Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-210/2023 10.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun 05 iyul *965-ci il təvəllüdlü, Bərdə şəhər sakini Ərizəçi olması faktının müəyyən edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 05 iyul *965-ci ildə Bərdə şəhərində anadan olmuşdur, ailəlidir, ailədə iki bacı, iki qardaş olublar. *960-cı il təvəllüdlü X7, *963-cü il təvəllüdlü X20, *969-cu il təvəllüdlü X8. X*r, anası isə X5r. Onun heç bir snədi olmadığından, bu səbəbdən şəxsiyyətinin müəyyə edilməsi mümkün olmadığından Azərbaycan Respublikası vətənşdalığı şəxsiyyət vəsiqəsini ala bilmir, bu da ona problemlər yaratmış və yaratmaqdadır. Bununla bağlı Bərdə rayon, Qeydiyyat Şöbəsinə tərəfindən müraciət edilmiş, ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, onun 05 iyul *965-ci il təvəllüdlü, Bərdə şəhər sakini Ərizəçi olması faktının müəyyən edilməsinə dair məhkəmə aktına ehtiyacı var. Məhkəmə iclasında Ərizəçi əizəsinə uyun izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X33 izahatında göstərmidir ki, Ərizəçi onun arvadının qardaşıdır. Elxan 05 iyul *965-ci ildə doğulub, lakin bunu təsdiq edən sənədləri yoxdur. Bu səbəbdən də Azərbaycan respublikasının şəxsiyyət vəsiqəsini ala bilmir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X*2 izahatında göstərmişdir ki, Ərizəçi onun qardaşıdır. X2, anaları X*0r. Lakin qardaşının heç bir sənədi yoxdur. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X*8 izahatında göstərmişdir ki, Ərizəçi qayınıdır. Yəni yoldaşının qardaşıdır. Elxanın iki bacısı və bir qardaşı var, bacı qardaşlarının doğumları qeyd edilib və sənədləri var, lakin Elxanın heç bir sənədi yoxdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X*3 *0 yanvar *969-cu ildə doğulmuşdur. İş materiallarında olan AZE 02925272 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X33 27 iyun *954-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE 08339778 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X*4 *5 mart *960-cı ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE *3*98032 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X*8 04 yanvar *963-cü ildə ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bərdə şəhər, İnzaibti Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3932 saylı, 2* iyul 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi ünvan 6-nömrəli evdə yaşayır. İş materiallarında olan 9**360 nömrəli arayışdan müəyyən olunur ki, X7 *5 mart *960-cı ildə doğulmuşdur, atası X*7, anası X5r. İş materiallarında olan AZ İ *96504 nömrəli arayışdan müəyyən olunur ki, X8 *0 yanvar *969cu ildə doğulmuşdur, atası X*7, anası X5r. İş materiallarında olan Bərdə Rayon Polis Şöbəsi tərəfindən verilmiş 28 sentyabr 2022-ci il tarixli, 34898 nömrəli məktubdan müəyyən olunur ki, ünvan 5 ünvanında yaşamış 05 iyul *965-ci il təvəllüdlü X25 barəsində Bərdə RPŞ-nin Qeydiyyat Məsələləri qurupunda məlumat aşkar edilməmişdir. İş materiallarında olan Bərdə şəhər İnzaibati ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 77 nömrəli, 23 sentyabr 2022-ci il tarixli məktubdan müəyyən olunur ki, ünvan 6 ünvanında yaşayan 05 iyul *965-ci il təvəllüdlü Ərizəçi özü və ailə üzvülərinə aid məlumat aşağıdakı kimidir: *. Özü-Ərizəçi-05 iyul *965-ci ildə Bərdə şəhərində doğulub. 2.Atası- X*7 *932cü ildə doğulub, 27 may 20*4-cü ildə vəfat edib. 3.Anası- X*5 *932-ci ildə doğulub, 07 mart *990cı ildə vəfat edib. 4. X3 05 may *963-cü ildə doğulub, 09 avqust 20*8-ci ildə vəfat edib. 5. Qardaşı arvadı X*8 04 yanvar *963-cü ildə doğulub. 6. Qardaşı oğlu X2* 25 yanvar *99*-ci ildə doğulub. