Məhkəmə qərarları › İş №2(021)-2096/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2096/2024

19.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2096/2024 19.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X25 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (bundan sonra ərizəçi və ya Ərizəçi) Maraqlı şəxs2 olmaqla “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X3 ilə Maraqlı şəxs2 birgə nikah dövründə dünyaya gəlmiş 04 iyun 2008-ci il təvəllüdlü X12 və 23 mart 2010-cu il təvəllüdlü X10 onun himayəsində olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X7 onun bacısıdır. Bacısı X1 Qalib Vaqif oğlu ilə rəsmi olaraq ailə qurub evlənmiş, birgə nikahlarından 3(üç) övladı doğulmuşdur. Övladlarından biri yetkinlik yaşma çatmış, yetkinlik yaşına çatmayan övladları isə 04 iyun 2008-ci il təvəllüdlü X16 və 23 mart 2010-cu il təvəllüdlü X11r. X2 Maraqlı şəxs2 ilə aralarında bağlanmış nikahları 21 yanvar 2013-cü ildə rəsmi olaraq pozulmuşdur. Nikah pozulduqdan sonra hər 3 uşaq bacısının himayəsində qalmış və bacısı onun yanında yaşamağa başlamışdır. Bacısı uzun sürən xərçəng xəstəliyindən 14 noyabr 2023-cü ildə vəfat etmişdir. X18 xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün onun övladlarına elə həmin vaxtdan o baxmışdır. Bacısı vəfat etdikdən sonra da övladları onun himayəsində olmuş və onlara özü baxaraq bütün tələbatlarını ödəmişdir. Maraqlı şəxs kimi qeyd etdiyi bacısının sabiq əri Maraqlı şəxs2 bacısı ilə aralarındakı nikah pozulmamışdan öncə başqa bir qadınla evlənmiş və ondan övladlarıda var. Maraqlı şəxs2 övladları ilə heç bir zaman maraqlanmamış, onları görməyə belə gəlməmişdir. Buna görə də bacısının övladları 04 iyun 2008-ci il təvəllüdlü X16 və 23 mart 2010-cu il təvəllüdlü X10 onun himayəsinə verilməsini istəyir. Bir çox yerlərə bacısının övladları ilə getdikdə onların rəsmi olaraq onun himayəsinə verilməsi barədə sənədi tələb edirlər. Uşaqlar Maraqlı şəxs2 yanına getmək və onunla birlikdə yaşamaq istəmirlər. Hazırda bacısının övladları onun yanıında rahat şəkildə yaşayırlar. Odur ki, bacısının övladları onun yanında qaldığı üçün rəsmi olaraq onun himayəsinə verilməsini istəyir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Bərdə Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 və Qarabağ Regional Təhsil İdarəsinin Bərdə rayon üzrə təhsil sektorunun psixoloq-metodisti X19 iştirakı ilə dindirilmiş 04 iyun 2008-ci il təvəllüdlü X16 göstərdi ki, Kəlbəcər rayonu 104 saylı tam orta məktəbinin 11 sinif şagirdidir. X4 vəfat etdikdən sonra qardaşı ilə birlikdə xalası Ərizəçi himayəsində yaşamış, xalası onların bütün qayğılarını, əziyyətlərini çəkmişdir. Analarının xəstə olduğu dövrdən bu günə kimi onlara xalası Ərizəçi baxmışdır. Ataları onlarla heç vaxt maraqlanmamışdır. Xalası Ərizəçi ilə yaşamaq və onun himayəsində qalmaq istəyir. Məhkəmə iclasında Bərdə Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 və Qarabağ Regional Təhsil İdarəsinin Bərdə rayon üzrə təhsil sektorunun psixoloq-metodisti X19 iştirakı ilə dindirilmiş 23 mart 2010-cu il təvəllüdlü X13 göstərdi ki, Kəlbəcər rayonu 104 saylı tam orta məktəbinin 9 sinif şagirdidir. X4 vəfat etdikdən sonra xalası Ərizəçi himayəsində qalmışdır. Onların bütün qayğılarını və əziyyətlərini xalası çəkmişdir. Onun bir yaşı olanda atası onları atmışdır. Bundan sonra onları xalası Ərizəçi böyüdüb və qayğılarını çəkmişdir. Ataları onlarla heç vaxt maraqlanmamışdır. Xalası Ərizəçi ilə yaşamaq və onun himayəsində qalmaq istəyir. Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Maraqlı şəxs2 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdəki sübutları araşdırıb, şahidləri dindirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan: AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1975-ci ildə Ağdərə rayonunda anadan olmuşdur, Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə, mənzil 30/21-də qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 may 2024-cü il tarixli 636 nömrəli arayışından görünür ki, Ərizəçi Bərdə rayonu Gərənə kəndində yaşayır. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15 iyul 2008-ci il tarixli AZ-İİ 124442 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X16 04 iyun 2008-ci ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi Maraqlı şəxs2, “ana” qrafasında anası kimi X7 qeyd edilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 aprel 2010-cu il tarixli AZ-İİ 409677 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X13 23 mart 2010-cu ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi Maraqlı şəxs2, “ana” qrafasında anası kimi X7 qeyd edilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 iyul 2018-ci il tarixli AZ-İ 295944 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs2 ilə X7 arasında olan nikah ləğv edilmişdir. Ağdam Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 aprel 2024-cü il tarixli AZ-İİ 361021 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 14 oktyabr 2023-cü ildə ölmüşdür. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 avqust 2024-cü il tarixli 950 nömrəli arayışından görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X16 və xx.xx.2010-cu il təvəllüdlü X6 rayonu Gərənə kəndində xalası Ərizəçi yanında yaşayır. 16 may 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə vermək üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.2-ci maddələrinə görə, məhkəmə şəxsin öhdədə olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, azyaşlıların ifadələri, toplanmış və məhkəmə tərəfindən tədqiq olunmuş sübutların məcmusu ilə təsdiq olundu ki, Maraqlı şəxs2 ilə X5 birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X16 və xx.xx.2010-cu il təvəllüdlü X13 Ərizəçi himayəsində yaşadıqlarından, onların ərizəçinin öhdəsində olması faktı müəyyən edilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, ərizəçi məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : Ərizəçi Maraqlı şəxs2 olmaqla, “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. Maraqlı şəxs2 ilə X5 birgə nikahlarından doğulmuş 04 iyun 2008-ci il təvəllüdlü X12 və 23 mart 2010-cu il təvəllüdlü X10 Ərizəçi öhdəsində olması faktı müəyyən edilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar