Məhkəmə qərarları › İş №2(021)-220/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-220/2024

05.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-220/2024 05.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X4 məhkəmə iclas kаtibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “qohumluq faktının təsdiq edilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhumə analığı X1 mərhum X3 oğlu olması faktının təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə dəqiqləşdirmə ərizəsi varərək mərhumə analığı X1 mərhum X2 oğlu olması faktının təsdiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə təyin edilmiş məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəməyə ərizə təqdim edərək mülki işin baxılmamış saxlanılmasını və sənədlərinin özünə qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçini dinləyib işdə olan sənədləri araşdırıb, ərizəçinin ərizəsinə qiymət verib belə hesab edir ki, ərizə baxılmamış saxlanılmalı, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. MPM-in 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və MPM-in 170, 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “qohumluq faktının təsdiq edilməsi” tələbinə dair mülki iş baxılmamış saxlansın. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar