Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2101/2022 22.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İsmayı oğlu maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X3 xx.xx.2021-ci il tarixdə Ukrayna Respublikasının Donetsk Vilayətinin Qorlovka şəhərində anadan olması faktının müəyyən edilməsi, doğum akt qeydində “ata” qrafasında Ərizəçi (miliyyəti Azərbaycanlı) “ana” qrafasında X7 (miliyyəti Azərbaycanlı) olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İsmayı oğlu onunla əsaslandırmışdır ki, o, X8 ilə 20 fevral 2019-cu il tarixdə Bərdə rayon Qeydiyyat Şöbəsində nikah qeydləri kitabında 11 saylı ilə dövlət qeydiyyatına alınmış rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikah dövründə Ukrayna Respublikasının Donetsk Vilayətinin Qorlovka şəhərində xx.xx.2021-ci il tarixdə X5 adlı övladları anadan olmuşdur. Nuray doğulduqdan sonra Nuraya məxsus X10 və xəstəxana tərəfindən doğum haqqında arayış verilmişdir. Hazırki vəziyyətdə Ukrayna Respublikasında müharibə şəraiti ilə əlaqədar olaraq Azərbaycan Respublikasına gəlmişlər. Nurayın doğum faktının müəyyən edilməsi və bu barədə X2ra təqdim edilməsinə ehtiyac var. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X7 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, şahidlərin ifadəsini nəzərə alıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vətəndaşının X12 AA №3906585 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1976-cı ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vətəndaşının X12 AA №0112552 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 xx.xx.1985-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ №297189 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X7 20 fevral 2019-cu il tarixdə, 11 qeyd ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada İsmayılova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Donetsk Xalq Respublikası Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş 124 saylı doğum haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə anadan olmuşdur. Çəkisi 3050 qram, anasının doğum tarixi xx.xx.1985-ci il. İş materiallarına əlavə edilmiş 380-05/15 saylı, xx.xx.2022-ci il tarixli Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, X7 “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” barədə həmin orqana müraciət etmiş, lakin səlahiyyətləri xaricində olduğundan müraciəti təmin edilməmiş, məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. X7 məhkəməyə ərizə təqdim edərək, həyat yoldaşı Ərizəçi ilə nikahlarından xx.xx.2021-ci il tarixdə qız uşağımız anadan olmuşdur. Məhkəmədən ərizəsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid X9 bildirdi ki, Ərizəçi bacısının yoldaşıdır. X1 ilə Ərizəçi birgə nikah dövründə Ukrayna Respublikasının Donetsk Vilayətinin Qorlovka şəhərində xx.xx.2021-ci il tarixdə X5 adlı övladları anadan olmuşdur. Hazırki vəziyyətdə Ukrayna Respublikasının Donetsk Vilayəti tanınmadığından Nurayın doğum faktının müəyyən edilməsi və bu barədə X10 ala bilməmişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən 1** manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmununa qiymət verərək belə hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi doğum tarixi 14 mart 2021-ci il, doğum yeri Ukrayna Respublikasının Donetsk Vilayətinin Qorlovka şəhəri faktı olması, X10də ata qrafasında Ərizəçi, anası isə X7 qeyd müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, şəxsin milliyətinin müəyyən edilməsi məhkəmə səlahiyyətinə aid olan məsələ deyil. O səbəbdəənə ərizə həmin hissədə təmin oluna bilməz. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” barədə ərizəsi qismən təmin edilsin. X3 doğum tarixi 14 mart 2021-ci il, doğum yeri Ukrayna Respublikasının Donetsk Vilayətinin Qorlovka şəhəri olması faktı müəyyən edilsin. X10də ata qrafasında ata adı Ərizəçi, ana qrafasında ana adı X7 qeyd olunsun. Ərizə qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 1** (yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-2101/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2101/2022
22.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver