Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2184/2024 13.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayeva Lalə Ruslan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə şəhərində məhkəmənin inzibati binasında 13 avqust 2024-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizəsi ilə müraciət edərək 1939-cu il tarixdə Ermənistan Respublikasında anadan olmuş, 1992-ci il 26 fevral tarixində ermənilər tərəfindən qətlə yetirilmiş Əliyeva (Nurəliyeva) Dilarə Oruc qızının anası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 27 aprel 1961-ci il tarixdə Bərdə rayonu İmirli kəndində anadan olmuşdur. X22 ilə anası X6 xx.xx.1959-cu il tarixdə ailə qurmuşlar. X15 atasının soyadını götürmüşdür. Onların rəsmi nikahından 15 may 1960-cı il tarixdə bacısı X9 dunyaya gəlmişdir. Atası ilə anası bir müddət sonra rəsmi qaydada ayrılmışlar. Anası ikinci dəfə 1969-cu il tarixdə X19 ilə rəsmi nikaha girməklə ailə qurmuşdur. İkinci dəfə ikinci həyat yoldaşı Aslan Əliyevin soyadını daşımışdır. X20 vilayətinin Xocalı qəsəbəsində yaşamışlar və onların övladları olmamışdır.1992-ci il tarixdə baş vermiş Xocalı soyqırımı zamanı anası X12 şəhid olmuşdur və onun cəsədi 40 gündən sonra tapılaraq Bərdə rayonunun Əmirli kənd qəbirstanlığında dəfn edilmişdir. Xocalı soyqırımı zamanı orada yaşayan insanların sənədləri ermənilər tərəfindən məhv edildiyi üçün heç bir sənəd ala bilmir. Ona görə də, məhkəmədən 1939-cu il tarixdə Ermənistan Respublikasında anadan olmuş, 1992-ci il 26 fevral tarixində ermənilər tərəfindən qətlə yetirilmiş Əliyeva (Nurəliyeva) Dilarə Oruc qınının anası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərərk, ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə işdə iştirk edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İİİ №724281 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il Bərdə rayonun İmirli kəndində anadan olmuşdur. X3, anası X8r. İş materiallarına əlavə olunmuş Xocalı rayon İcra Hakimiyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi anası Əliyeva (Cəfərova) Dilarə Oruc qızı xx.xx.1992-ci il tarixdə baş vermiş Xocalı faciəsi zamanı şəhid olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Bərdə rayin İH Əmirli kənd İƏD üzrə nümayəndəliyinin 1398 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi anası X1 hadisələri zamanı şəhid olmuşdur və Bərdə rayonu Əmirli kəndində dəfn olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan xidmət“ mərkəzində qeydiyyat şöbəsinin 31 mart 2024-cü il tarixli Bərdə rayonu Əmirli kəndində yaşayan Ərizəçi ünvanlanmış məktubundan görünür ki, X7 ilə Əliyeva (Cəfərova) Dilarə Oruc qızının nikahda olması barədə təkrar şəhadətnamənin istənilməsi ilə bağlı müraciət daxil olmuşdur və müraciətin təmin edilməsi mümkün olmamışdır. Ərizəçi məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə olunmuş seriya AZE 06423145 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1958-ci il tarixdə Azərbaycan Respublikası Bərdə rayonu İmirli kəndinə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş seriya AZE 16488315 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 Azərbaycan Respublikası Bərdə rayonu İmirli kəndində xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən X13 ifadə verərək bildirdi ki, Ərizəçi həm xalası oğlu, həm də kəndçisidir. Əliyeva (Nurəliyeva) Dilarə Oruc qızı onun xalasıdır və o, dəfələrlə onların evində qonaq olmuşdur. Xalası ikinci dəfə ailə həyatı qurmuşdur. O, 1992-ci il tarixdə Xocalıda ermənilər tərəfindən qətlə yetirilmişdir. Xalası Əliyeva (Nurəliyeva) Dilarə Oruc qızı Ərizəçi anasıdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 ifadə verərək bildirdi ki, Ərizəçi bibisi oğludur. Əliyeva (Nurəliyeva) Dilarə Oruc qızı onun bibisidir. Bibisi 1992-ci il tarixdə Xocalı soyqırımı zamanı öldürülmüş və cəsədi 40 gündən sonra tapılaraq Bərdə rayonunun Əmirli kənd qəbirstanlığında dəfn edilmişdir. Əliyeva (Nurəliyeva) Dilarə Oruc qızı Ərizəçi anasıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, 1939-cu il tarixdə Ermənistan Respublikasında anadan olmuş, 1992-ci il 26 fevral tarixində ermənilər tərəfindən qətlə yetirilmiş Əliyeva (Nurəliyeva) Dilarə Oruc qızının Ərizəçi anası olması faktı müəyyən olunmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumunu ərizəçiyə aid edilməlidir. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumunu ərizəçiyə aid edilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə tələbi təmin edilsin. 1939-cu il tarixdə Ermənistan Respublikasında anadan olmuş, 1992-ci il 26 fevral tarixində ermənilər tərəfindən qətlə yetirilmiş Əliyeva (Nurəliyeva) Dilarə Oruc qızının Ərizəçi anası olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-2184/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2184/2024
13.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver