Məhkəmə qərarları › İş №2(021)-2110/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2110/2021

30.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2110/2021 30.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4 odluna, Cavabdeh5, Cavabdeh6 qarşı torpaq sahəsindən çıxarılma və torpaqdan istifadəyə maneçiliklərə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4 odluna, Cavabdeh5, Cavabdeh6 qarşı torpaq sahəsindən çıxarılma və torpaqdan istifadəyə maneçiliklərə son qoyulması tələbinə dair qətnamə çıxarılmasını xahiş, etmişdir. İddiaçı məhkəməyə ərizə verərək mülki işin baxılmamış saxlanaraq sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11 -ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.4-cü maddəsinə gdrə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5, 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə İddiaçı cavabdehlər Cavabdeh1, Hısınov Qarakişi Cəmil oğluna, Cavabdeh3, Cavabdeh4 oöluna, Xəlilov Namiq Soltan oğluna, X1 qarşı torpaq sahəsindən çıxarılma və torpaqdan istifadəyə maneçiliklərə son qoyulması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar