Məhkəmə qərarları › İş №2(021)-216/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-216/2024

29.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-216/2024 29.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X3 məhkmə iclas kаtibliyi, iddiaçı Cavabdeh1, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X5 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1 və İddiaçı4 ilk öncə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin mülkiyyətlərində olan Bərdə rayonu, Şorəlli kəndi ərazisində 0,3434 ha torpaq sahəsindən çıxarılması, həmin ərazidə mövcud tikililərin sökülərək əvvəlki vəziyyətə gətirilməsi, onların yerindən istifadə etdikləri müddətdə vurmuş olduqları ziyanın əvəzinin ödənilməsi və məhkəməyə ödədiyi dövlət rüsumu olaraq 100 manat məbləğində pulun tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar Bərdə rayonunun Şorəlli kəndində yaşayırlar. Özlərinə məxsus birgə mülkiyyət qaydasında Bərdə rayonunun Şorəlli kəndi ərazisində kənd təsərrüfatı təyinatlı 0,3434 ha torpaq sahələri vardır. Torpaq sahəsi onlar, yəni İddiaçı1, İddiaçı3, İddiaçı2 və Cavabdeh1 ilə birlikdə ümumi birgə mülkiyyətdədir. Torpaq sahələrinin nəzarətsiz qalmalarından istifadə edən qonşu torpaq sahəsinin istifadəçiləri Bərdə rayon Şorəlli kənd sakinləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 tərəfindən onlara heç bir məlumat verilmədən torpaq sahələrini zəbt edərək istifadə etmişlər. Onlara məxsus torpaq sahələrinin koordinatları daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqanın əməkdaşları tərəfindən ölçülərkən cavabdehlərin qanunsuz olaraq onlara məxsus torpaq sahəsinə müdaxilə etdiyi məlum olub və torpaqdan istifadə nəticəsində onlara ziyan yetirmişlər. Həmçinin torpaq sahəsində tikili tikiblər, tikili ilə hasarlayıblar. Onlardan torpaq sahəsindən çıxmaları tələb edilsə də bu günə kimi onlar torpaq sahəsindən çıxmaqdan imtina edirlər. Həmçinin, onlar qanunsuz müdaxilə nəticəsində torpaqdan istifadə edə bilməmişlər və fayda əldə edə bilməmişlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Daha sonra iddiaçıların nümayəndəsi və iş üzrə özü də iddiaçı olan Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək Cavabdeh5 da mülki iş üzrə cavabdeh kimi işə cəlb edilməsini xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2(021)-3510/2023 saylı qərardadı ilə Cavabdeh5 cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçılar bir müddət sonra məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişlər ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsində əlavə olaraq X6 tərəfindən tikili tikilib hasarlanmışdır. Ona görə də Bərdə rayon, Şorəlli kənd sakini X4 cavabdeh kimi işə cəlb olunmasını xahiş etmişlər. Həmçinin, iddiaçılar və iddiaçıların nümayəndəsi Cavabdeh1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr verərək cavabdehlərin mülkiyyətlərində olan torpaq sahələrindən çıxarılmaları, həmin ərazidə mişar daşından çəkilmiş hasarın və köməkçi tikilinin X4 hesabına sökülərək əvvəlki vəziyyətə gətirilməsi, cavabdehlərin istifadə etdiyi müddətdə vurmuş olduqları ziyanın əvəzinin və məhkəməyə ödədikləri 100 manat dövlət rüsumunun tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin 21 fevral 2024-cü il tarixli 2(021)-216/2024 saylı qərardadı ilə X6 da cavabdeh kimi işə cəlb edilmişdir. Son olaraq iddiaçılardan İddiaçı4 xx.xx.2024-cü ildə məhkəməyə teleqram vuraraq İddiaçı1 adına olan pay torpağı üzrə məhkəmə işində özünün iddiaçı qismindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və iddiaçılardan biri olan Cavabdeh1 iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlərdən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onlara məxsus torpaq sahələrinin istifadələrinə verilməsini tələb edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə digər iddiaçılara və cavabdehlərə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə digər iddiaçı və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X5 münasibətdə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarına əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: A № 923865 saylı Torpaq sahəsinin planı və ölçüsündən və MA seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı1, İddiaçı3, İddiaçı2 və Cavabdeh1 ilə birlikdə ümumi birgə mülkiyyətində Bərdə rayonu, Şorəlli kəndində 0,3434 ha əkin məqsədli kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1952-ci ildə doğulmuşdur. AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1976-cı ildə doğulmuşdur. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 xx.xx.1973-cü il tarixdə ünvan 1 ünvanında yaşayır. İşdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh3 xx.xx.1983-cü ildə doğulmuşdur. İşdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh2 xx.xx.1984-cü ildə doğulmuşdur. İşdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh4 xx.xx.1988-ci ildə doğulmuşdur. İşdə olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1978-ci ildə ünvan 2 ünvanında yaşayır. ünvan 3426 saylı arayışından görünür ki, Bərdə rayonu Şorəlli kənd sakini İddiaçı1 1952-ci ildə anadan olmuşdur və ailə üzvləri oğulları İddiaçı3, İddiaçı2 və Cavabdeh1dur. ünvan 3425 saylı arayışdan görünür ki, Cavabdeh1 Bərdə rayon Şorəlli kəndində yaşayır. İşdə olan xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı4 tərəfindən 100 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənmişdir. İşdə olan RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 083194 saylı xx.xx.2016-cı il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Cavabdeh3 xüsusi mülkiyyətində Bərdə rayonu, Şorəlli kəndi ərazisində 0,4292 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. İşdə olan MA seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X1 adına Bərdə rayonu, Şorəlli kəndində 0,143 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. İşdə olan İN ƏMDX DƏDKR phş-in 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən və ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 16 sentyabr 2024-cü il tarixli 10/4751 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, TEKUİS məlumat bazasına əsasən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********21 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,3434 ha torpaq sahəsinin 0,0333 ha hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 tərəfindən, 0,0161 ha hissəsi isə digər şəxs X6 tərəfindən istifadə olunur. Həmçinin, həmin torpaq sahəsində X6 tərəfindən mişar daşından hasar çəkilmiş və kiçik ölçüdə köməkçi tikili inşa edilmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” işdə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh1 tələbi ilə bağlı hissədə qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi İddiaçı4 maraq və mənafelərinə toxunmadığından və iş materiallarından onun hər hansı hüquqlarının pozulması müşahidə edilmədiyindən, həmçinin İddiaçı4 onun iddiaçı qismində mülki işdən azad edilərək iddiaçı sırasından çıxarılması ilə bağlı xahişini nəzərə alaraq hesab edir ki, İddiaçı4 tələbinə münasibətdə iddianın mahiyyəti üzrə həll edilməsinə zərurət yoxdur və o, iddiaçılar sırasından çıxarılmalıdır. Bundan başqa məhkəmə, iddiaya münasibət bildirərək qeyd edir ki, hazırki iddia tələbi cavabdehlərdən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X5 münasibətdə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sübutlardan, xüsusilə mütəxəssis və ekspert rəyindən görünür ki, TEKUİS məlumat bazasına əsasən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********21 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı1 və digər iddiaçılar olan ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Bərdə rayonu, Şorəlli kəndində yerləşən 0,3434 ha torpaq sahəsinin 0,0333 ha hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 tərəfindən, qalan 0,0161 ha hissəsi isə digər şəxs X6 tərəfindən istifadə olunur. Həmçinin, həmin torpaq sahəsində X6 tərəfindən mişar daşından hasar çəkilmiş və kiçik ölçüdə köməkçi tikili inşa edilmişdir. Bu fakt mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin sərhədi və döngə nöqtələrinin koordinatlarında öz əksini tapır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların ümumi birgə mülkiyyətində olan 0,3434 ha torpaq sahəsinin 0,0333 ha hissəsindən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, 0,0161 ha hissəsindən isə digər cavabdeh X6 çıxarılmalı, həmin torpaq sahəsində X6 tərəfindən mişar daşından inşa edilmiş (çəkilmiş) hasar və kiçik ölçüdə köməkçi tikili X4 öz hesabına sökülməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlərdən Cavabdeh5 münasibətdə həmin şəxsin iddiaçılara məxsus torpaq sahəsindən çıxarılması ilə bağlı hissədə təmin edilməməlidir. Çünki, iş materiallarından həmin şəxsin iddiaçılara məxsus torpaq sahəsindən istifadə etməsi və qanunsuz müdaxilə etməsi sübut olunmur. Məhkəmə iddia tələbinin X6 tərəfindən inşa edilmiş kiçik ölçüdə köməkçi tikili və hasarın söküldükdən sonra torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi ilə bağlı hissədə qeyd edir ki, torpaq sahəsinin əvvəlki vəziyyətinin necə və nədən ibarət olması məhkəməyə məlum olmadığından və bu haqda iş materiallarında hər hansı sübut olmadığından bu hissədə iddia qeyri-müəyyəndir və məhkəmə həmin hissədə iddianın təmin edilməməli olması qənaətinə gəlir. Həmçinin, məhkəmə iddia tələbinin cavabdehlərin torpaqdan istifadə etdiyi müddətdə vurmuş olduqları ziyanın əvəzinin ödənilməsi ilə bağlı hissədə də rədd edilməli olmasını zəruri hesab edir. Belə ki, həmin hissədə ziyanın məbləğinin nədən ibarət olması göstərilməyib, yəni tələb olunan ziyan məbləği qeyri-müəyyəndir və ziyanla bağlı hər hansı mütəxəssis və ekspert rəyi, arayış və heç bir digər yazılı sənəd və ya mötəbər sübutlar iş materiallarına əlavə edilməyib və əsaslandırılmayıb. Belə olan halda iddia tələbi ziyanın tutulması ilə bağlı hissədə də əsassızdır. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 100 manat dövlət rüsumunun 80 manatı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və X2 müştərək qaydada tutularaq iddiaçılara ödənilməlidir. Dövlət rüsumunun geri qalan 20 manat hissəsi iddiaçılara aid edilməlidir. Həmçinin, iş üzrə aparılmış ekspertiza xərci 100 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, həmin xərc də cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və X2 müştərək qaydada tutularaq ekspertiza müəssisəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1 “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X5 münasibətdə qismən təmin edilsin. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********21 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı1 və digər iddiaçılar olan ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Bərdə rayonu, Şorəlli kəndində yerləşən 0,3434 ha torpaq sahəsinin 0,0333 ha hissəsindən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, 0,0161 ha hissəsindən isə digər cavabdeh X6 çıxarılsın, həmin torpaq sahəsində X6 tərəfindən mişar daşından inşa edilmiş (çəkilmiş) hasar və kiçik ölçüdə köməkçi tikili cavabdeh X4 öz hesabına sökülsün. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 80 manatı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və X2 müştərək qaydada tutularaq iddiaçılara ödənilsin. Dövlət rüsumunun geri qalan 20 manat hissəsi iddiaçılara aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və X2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar