Məhkəmə qərarları › İş №2(021)-2108/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2108/2023

09.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2108/2023 09.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X* mərhum X6 anası olması faktının təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, Bərdə rayon sakinidir, atası X9, anası isə X7r. X*8 *9.02.2023-cü il tarixdə vəfat etmişdir. Atası vəfat etməmişdən öncə nənəsi X5 xüsusi mülkiyyətində Bərdə rayonunun Şirvanlı kəndində yerləşən torpq sahəsi var idi. Nənəş Hüseynova *6 iyun 20*4-cü il tarixdə vəfat etdikdən sonra həmin torpaq sahəsinin yararlı hala salaraq istifadə etmişdir. X*8 vəfat etdikdən sonra torpaq sahəsini bu vaxta qədər o istifadə edir. Qeyd etdiyi torpaq sahəsi rəsmi olaraq X2 adına olmuşdur. Hüseyn Hüseynov vəfat etdikdən sonra torpaq sahəsini o, yararlı hala salaraq istifadə etdiyi üçün torpaq sahəsinin rəsmi olaraq öz adıma sənədləşdirmək istəyir. Bununla bağlı Asan xidmət mərkəzin notariat kontoruna müraciət etdikdə isə ondan mərhum X6 doğum haqqında şəhadətnaməsini tələb edirlər. Lakin Qeydiyyat şöbəsinə müraciət etdikdə Hüseyn Hüseynov tapılmadığından mərhumə X** Hüseynovun anası olmasına hər hansı bir sənədi tələb edə bilmədi. Bunun üçündə mərhumə X2 adına olmuş torpaq sahəsini mənim adına sənədləşdirməkdən imtina edirlər. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərdiklərinə uyğun izahat verərək, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AA №4800964 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.*973-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 305 saylı *8.04.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Şirvanlı kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli İ- JQ №470225 nömrəli Arayışdan görünür ki, Ərizəçi xx.xx.*973-cü il tarixdə anadan olmuşdur. X3, anası X7r. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş *7.04.2023-cü il tarixli AZ-İİ №320025 nömrəli Arayışdan görünür ki, X9 *9.02.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş *7.04.2023-cü il tarixli №598-05/69 nömrəli Arayışdan görünür ki, X8 *6.06.20*4-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 306 saylı *8.04.2023-cü il tarixli arayışda qeyd olunur ki, ərazinin Şirvanlı kənd sakini mərhum X8, mərhum X6 anasıdır. İş materiallarına əlavə edilmiş fərdi uçot kartoçkasından görünür ki, X9 0*.07.*940-cı il tarixdə anadan olmuşdur. X4 , anası X8 olmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş *7.04.2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi mərhum X8 ilə mərhum X6 qohum olması faktı ilə bağlı həmin orqana müraciət etmiş, lakin imtina edilərək məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, ərizəçi tərəfindən *00 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, mərhum X8 mərhum X6 anasıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmununa qiymət verərək belə hesab edir ki, X* mərhum X6 anası olması faktı iş materialları ilə tam sübut olunduğundan Ərizəçi ərizəsi təmin edilməli, X* mərhum X6 anası olması faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in **9-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X* mərhum X6 anası olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş *00 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar