ki, Bərdə rayon Köbər kəndində yerləşən onların mülkiyyətlərinə verilmiş 1,51 ha pay torpaq sahələrinin zəbt etdiyi 0,10 ha-dan Cavabdeh Nemət oğlunun çıxarılmasına, onların həmin torpaq üzərində sahiblik və istifadə hüquqlarının bərpa edilməsinə dair məhkəmə qətnaməsinə ehtiyacları var. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı5 iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh Nemət oğluna məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıları dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarına əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1954-cü ildə Goranboy rayonu, Qaraqoyunlu kəndində anadan olmuşdur. Bərdə rayonu, Köbər kəndində yaşayır. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı5 xx.xx.1982-ci ildə Bərdə rayonu, Köbər kəndində anadan olmuşdur. Bərdə rayonu, Köbər kəndində yaşayır. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1957ci ildə anadan olmuşdur. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 xx.xx.1980-ci ildə Bərdə rayonu, Köbər kəndində anadan olmuşdur. Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yaşayır. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1985ci ildə anadan olmuşdur. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mirzəxan-Qaraqoyunlu kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 276 nömrəli arayışdan görünür ki, İddiaçı1 hal-hazırda Bərdə rayonu, Köbər kəndində yaşayır və qeydiyyatdadır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mirzəxan-Qaraqoyunlu kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 285 nömrəli arayışdan görünür ki, İddiaçı1 ailə üzvləri bunlardır: arvadı İddiaçı2, övladları İddiaçı5 və İddiaçı3dur. Bərdə rayon Vəkil Bürosu tərəfindən Bərdə rayon X10 Malik Nemət oğlunun harada qeydiyyatda olması ilə bağlı sorğu göndərilmişdir. Bərdə rayon polis şöbəsi tərəfindən Bərdə rayon Vəkil Bürosuna ünvanlanmış sorğuya xx.xx.2023-cü il tarixli 3-13-68/2-13511 saylı cavabdan görünür ki, Cavabdeh Ağdam rayonu, Əlimədətli kəndində yaşayır və qeydiyyatdadır. Torpağa mülkiyyət hüququna dair JN- 0078, KOD: 61015078 nömrəli dövlət aktın surətindən görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, X6, İddiaçı5 və İddiaçı3 Bərdə rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı ilə 1,51 ha torpaq sahəsi verilmişdir. Ərizəçi İddiaçı1 ünvanlanmış 03 mart 2023-cü il tarixli 3-21-3/42-2/932/2023 saylı Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, Bərdə rayon Köbərkənd kəndində yerləşən 0,85 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəyə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsində baxılmışdır. Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün zəruri olan invertarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, sənədləşdirmək istədiyi 0,85 ha torpaq sahəsi ilə X3 X4 göstərilmiş torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluq vardır. Belə ki, həmin məlumatlara əsasən torpaq sahəsinin miqdarı 0,75 ha-dır. Yuxarıda qeyd olunan səbəbə görə 0,85 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Lakin, rəsmi razılığı əsasında şəxsin faktiki istifadəsində olan 0,75 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması mümkündür. Nəzərə çatdırırlar ki, 0,75 ha torpaq sahəsinə dair notarial qaydada təsdiq olunmuş azalma ərizəsi ilə 7 saylı Bərdə Ərazi İdarəsinə rəsmi müraciət edəcəyiniz təqdirdə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması məsələsinə baxılacaqdır. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2090/2023 nömrəli qərardadın surətindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh Nemət oğluna qarşı “torpaqdan çıxarılma” tələbinə dair mülki iş üzrə torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Ərazi idarəsinə həvalə olunmuşdur. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair JN-0048, KOD 61000038 nömrəli Dövlət Aktına əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 mülkiyyətində olan torpaq sahəsi Cavabdeh və ya başqa bir şəxs tərəfindən istifadə edilir mi? 2) Həmin torpaq sahəsi zəbt edilmişdir mi və əgər edilmişdirsə kim tərəfindən və nə qədər hissəsi zəbt edilmişdir? 3) Ekspertiza zamanı yaranan digər sualların araşdırılması ekspertə izah edilmişdir. Ekspertiza keçirilməsi və rəyin verilməsi işin ekspertə təqdim edildiyi gündən müddəti 30 (otuz) gün müəyyən edilmişdir. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-2090/2023 saylı, 01 iyun 2023-cü il tarixli mülki işi üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Cavabdeh qarşı "torpaqdan çıxarılma" tələbinə dair mülki iş üzrə Bərdə rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli 2(021)-2090/2023 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır. İddiaçıların və cavabdehlərin iştirakı ilə məhkəmə qərardadında mübahisələndirilən torpaq sahəsinin koordinatları naturada təyin edilərək TEKUİS məlumat bazası ilə müqayisə edilmişdir.
1. Sual. Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair JN-0078, KOD 61000038 nömrəli Dövlət aktına əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 mülkiyyətində olan torpaq sahəsi Cavabdeh və ya başqa bir şəxs tərəfindan istifadə edilirmi? Cavab: TEKUİS məlumat bazasına əsasən "Torpağa mülkiyyət hüququna dair" JN- 0078 nömrəli Dövlət aktı ilə iddiaçıların mülkiyyətinə 0.75 ha pay torpaq sahəsi nəzərdə tutulmuşdur Bu səbəbdən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 mülkiyyətində olan torpaq sahəsi Cavabdeh və ya başqa bir şəxs tərəfindən istifadə edilmir.
2. Sual: Həmin torpaq sahəsi zəbt edilmişdirmi və əgər edilmişsə kim tərəfindən və nə qədər hissəsi zəbt edilmişdir? Cavab: TEKUİS məlumat bazasına əsasən iddiaçıların mülkiyyətinə 0.75 ha pay torpaq sahəsi nəzərdə tutulmuşdur. Halhazırda naturada 0.75 ha torpaq sahəsindən istifadə edirlər və həmin torpaq sahəsi digər şəxs tərfindən istifadə edilmir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, X1 7 manat və 0,40 manat xidmət haqqını ödəmişdir. İş materiallarında olan ********** nömrəli xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı1 məhkəmədə iddia qaldırılması üçün 100 manat dövlət rüsumunu və 0,40 manat xidmət haqqını ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh Nemət oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Köbər kəndində yerləşən onların mülkiyyətinə verilmiş 1,51 ha pay torpaq sahələrinin zəbt etdiyi 0,10 ha-dan Cavabdeh Nemət oğlunun çıxarılmasına, onların həmin torpaq üzərində sahiblik və istifadə hüquqlarının bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” işdə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə iddiaya münasibət bildirərək qeyd edir ki, hazırki iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına və təqdim edilmiş sənədlərə əsasən iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 məxsus olan Bərdə rayonu, Köbər kəndində yerləşən 1,51 ha pay torpaq sahəsinin 0,10 ha hissəsinin Cavabdeh Nemət oğlu tərəfindən zəbt edilməsinə dair mötəbər sübutlar iddiaçılar tərəfindən məhkəməyə təqdim edilməmiş və mütəxəssis tərəfindən yerində baxış keçirilib rəy tərtib edilməklə iddiaçıların mülkiyyətinə verilməsi nəzərdə tutulmuş 0,75 ha torpaq sahəsinin cavabdeh və ya başqa şəxs tərəfindən zəbt və ya istifadəsi müəyyən edilməmişdir. Bundan başqa iş materiallarında DƏDR p.h.ş. 7 saylı Əİ tərəfindən verilmiş bildirişdən və mütəxəssis rəyindən də görünür ki, torpağın JN 0078 KOD 61015078 saylı mülkiyyət hüququna dair dövlət aktı ilə iddiaçıların mülkiyyətinə verilməsi göstərilmiş 1,51 ha torpaq sahəsinin bir hissəsi faktiki olaraq 0,85 deyil, 0,75 ha hissədən ibarətdir və həmin 0,75 ha hissə üzərində iddiaçıların mülkiyyət hüquqlarının qeydə alınması nəzərdə tutulmuş və həmin hissə də mülkiyyətçi olan iddiaçıların faktiki (naturada) istifadəsindədir. Geri qalan və mübahisəli olan 0,10 ha üzərində torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluq olması səbəbindən iddiaçıların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün olmamışdır. Belə olan halda mübahisəli olan 0,10 ha hazırda iddiaçıların mülkiyyətində olmadığından iddiaçıların cavadeh və ya hansı üçüncü şəxslərdən həmin sahədən çıxarılmasını tələb etmək hüququ yoxdur. Buna görə də iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh Nemət oğluna qarşı “torpaqdan çıxarılma” tələbinə dair iddiası rədd olunmalıdır. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh Nemət oğluna qarşı “torpaqdan çıxarılma” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Fuad Babaşov