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilmiş 03 noyabr 2022-ci il tarixli, 05/2-9403/*3 nömrəli məktubda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən X6 05 iyun *959-cu ildə Bərdə rayonunun Nazırlı icra nümayəndəliyində Sadıqova (Mənsimova) Lala İskəndər qızı ilə nikaha daxil olduğu məlum olmuşdur. Bu nikahdan doğulmuş *5 mart *960-cı il təvəllüdlü Ziyafət Mənsimovanın, 08 fevral *962-ci il təvəllüdlü Məhəmməd Mənsimovun, 05 may *963-cü il təvəllüdlü İlham Mənsimovun, 05 iyul *965-ci il təvəllüdlü Ərizəçi və *0 yanvar *969-cu il təvəllüdlü Lətafət Mənsimovanın doğumunun Bərdə rayon Qeydiyyat Şöbəsində dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. X*7 0* aprel *998-ci ildə Bərdə rayon Qeydiyyat X4 ilə nikaha daxil olmuşdur. Bu nikahın pozulması *4 fevral 20*2-ci ildə həmin qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. 20 iyun 20*4-cü ildə vəfat etmiş Mənsim Mənsimovun və 09 avqust 20*8-ci ildə vəfat etmiş İlham Mənsimovun ölümünün sözügedən qeydiyyat şöbəsində dövlət qeydiyyatına alındığı məlum olmuşdur. İş materillarında olan 05 iyun *959-cu il tarixli, 5 nömrəli evlənmə haqqında kat qeydinin surətindən müüəyyən olunur ki, X*7 ilə X*9 rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahda sonra arvada Mənsimova soyadı verilmişdir. İş materiallarında olan aprel *960-cı il tarixli, 200 saylı doğum akt qeydinin surətindən müəyyən olunur ki, X7 *5 mart *960-cı ildə doğulmuşdur, atası X*7, anası X5r. İş materiallarında olan *64 nömrəli doğum akt qeydinin surətindən müəyyən olunur ki, X** 08 noyabr *962-ci ildə doğulmuşdur, atası X*7, anası X5r. İş materiallarında olan 3*8 nömrəli doğum akt qeydinin surətindən müəyyən olunur ki, X20 05 may *963-cü ildə doğulmuşdur, atası X*7, anası X5r. İş materiallarında olan 400 nömrəli doğum akt qeydinin surətindən müəyyən olunur ki, Ərizəçi 05 iyul *957-ci ildə doğulmuşdur, atası X*7, anası X5r. İş materiallarında olan 38 nömrəli doğum akt qeydinin surətindən müəyyən olunur ki, X8 *0 yanvar *969-cu ildə doğulmuşdur, atası X*7, anası X5r. İş materiallarında olan *4 fevral 20*2-ci il tarixli, 26 saylı nikahı pozulması haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X*7 ilə X26 arasında olan nikah pozulmudur. İş materiallarında olan nikahın bağlanması haqqında 0* aprel *998-ci il tarixli 49 nömrəli akt qeydinin surətindən müəyyən olunur ki, X*7 ilə X26 rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan *00080*90 nömrəli, 24 iyun 20*4-cü il tarixli ölüm haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X*7 20 iyun 20*4-cü ildə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bərdə Rayon Şöbəsi tərəfindən verilmiş 03 oktyabr 2022-ci il tarixli, *256 saylı məktubunun surətindən müəyyən olunur ki, 05 iyul *965-ci il təvəllüdlü Ərizəçi 08 may *984-cü il tarixdən 23 may *986-cı il tarixədək keçmiş Sovet Ordusunda hərbi xidmət keçmişdir. 30 dekabr 20*5-ci il tarixdən ehtiyatda olmağın son yaş həddinə çatdığı üçün (50 yaşı tamam olduğuna görə) hərbi vəzifəlilərinin qeydiyyatından çıxarılaraq istefaya keçirilmişdir. İş materiallarında olan qeydiyyat kartasının təsdiq edilmiş surətindən müəyyən olunur ki, Ərizəçi 08 may *984-cü il tarixdən 23 may *986-cı il tarixədək keçmiş Sovet Ordusunda hərbi xidmət keçmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş *8 iyul 2022-ci il tarixli, 440-05/*5 nömrəli məktubdan müəyyən olunur ki, Ərizəçi şəxsiyyətinin müəyyən olunması barədə hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin *3.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, ərizəçinin 05 iyul *965-ci il təvəllüdlü, Bərdə şəhər sakini Ərizəçi olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin alınması üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilisin. Ərizəçinin 05 iyul *965-ci il təvəllüdlü, Bərdə şəhər sakini Ərizəçi olması faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-210/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-210/2023
10.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver