Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2110/2023 03.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Ərizəçi nümayəndəsi və vəkili X3 iştirakları ilə, Ərizəçi qohumluq faktının təsdiqi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X7 nənəsi olması faktının müəyyən tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışlar ki, X*7 ilə anası X4 faktiki nikahlarından 24 mart *959-cu il tarixdə Sevil və xx xxxx *963-cü il tarixdə isə o, anadan olmuşdur. Savadsızlıqlarından atası və anası nikahlarını rəsmiləşdirməmişlər. X2 *0 mart *963-cü il tarixdə, anası X*3 isə *2 mart 20*3-cü il tarixdə vəfat etmişlər. Atasının anası, yəni nənəsi X*8 *906-cı ildə Bərdə rayonu Saatlı kəndində anadan olmuş, orada yaşamış və 07 iyun *989-cu il tarixdə vəfat etmişdir. Nənəsi vəfat edənədək Bərdə rayonu Saatlı kəndindəki evdə yaşamışdır. Bərdə rayon Dövlət Arxivinin verdiyi *4 mart 2023-cü il tarixli, 67 saylı arayışından görünür ki, X7 ailə başçısı olduğu 0, *5 ha torpaq sahəsi və onun üzərində yerləşən *950-ci ildə tikilmiş çiy kərpic ev olmuşdur. Ötən illər ərzində həmin evi yenidən tikərək yaşayış üçün normal vəziyyət gətirmişdir. Həmçinin, *988-ci ilin sentyabr ayında X7 adına fərdi yaşayış evinin texniki pasportu verilməklə qeydə alınmışdır. Bu günlərdə nənəsi X7 adına olan torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi üçün aidiyyəti üzrə müraciət etdikdə ona bildirilmişdir ki, nənəsi X*8 ilə onun qohumluq faktını təsdiq edəcək sənədi yoxdur. Nənəsi olması faktının müəyyən edilməsi üçün ərizə ilə Maraqlı şəxsnə müraciət etmişdir. Həmin şöbədən ona *3 aprel 2023-cü il tarixli ərizə ilə cavab verilmişdir ki, “sizin mərhum nənəniz X*8 ilə sizin qohum (nənə-nəvə) olma faktını müəyyən etmək səlahiyyətimiz xaricindədir”. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Bərdə rayonu Həsənqaya kənd İƏD üzrə nümayəndəlyinin verdiyi 3* mart 2023-cü il tarixli arayışından görünür ki, sözügedən evdə mərhum valideynləri yaşamışdır. Onlar vəfat etdikdən sonra o və uşaqları yaşamışdır. X*8 onun nənəsidir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili X*0 ərizəni müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx *963-cü ildə Bərdə rayonu, Saatlı kəndində doğulmuşdur, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 2 nömrəli yataqxanada qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayonu, Həsənqaya kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 303 saylı, *8 aprel 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, X*4 *963-cü ildə Bərdə rayonu Saatlı kəndində anadan olmuşdur və yaşamışdır. İş materiallarında olan 476-05/69 nömrəli, 30 mart 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi xx xxxx *963-cü ildə doğulmuşdur, X2, anası X8r. İş materiallarında olan 4*9-05/69 nömrəli, *6 mart 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, X*8 07 iyun *989-cu idə Bərdə rayonu, Saatlı kəndində ölmüşdür. İş materiallarında olan 473-05/69 nömrəli, 30 mart 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, X** 0* yanvar *947-ci ildən 07 iyun *989-cu ilədək nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan 4*8-05/69 nömrəli, *6 mart 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, X*5 *0 mart *963-cü ildə Bərdə rayonu Saatlı kəndində ölmüşdür. İş materiallarında olan 4*7-05/69 nömrəli, *6 mart 2023-cü il tarilxi arayışdan müəyyən olunur ki, X*9 *2 mart 20*3-cü ildə Bərdə rayonu Saatlı kəndində ölmüşdür. İş materiallarında olan 475-05/69 nömrəli, 30 mart 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, *8 mart *939-cu idə Bərdə rayonu, Saatlı kəndində anadan olmuş X5 0* yanavr *947-ci ildən *2 mart 20*3-cü ilədək nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan 474-05/69 nömrəli, 30 mart 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, *938-ci idə Bərdə rayonu, Saatlı kəndində anadan olmuş X9 0* yanavr *956-cı ildən *0 mart *963-cü ilədək nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Bərdə rayonu, Həsənqaya kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2*0 nömrəli, 2* sentyabr 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Bərdə rayonu, Saatlı kəndində yaşamış mərhumə X7 birgə yaşadığı ailə üzvləri oğlu X*7 (vəat edib), gəlini X*3 (vəat edib), nəvəsi Ərizəçi, nəvəsi X*2, naməlum obyektdə yaşayan ailə üzvləri X2* (vəfat edib), X*6 ibarətdir. İş materiallarında olan Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş *4 mart 2023-cü il tarixli 67 saylı arayışdan müəyyən olunur ki, rayon Dövlət Arxivində *67 saylı fondda mühafizə edilən Bərdə rayon Həsənqaya kənd Sovetinin Saatlı kəndi üzrə *980-*982-ci illərə aid 3 saylı təsərrüfatbaşına kitabın 63-*95 saylı şəxsi hesabına əsasən vətəndaş X7 ailə başçısı olduğu, adına torpaq sahəsinin 0.*5 olduğu və *950-ci ildə çiy kərpicdən * göz ev olduğu qeyd olunub. İş materiallarında olan Bərdə rayon, Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *3 aprel 2023- cü il tarixli 3-*6-5/8-*5-*87/2023 saylı məktubdan müəyyən olunur ki, Ərizəçi məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan 30 iyun *963-cü il tarixli, 72 saylı doğum akt qeydinin surətindən müəyyən olunur ki, X*7 xx xxxx *963-cü ildə doğulmuşdur, X2, anası X8r. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin *3.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X7 Ərizəçi nənəsi olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X* Əziz Savalan oğlunun nənəsi olması faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-2110/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2110/2023
03.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver