Məhkəmə qərarları › İş №2(021)-2102/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2102/2022

03.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2102/2022 03.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ünvanladığı iddia ərizəsində övladı XN Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, övladı 04 aprel N977-ci il təvəllüdlü X3 N995-ci ildə həqiqi hərbi xidmətə getmiş və N0 fevral N996-cı il tarixdə Qazax rayonu Daşsalahlı kəndində yerləşən hərbi hissədə hərbi xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur. Bərdə rayon Hərbi Komissarlığı tərəfindən verilən 28 fevral 2007-ci il tarixli, 4/N32 saylı arayışdan da göründüyü kimi mənim övladım N977-ci il təvəllüdlü X3 N0 fevral N996-cı il tarixdə xidməti vəzifəsini yerinə yetirərəkən Qazax rayonunda şəhid olmuşdur. X6 şəhid olduqdan sonra, mərhum həyat yoldaşı X4 rayon icra hakimiyyəti tərəfindən “şəhid statusu” verilmiş və müvafiq vəsiqə ilə təmin edilmişdir. Ölkə Başçısının məlum fərmanı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların və polis əməkdaşlarının ailələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuş və bu səbəbdən ona da şəhid anası kimi NN.000 manat məbləğində birdəfəlik müavinət verilmişdir. Övladı N977-ci il təvəllüdlü XN şəhidlik statusunu almaq üçün aidiyyatı üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Sözügedən Nazirlikdən 30 noyabr 202N-ci il tarixdə cavab verilmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5 yanvar N994-cü il tarixli N0 nömrəli Qərarının N.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak oimuşy itkin düşmüş və məhkəmənin qərarna əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qərarın 4.N-ci bəndinə əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Həmin Qərarın 4.N-ci bəndinin 3-cü abzasına əsasən, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Mərhum övladı X2 “Şəhid” statusunun verilməsi məsələsinə baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və ya aidiyyəti yerli qurumuna müraciət etmək hüququnuz vardır.” Bundan sonra eyni məzmunlu ərizə ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdir. Oradan isə cavab olaraq bildiriblər ki, “707 saylı hərbi hissə komandirinin N0 fevral N996-cı il tarixli 4N nömrəli əmrindən çıxarışına əsasən, əsgər X3 09 fevralN996-cı il tarixdə xidmət keçərkən ürək çatışmazlığından vəfat etmişdir. Həmçinin Xidmətin Aparatına Müdafiə Nazirliyindən təqdim edilmiş “N997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısında da XN xəstəlik nəticəsində vəfat etməsi göstərilmişdir. Hərbi xidmət dövrü səhhəti ilə əlaqədar xəstəlikdən vəfat etmiş şəxslərin şəhid hesab edilməsi yuxarıda göstərilən qanunvericilikdə nəzərdə tutulmadığından, Xidmətin Bərdə rayon şöbəsi tərəfindən mərhum övladınız XN şəhid kimi uçotunun aparılması və Sizə şəhid ailəsi statusunu təsdiq edən arayışın verilməsi mümkün deyil.” Övladının haqqı çatan xidməti vəzifəsini yerinə yetirərkən şəhid olması faktının təsdiq edilməsini başqa cür əldə edə bilmir. Məhkəmə iş materiallarını araşdırıb, hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26N.0.N-ci maddəsinə əsasən xitam verilməlidir. Yəni həmin məsələyə baxılması ümumi məhkəmələrin səlahiyyətinə daxil deyildir. Belə ki, vətəndaşların Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olması, şəhidlik statusunun verilməsi məsələsi məhkəmənin səlahiyyətinə daxil deyildir. Buna görə də ərizəçi həmin məsələ ilə bağlı aidiyyati idarələrə müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26N.0.N-cü maddəsinin tələbinə görə işə məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259,260-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflər onu aldıqdan sonra N0 gün müddətində Bərdə rayon məhkəməsinə şikayət verə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar