Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-217/2021 28.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 Tapdıq oğlunun, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 Eyyub oğlunun, İddiaçı9, İddiaçı10 Şirin oğlunun, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14 Salman oğlunun, İddiaçı15 Əbülfət oğlunun, İddiaçı16 Hümbət oğlunun, X3 və onların etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh4 qıznın nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Tapdıq oğlunun, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 Eyyub oğlunun, İddiaçı9, İddiaçı10 Şirin oğlunun, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14 Salman oğlunun, İddiaçı15 Əbülfət oğlunun, İddiaçı16 Hümbət oğlunun və X3 cavabdehlər Cavabdeh3nə, Cavabdeh4 və 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Ərazi İdarəsinə qarşı “Bərdə rayon Nəcəfqulubəyli kənd ərazisində ümumi istifadədə olan 93 ha torpaq sahəsinə aid olan 40 ha torpaq sahəsinin Kərimbəyli kənd Bələdiyyəsinin 27 oktyabr 2011-ci il tarixli, 10 saylı qərarı ilə Cavabdeh4 icarə hüququ ilə verilməsi ilə bağlı Cavabdeh4 adına verilmiş ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11.05.2012-ci il tarixli, MA seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın və onunla bağlı ilkin sənədlərin etibarsız hesab edilməsinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 Məmmədyar oğlu, İddiaçı2 Tapdıq oğlu, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 Eyyub oğlu, İddiaçı9, İddiaçı10 Şirin oğlu, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14 Salman oğlu, İddiaçı15 Əbülfət oğlu, İddiaçı16 Hümbət oğlu və X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Nəcəfqulubəyli kənd ərazisində ümumi istifadədə olan 93 ha örüş sahəsinə aid olan 40 ha torpaq sahəsinin Kərimbəyli kənd Bələdiyyəsinin 27 oktyabr 2011-ci il tarixli 10 saylı qərarı ilə Cavabdeh4 icarə hüququ ilə verilməsi nəticəsində həmin torpaq sahəsi üzərində icarə hüquqları barədə DƏDRX-də Cavabdeh4 adına verilmiş 11.05.2012-ci il tarixli, **********5 saylı Çıxarışın və onunla bağlı ilkin sənədlərin etibarsız hesab edilməsinə və ümumi istifadədə olan örüş torpaq sahəsinin ümumi sərhədlərinin müəyyən edilərək mərz nişanları ilə ayrılmasına və Nəcəfqulubəyli kənd sakinlərinin istifadəsinə qaytarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişlər. Daha sonra iddiaçılar iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək, Bərdə rayon Kərimbəyli kənd Bələdiyyəsi tərəfindən 27 oktyabr 2011-ci il tarixli, 10 saylı qərarı ilə Cavabdeh4 icarə hüququ ilə verilməsi ilə bağlı 07.04.2012-ci il tarixli Bərdə rayon Notariusunda notarial qaydada təsdiq olunmuş 3M-1-433 saylı icarə müqaviləsinin əsasında Nəcəfqulubəyli kənd ərazisində ümumi istifadədə olan 93 ha örüş sahəsinə aid olan 40 ha torpaq sahəsinin Cavabdeh4 adına verilməsi ilə bağlı DƏDRX-də Cavabdeh4 adına verilmiş ******* saylı 11.05.2012-ci il tarixli saylı Çıxarışın və onunla bağlı ilkin sənədlərin etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bərdə rayonu Nəcəfqulubəyli kəndində ümumi istifadədə olan 93 ha örüş sahəsinin 40 hektar Kərimbəyli kənd Bələdiyyəsinin 27 oktyabr 2011-ci il tarixli 10 saylı Qərarı ilə Cavabdeh4 icarə hüququ ilə verilmişdir. Həmin torpaq sahəsi Cavabdeh4 adına icarə hüququ əsasında 11 may 2012-ci il tarixli ********** saylı çıxarış əsasında qeydiyyata alınmışdır. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə müraciət etsələr də, ancaq idarənin əməkdaşları Nəcəfqulubəyli kənd ərazisinə gələrək, kənd bələdiyyəsinin və kənd sakinlərinin iştirakı ilə əraziyə baxış keçirərək, 13 avqust 2020-ci il tarixli akt tərtib etmişdir. Həmin aktda Cavabdeh4 verilmiş 40 ha torpaq sahəsinin kəndin ümumi istifadəsində olan örüş sahəsinin hissəsi olması qeyd olunur. Həmçinin mübahisə ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 Məmmədyar oğlu, İddiaçı2 Tapdıq oğlu, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 Eyyub oğlu, İddiaçı9, İddiaçı10 Şirin oğlu, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14 Salman oğlu, İddiaçı15 Əbülfət oğlu, İddiaçı16 Hümbət oğlu və X7 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddiasının təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 oğlu iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 qıznın vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək, bildirdi ki, əqdin etibarsız hesab olunmasına dair müddət keçib. Odur ki, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Cavabdeh Bərdə rayon Kərimbəyli Bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə üçüncü şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 oğlu xx.xx.1980-cı il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə rayon Nəcəfqulubəyli kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 oğlu xx.xx.1977-ci il tarixdə Bərdə rayon Nəcəfqulubəyli kəndində anadan olmuşdur. Bərdə rayon Nəcəfqulubəyli kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı14 Salman oğlu xx.xx.1977-ci il tarixdə Bərdə rayon Nəcəfqulubəyli kəndində anadan olmuşdur. Bərdə rayon Nəcəfqulubəyli kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı13 xx.xx.1977-ci il tarixdə Bərdə rayon Nəcəfqulubəyli kəndində anadan olmuşdur. Bərdə rayon Nəcəfqulubəyli kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Seriya AZE № 0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı17 oğlu xx.xx.1971-ci il tarixdə Bərdə rayon Nifçi kəndində anadan olmuşdur. Bərdə rayon Kərimbəyli kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı11 xx.xx.1998-ci il tarixdə Bərdə rayon Nəcəfqulubəyli kəndində anadan olmuşdur. Bərdə rayon Nəcəfqulubəyli kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı8 xx.xx.1965-ci il tarixdə Bərdə rayon Yeni Əyricə kəndində anadan olmuşdur. Bərdə rayon Nəcəfqulubəyli kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı16 xx.xx.1963-cü il tarixdə Bərdə rayon Nəcəfqulubəyli kəndində anadan olmuşdur. Bərdə rayon Nəcəfqulubəyli kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı12 xx.xx.1973-cü il tarixdə Bərdə rayon Nəcəfqulubəyli kəndində anadan olmuşdur. Bərdə rayon Nəcəfqulubəyli kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı9 xx.xx.1967-ci il tarixdə Bərdə rayon Nəcəfqulubəyli kəndində anadan olmuşdur. Bərdə rayon Nəcəfqulubəyli kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı7 xx.xx.1964-cü il tarixdə Bərdə rayon Nəcəfqulubəyli kəndində anadan olmuşdur. Bərdə rayon Nəcəfqulubəyli kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Seriya AZE № 0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı6 xx.xx.1964-cü il tarixdə Bərdə rayon Nəcəfqulubəyli kəndində anadan olmuşdur. Bərdə rayon Nəcəfqulubəyli kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı10 xx.xx.1975-ci il tarixdə Bərdə rayon Nəcəfqulubəyli kəndində anadan olmuşdur. Bərdə rayon Nəcəfqulubəyli kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Seriya AZE № 0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1972-ci il tarixdə Bərdə rayon Nəcəfqulubəyli kəndində anadan olmuşdur. Bərdə rayon Nəcəfqulubəyli kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AA******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş AA******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı15 Əbülfət oğlu xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş AA******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı5 xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayon Kərimbəyli Bələdiyyəsi tərəfindən verilmiş 19 saylı 10.08.2020-ci il tarixli Arayışla müəyyən olunur ki, 27 oktyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə əsasən həmin ildə bələdiyyə məxsus Nəcəfqulubəyli kəndində 40 ha torpaq sahəsi Cavabdeh4 icarəyə verilmişdir. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 632 saylı 14.08.2020-ci il tarixli Arayışla müəyyən olunur ki, İddiaçı1 və qeyriləri Bərdə rayonu Nəcəfqulubəyli kəndində yaşayırlar. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən İddiaçı2 və qeyrilərinə ünvanlanmış 16 iyul 2020-ci il tarixli **********54 saylı məktubun surətindən görünür ki, iddiaçılar Bərdə rayonu Nəcəfqulubəyli kəndinə məxsus örüş torpaq sahələrinin başqası tərəfindən mənimsənilməsi faktının araşdırılması üçün müraciət etmişlər, lakin onlara məsələyə dair aidiyyatı üzrə məhkəməyə müraciət olunması bildirilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən İddiaçı2 və qeyrilərinə ünvanlanmış 11 avqust 2020-ci il tarixli **********74 saylı məktubun surətindən görünür ki, Bərdə rayon Kərimbəyli kəndində yerləşən 40.0 ha torpaq sahəsi 11.05.2012-coi il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə Cavabdeh4 adına icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş 13 avqust 2020-ci il tarixdə Bərdə rayonu Nəcəfqulubəyli kəndində X8, X5 və İddiaçı16 arasında tərtib olunmuş aktla müəyyən olunmuşdur ki, Bərdə rayonu Nəcəfqulubəyli kənd sakinlərinin tələbi kənd ərazisində maldarlıqla məşğul olmaq üçün torpaq sahəsinin çatışmamazlığıdır.Belə ki, Kərimbəyli Bələdiyyəsinin 27 oktyabr 2011ci il tarixli 10 saylı qərarı və icarə müqaviləsi ilə Nəcəfqulubəyli kənd ərazisindən 40 hektar torpaq sahsəi Bakı şəhər sakini Baxşəliyeva Gövhər Baxşəli qızının uzunmüddətli icarəsinə verilmişdir. İcarəyə verilmiş 40 ha torpaq sahəsi kəndin ümumi istifadəsində olan örüş sahəsinin bir hissəsidir. Hal-hazırda həmin torpaq sahəsi heyvandarlığın inkişaf etdirmək məqsədi ilə icarəçinin istifadəsindədir. Mülki işə əlavə edilmiş X1 və X4 (Baxşəliyeva Gövhər Baxşəli qızının səlahiyyətli nümayəndəsi) arasında bağlanmış 07.04.2012-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki; 1.X1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bərdə Ərazi İdarəsinin 08 fevral 2012-ci il tarixli 259 saylı arayışı və 07 yanvar 2012-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəsindən çıxarışına əsasən Cavabdeh3nə məxsus olan və Bərdə rayonu Kərimbəyli kəndində yerləşən 40 ha torpaq sahəsini 17 mart 2012-ci il tarixədək Cavabdeh4 icarəyə vermiş 2.Cavabdeh4 Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə Torpaq Hərrac və müsabiqə komissiyasının 17 mart 2012-ci il tarixli 135 nönrə ilə qeydiyyata alınmaqla hərracın qalibi hesab olunmuşdur. 3.Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon Şöbəsinin BƏrdə rayon Torpaq Hərrac və müsabiqə komissiyasının torpaq hərracının, müsabiqənin nəticələri barədə 17.03.2012-ci il il tarixli 135 nömrəli protokoluna əsasən müəyyən olunmuş 800 manat icarə haqqı Kərimbəyli Bələdiyyəsinin hesabına ödənilmişdir. (qəbzin surəti işə əlavə olunur.) 4.Torpaq sahəsinin qanunla müəyyən olunmuş dövlət vergi və tədiyyələrini icarə müddətində ödəmək icarəyə götürən Cavabdeh4 öhdəsində qalır.
5. Müqavilənin tərkibi və təsdiqi üzrə xərcləri icarəyə götürülən X4 ödəyir.
6. Həmin müqavilə üç nüsxədən ibarət tərtib və təsdiq olunaraq birinci nüsxə Bərdə rayon xüsusi notariusu Həsənzadə M.Ə. islərində qalır, digər nüsxələri isə tərəflərə verilir. Mülki işə əlavə edilmiş Bərdə rayon Kərimbəyli Bələdiyyəsinin 27 oktyabr 2011-ci il tarixli 10 saylı protokolunun surətindən görünür ki,
1. Kərimbəyli Bələdiyyəsinin icarə predmeti olan 40000 kv.m və ya 40.0 ha torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu –təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layilərinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən , habelə elektrik , rabitə, nəqliyyat , qaz, su kanalizasiya və digrıə kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşdürmə zonasında yerləşmədiyindən , həmin torpaq sahəsinin kən təsərrüfatının inkişafı məqsədi üçün icarəyə verilməsi ilə bağlı müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzrəində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması, 2.İcarə hüququ ilə verilməsi nəzərdə tutulan bu torpaq sahəsinin planı və ölüçüsü sənədini hazırlayaraq, torpaq sahəsinin normativ qiyməti barədə sənədlə birlikdə bələdiyyəyə təqdim edilməsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon Şöbəsindən xahiş edilməsi,
3. Bələdiyyənin icarə məqsəd ilə müsabiqəyə çıxarmaq istəyi bu torpaq sahəsi üzərində mülkiyyət hüuqunun qanunvericiliklə müəyyən edilmiş qaydada Daşınmaz Əmlakın Dövlət Reystrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarılması, eləcə də qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə ) dair arayış verilməsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bərdə Ərazi İdarəsindən xahiş edilməsi,
4. Qərarın bir surətinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Regional Ədliyyə Şöbəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışın təsdiq olunmuş surətindən müəyyən edilir ki, Bərdə rayonu Kərimbəyli kəndi ərazisində yerləşən 40.0 ha torpaq sahəsi Cavabdeh4 adına icarə hüququ əsasında 11.05.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, 07.04.2012-ci il tarixdə Bərdə rayon Kərimbəyli Bələdiyyəsi ilə Cavabdeh4 qız arasında (səlahiyyətli nümayəndələr vasitəsi ilə) Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bərdə Əİ-nin 08 fevral 2012-ci il tarixli, 259 saylı arayışı və 07 yanvar 2012-ci il tarixli daşınmaz əmlakın dövlət reystrində 17 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmış, ********** qeydiyyat nömrəli, **********92 reystr nömrəsindən çıxarışa əsasən Bərdə rayon Kərimbəyli Bələdiyyəsinə məxsus olan və Bərdə rayon Kərimbəyli kəndində yerləşən 40 ha torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilədən müəyyən olunur ki, Cavabdeh4 Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə Torpaq və hərrac və müsabiqə komissiyasının 17.05.2012-ci il tarixli 135 nömrə ilə qeydiyyata alınmaqla hərracın qalibi hesab olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11.05.2012-ci il tarixli, MA seryalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Bərdə rayon Kərimbəyli kəndində yerləşən 40 ha torpaq sahəsi icarə hüququ ilə Cavabdeh4 məxsusdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia 11.05.2012-ci il tarixli, MA seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın və onunla bağlı ilkin sənədlərin etibarsız hesab olunmasından ibarətdir. Məhkəmə qeyd edir ki, iddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, həmin torpaq sahəsi örüş torpaq sahəsi olduğundan etibarsız hesab olunaraq onların istifadəsinə verilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, Bələdiyyənin 27 oktyabr 2011-ci il tarixli 10 saylı protokolundan görünür ki, 40 ha torpaq sahəsi kənd təsərrüfatının inkişafı məqsədi ilə icarəyə verilməsilə bağlı müsabiqənin keçirilməsi üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınma prosedurunun başlanması qərara alınmışdır. Bu isə o deməkdir ki, həmin torpaq sahəsi iddiaçıların iddia etdiyi kimi, yəni örüş torpaq sahəsi olmadığına əsas verir. Həmçinin icarə müqaviləsində də həmin torpaq sahəsinin örüş üçün olduğu müəyyən edilməmişdir. Belə olan halda iddiaçıların həmin iddianı qaldırmaq üçün subyektiv hüquqlarının olubolmaması məsələsinə aydınlıq gətirəmk zərurəti ortaya çıxır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, həmin torpaq sahəsin örüş torpaq sahəsi olmadığından iddiaçıların hazırkı iddianı irəli sürmək hüquqları mövcud olmayacaqdır. Məhkəmə həmçinin qeyd edir ki, Bərdə rayon Kərimbəyli Bələdiyyəsi məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmiş, iddiaya dair hər hansı bir münasibət bildirməmiş, bu hərəkəti ilə həmin torpaq sahəsinin etibarsız hesab olunmasıda maraqlı olmamışdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, işdə olan sənədlərdən müəyyən edilir ki, Bərdə rayon Kərimbəyli Bələdiyyəsi ilə Cavabdeh4 qız arasında icarə müqaviləsi 07.04.2012-ci il tarixdə bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki huquq munasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yonəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə muəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 14-cü fəslində əqdin etibarsızlığına səbəb olan halların təsnifatını vermiş və həmin hallardan birinin mövcudluğu əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Göründüyü kimi mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli qərarına əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Məhkəmə ümumilikdə iddia tələbi ilə bağlı qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi qanunvericiliyin tələbləri baxımından iddiaçılar əqdin etibarsızlığı ilə bağlı müddəti də ötürmüşlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 10 manat məbləğində rüsum da iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddiaçılar İddiaçı1, İddiaçı2 Tapdıq oğlunun, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 Eyyub oğlunun, İddiaçı9, İddiaçı10 Şirin oğlunun, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14 Salman oğlunun, İddiaçı15 Əbülfət oğlunun, İddiaçı16 Hümbət oğlunun və X3 cavabdehlər Cavabdeh3nə, Cavabdeh4 və 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Ərazi İdarəsinə qarşı “Bərdə rayon Nəcəfqulubəyli kənd ərazisində ümumi istifadədə olan 93 ha torpaq sahəsinə aid olan 40 ha torpaq sahəsinin Kərimbəyli kənd Bələdiyyəsinin 27 oktyabr 2011-ci il tarixli, 10 saylı qərarı ilə Cavabdeh4 icarə hüququ ilə verilməsi ilə bağlı Cavabdeh4 adına verilmiş ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11.05.2012-ci il tarixli, MA seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın və onunla bağlı ilkin sənədlərin etibarsız hesab edilməsinə” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Qamət Əbilov