Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2176/2021 08.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi X2 iştirakı ilə, Ərizəçi Məmizadə Əminə Etibar qızının doğum qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 17 yanvar 2006-cı il tarixdə Bərdə şəhərində anadan olmuş Əliyev Sərvan Əlvan oğlunun və 14 yanvar 2007-ci il tafrixdə anadan olmuş X7 doğum faktının müəyyən olunması, atası Əliyev Əlvan Mirzə oğlu, anası Ərizəçi Vaqif qızı olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qızı ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı Əliyev Əlvan Mirzə oğlu ilə 2005-ci il tarixdə qeyri-rəsmi ailə qurub evlənmişlər, Nikahlarını 05 yanvar 2010-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə yaşadıqları dövrdə iki övladları anadan olmuşdur, lakin onlar başa düşmədiklərindən 17 yanvar 2006-cı il tarixdə Bərdə şəhərində anadan olmuş X8 və 14 yanvar 2007-ci il tarixdə anadan olmuş X19 qızına doğum haqqında şəhadətnamə ala bilməmişlər. Həyat yoldaşı X21 Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə məhkum olunmuşdur. Bakı şəhəri 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Hal-hazırda onlar övladlarına doğum haqqında şəhadətnamə almaq istəyirlər, onlar övladlarına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişlər. Orda isə məhkəməyə müraciət etmələri bildirilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X4 bildirmidir ki, Ərizəçi bacısıdır, bacısı Günel Əliye v Əlvan Mirzə oğlu ilə 20015-ci ildə faktiki nikah münasibətinə daxil olmuşlar, 05 yanvar 2010-cu ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə yaşadıqları dövrdə iki övladları anadan olmuşdur. Lakin başa düşməməzlikdən, imkansızlıdan doğum haqqında şəhadətnamə ala bilməmişlər. Hal-hazırda övladlarına doğum haqqında şəhadətnamə almaq istəyirlər, övladlarına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müracitə etsələr də, orda məhkəməyə müraciət etmələrini bildiriblər. Məhkəmə iclasında şahid X11 və X3 şahid Abdullayeva Aygün Vaqif qızının izahatına uyğun izahat verdilər. Məhkəmə ərizəçinin ifadələrini dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarınada olan AA ******* nörməli şəxsiyət vəsiqsəinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1990-cı ildə doğulmuşdur. İş materiallarınada olan AA ******* nörməli şəxsiyət vəsiqsəinin surətindən müəyyən olunur ki, X14 08 mart 1987-ci ildə doğulmuşdur. İş materiallarında olan Asan-Bərdə tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 07 iyun 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə şəhəri, M.Hüseynzadə küçəsi ev 14-də qeydiyyatdadır. İş materiallarında olan “vətəndaşlıq vıziyyəti aktları” AQİS-dən çıxarışdan müəyyən olunur ki, X14 ilə Abdullayeva Günel Vaqif qızı arasında nikah Maraqlı şəxsndə 05 yanvar 2010-cu ildə qeyd edilmiş, nikahdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Bərdə Rayon İlkin Səhiyyə Xidmətinin Ailə Sağlamlığı Mərkəzi tərəfindən verilmiş məktubundan müəyyən olunur ki, Ərizəçi qızının deməsinə görə X14 və Ərizəçi birgə nikah dövründə 17 yanvar 2006-cı il təvəllüdlü Əliyev ---------- Əlvan oğlu və 14 yanvar 2007-ci il təvəllüdlü Əliyev --------- Əlvan qızı Bərdə RMX-da İSX-nın Ailə Sağlamlıq Mərkəzində həkim pediatr tərəfindən qeydiyyata götürülmüşdür, uşaqlar həkim prediatr tərəfindən müayinə olundu və sağlam olması təsdiq olundu. İş materiallarında olan X16 tərəfindən verilmiş 04 iyun 2021-ci il tarixli 368-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi Vaqif qızı qeydiyyat şöbəsinə müraciət etmiş, ona faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət körülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, 17 yanvar 2006-cı il təvəllüdlü Əliyev ---------- Əlvan oğlu və 14 yanvar 2007-ci il təvəllüdlü Əliyev - -------- Əlvan qızının doğum aktı qeydləri müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamələrin bərpası üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi 17 yanvar 2016-cı il tarixdə oğlan, 14 yanvar 2007-ci il tarixdə qız övladının doğulması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə ata qrafasında X14, ana qrafasında Ərizəçi qeyd olunsun. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2176/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2176/2021
08.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver