Məhkəmə qərarları › İş №2(021)-2156/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2156/2024

28.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2156/2024 28.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Mustafayeva Lalə Ruslan qızının katibliyi, İddiaçı Ərizəçi Raxavat oğlunun iştirakı ilə , İddiaçı Ərizəçi Raxavat oğlunun cavabdehlər X16, Maraqlı şəxs2 Raxavat qızına və Maraqlı şəxs3, maraqlı şəxs X37 Xidmət mərkəzində Notariat Kontorunun Xüsusi notariusuna qarşı “miras əmlaka vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: Ərizəçi Raxavat oğlu maraqlı şəxslər X16, Maraqlı şəxs2 Raxavat qızına və Maraqlı şəxs3, maraqlı şəxs X37 Xidmət mərkəzində Notariat Kontorunun Xüsusi notariusuna qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, **-KX-*** dövlət qeydiyyat nişanlı sedan tipli, 1998-ci il buraxılışlı, mühərrik nömrəsi **********503 olan, ban nömrəsi WDB2100611A763840 olan MERCEDES BENZ E240 minik markalı və **-RY-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı,ban nömrəsi WF0XXXTTFXBD84018 olan X33 yük vaqon markalı avtomobil üzrə miras əmlakın onun tərəfinən qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Raxavat oğlu ərizəsini onunla əsaslandırmışdır ki, anası X8 ilə X17 09 sentyabr 1990-cı il tarixdə rəsmi olaraq ailə qurub evlənmişlər. Birgə nikah dövründən 2 övladları anadan olmuşlar. X29 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Atası vəfat etməmişdən əvvəl xüsusi mülkiyyətində **-KX-*** dövlət qeydiyyat nişanlı sedan tipli 1998 –cil buraxılışlı, mühərrik nömrəsi mühərrik nömrəsi **********503 olan, ban nömrəsi WDB2100611A763840 olan MERCEDES BENZ E240 minik markalı və **-RY-*** dövlət qeydiyyat nişanlı,2011-ci il buraxılışlı,ban nömrəsi WFOXXXTTFXBD84018 olan X33 markalı avtomobili var idi. Avtomobili atası vəfat edən günə qədər istifadə etmişdir. Avtomobili rəsmi olaraq öz adına sənədləşdirməsi üçün X37 Xidmət Mərkəzinə müraciət etmişdir. Lakin miras əmlakı qəbul etmə müddətini ötürmüşdür. Ona görə də məhkəmədən **-KX-*** dövlət qeydiyyat nişanlı sedan tipli, 1998-ci il buraxılışlı, mühərrik nömrəsi **********503 olan, ban nömrəsi WDB2100611A763840 olan MERCEDES BENZ E240 minik markalı və **-RY-*** dövlət qeydiyyat nişanlı,2011-ci il buraxılışlı,ban nömrəsi WFOXXXTTFXBD84018 olan X33 yük vaqon markalı avtomobil üzrə miras əmlakın vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Ərizəçi Rəxavət oğlu ərizəsinə dəqiqləşmə verərək, məhkəmədən ərizəsinə iddia icraatı qaydasında baxılaraq tələbinin "miras əmlaka vərəsəlik hüququnun tanınması", ərizənin xahiş etdi hissəsinin isə **-KX-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, 1998-ci il buraxılışlı, mühərrik nömrəsi **********3503 olan, ban nömrəsi WDB2100611A763840 olan MERCEDES BENZ E240 minik markalı və **-RY-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı, ban nömrəsi WFOXXXTTFXBD84018 olan X33 yük vaqon markalı avtomobil üzrə miras əmlaka vərəsəlik hüququnun tanınması" olaraq qeyd etdiyini bildirmişdir. Bundan əlavə cavabdeh anası və bacısından əlavə babası X13 da cavabdeh olaraq mülki işə cəlb edilməsini istədiyini qeyd etmişdir. Odur ki, " **-KX-*** dövlət qeydiyyat nişanlı sedan tipli, 1998-ci il buraxılışlı, mühərrik nömrəsi **********3503 olan, ban nömrəsi WDB2100611A763840 olan MERCEDES BENZ E240 minik markalı və **-RY-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı, ban nömrəsi WFOXXXTTFXBD84018 olan X33 yük vaqon markalı avtomobil üzrə miras əmlaka vərəsəlik hüququnun tanınmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ərizəçi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlər Maraqlı şəxs2 Raxavat qızı, X8 və X24 öncəki məhkəmə iclasında izahat verərək iddia tələbini qəbul etdiklərini bildirərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs Bərdə Regional “ASAN” Xidmət Mərkəzinin Notariat Ofisinin nümayəndəsi məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasında iştirak etməməyini məhkəmə tərəfindən üzürlü hesab edilərək, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Raxavat oğlu xx.xx.1991-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş V-ЖГ 357976 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X18 ilə X11 arasında xx.xx.1990-ci il tarixdə 29 nömrəli rəsmi nikah qeyd edilmişdir. X5 Quliyeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs3 xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 Raxavat qızı xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş seriya AZE 04255634 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X24 xx.xx.1937-ci il tarixdə Bərdə rayonu Xanərəb kəndində anadan olmuşdur. Bərdə rayonu Xanərəb kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş XVİİ-ЖГ 255114 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. X3 anası isə X4r. İş materiallarına əlavə olunmuş XV-ЖГ 433274 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1991-ci il tarixdə anadan olmuşdur. X3 anası isə X4r. İş materiallarına əlavə olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, X33 yuk markalı 90RY086 nömrəli avtomobilin sahibi X12r. İş materiallarına əlavə olunmuş AE079416 nömrəli Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-KX-*** qeydiyyat nişanlı, Mercedes Benz E240 minik markalı,1998-ci il buraxılışlı Sedan tipli , **********3503 nömrə mühərrikli, WDB2100611A763840 banltünd göy metallik rəngli nəqliyyat vasitəsinin sahibi X12r. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X18 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə AZ-İ 136712 nömrəli ölüm haqqında şəhadətnaməsinn surətindən görünür ki, X10 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, X2 ilə X11 arasında xx.xx.1990-ci il tarixdə nikah bağlayaraq ailə qurmuşlar. Onların birgə nikahlarından iki övladları vardır. X2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X20 xüsusi mülkiyyətində X33 yük markalı 90RY086 nömrəli avtomobil və Mercedes Benz E240 minik markalı,1998-ci il buraxılışlı Sedan tipli , **********3503 nömrə mühərrikli, **-KX-*** qeydiyyat nişanlı avtomobili olmuşdur. X27 vəfat etdikdən sonra hər iki avtomobil İlkin Quliyev tərəfindən faktiki qəbul edilərək istifadə edilmişdir. Hazırda iddiaçı X15 atasından miras qalan həmin avtomobillərə vərəsəlik hüququnun tanınmasını xahiş edir. Mərhumun digər vərəsələrinin isə iddia tələbinə etirazı olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Beləlikə, məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, X1 miras qalmış X33 yük markalı 90RY086 nömrəli avtomobilə və Mercedes Benz E240 minik markalı,1998-ci il buraxılışlı Sedan tipli, **********3503 nömrə mühərrikli, **-KX-*** qeydiyyat nişanlı avtomobilə iddiaçı X7 vərəsəlik hüququ tanınmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Ərizəçi Raxavat oğlunun cavabdehlər X16, Maraqlı şəxs2 Raxavat qızına və Maraqlı şəxs3, maraqlı şəxs X37 Xidmət mərkəzində Notariat Kontorunun Xüsusi notariusuna qarşı “miras əmlaka vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia təmin edilsin. X1 miras qalmış X33 yük markalı 90RY086 nömrəli avtomobilə və Mercedes Benz E240 minik markalı,1998-ci il buraxılışlı Sedan tipli , **********3503 nömrə mühərrikli, **- KX-*** qeydiyyat nişanlı avtomobilə iddiaçı X7 vərəsəlik hüququ tanınsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar