Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2199/2025 14.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Abdullayev Ziya Yaşar оğlunun sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi X7 iştirakları ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “payların naturada koordinatlarının müəyyən edilməklə alınıb iddiaçının mülkiyyətinə verilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair 2(021)-2199/2025 nömrəli mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiаçı İddiaçı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bərdə rayonu Alpoud kəndində An-İN -1211145 saylı alqı-satqı müqaviləsi ilə aldığı 0.23 ha həyətyanı torpaq sahəsindən X8 düşən 0.0184 ha, X3 0.046 ha, X9 0.0092 ha düşən paylarının naturada kordinatlarının müəyyən edilməklə alınıb naturada onun mülkiyyətinə verilməsinə, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması üçün qadağan edilməsinə və ödədiyi 101 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bərdə rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2613/2023 nömrəli qətnaməsinə və əmlak məsələləri dövlət xidməti daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli,********** qeydiyyat nömrəli, **********14 nömrəli reyestr çıxarışına əsasən Bərdə rayonu Alpoud kəndində yerləşən mərhum X4 miras qalmış 0.23 ha torpaq sahəsində iddiaçılardan Cavabdeh1 payı olan 6/25 hissənin, Cavabdeh2 payı olan 6/25 hissənin, cavabdeh X5 payı olan 2/25 hissəsinin, həmçinin onun yetkinlik yaşına çatmayan oğlu X6 payı olan 1/25 hissənin, dgər cavabdeh X2 payı olan 5/25 hissəsinin və Cavabdeh3 payı olan 5/25 hissənin sərhədləri ( koordinatları) müəyyən edilməklə naturada bölünüb ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı müdafiə edir. Torpağın naturada ayrılmasını istəyir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, mülki işlərin birləşdirilməsini məhkəmə mülahizəsinə buraxır. Cavabdeh2 nümayəndəsi X10 məhkəmə iclasında izahat verərək bildirdi ki, mülki işlərin birləşdirilməsini məhkəmə mülahizəsinə buraxır. Cavabdeh3 məhkəmə iclasının vaxtı barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, hər iki işdə iştirak edən tərəflər eyni olmaqla, iddia tələblərinin bir-birinə yönəlməsini və bir-birilə bağlı olmasını nəzərə alaraq mülki işlərin tam, obyektiv və ətraflı araşdırılmasının təmin edilməsi məqsədilə ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 169.3-cü maddəsinə əsasən hər iki mülki işin bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Belə ki, MPM-in 169.3-cü maddəsində qeyd olunmuşdur ki, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıdakılara əsasən, MPM-in 169-cu maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “payların naturada koordinatlarının müəyyən edilməklə alınıb iddiaçının mülkiyyətinə verilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair 2(021)-2199/2025 nömrəli mülki iş iddiaçılar Cavabdeh1, Cavabdeh2 iddia ərizəsi əsasında qeydə alınmış 2(021)-154/2025 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Hаkim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-2199/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2199/2025
14.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver