Məhkəmə qərarları › İş №2(021)-2218/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2218/2022

27.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2218/2022 27.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək *7 yanvar 2*17-ci ildə Bərdə şəhərində anadan olmuş X5, 15 iyul 2*18-ci ildə anadan olmuuş X2, 15 mart 2*2*-ci ildə anadan olmuş X3, 19 dekabr 2*21-ci ildə anadan olmuş X8 doğum faktının müəyyən müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X4 ilə qeyri rəsmi yaşamışdır. Birgə yaşadıqları dövrdə *7 yanvar 2*17-ci ildə X13, 15 iyul 2*18-ci ildə X9, 15 mart 2*2*-ci ildə X11, 19 dekabr 2*21-ci ildə X14 adlı övladları anadan olmuşdur. Həddindən artıq imkansız olduqlarından, maddi rifah halları pis olduğundan, uşaqlarını dördü də Bərdə şəhəri, Səttərxan küçəsində olan evlərində dünyaya gəlmişdir. Uşaqlarına doğum haqqında şəhadətnamə almaq üçün Bərdə Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişlər, lakin doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, Ərizəçi ilə qohumdurlar. Aysel və Elşad qeyri rəsmi bir yerdə yaşayıblar, nikahlarını qeyd etdirməyiblər. 4 uşaqları var. Uşaqlar evdə doğulduğundan doğum haqqında şəhadətnamə ala bilmirlər. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələri dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AA******* nörməli şəxsiyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 2**1-ci ildə doğulmuşdur. İş materiallarında olan AZE 14281*83 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X1 18 yanvar 1988-ci ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə şəhəri M.Hüseynzadə küçəsi ev 9-da qeydiyyatdadır. İş materillarında olan Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3*26 nömrəli, 27 may 2*22-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə şəhəri, Səttərxan küçəsi təzə məhlədə yaşayır. İş materiallarında olan X7 tərəfindən verilmiş məktubdan müəyyən olunur ki, Ərizəçi 19 yanvar 2*21-ci il təvəllüdlü oğlu, *5 iyul 2*18-ci il təvəllüdlü qızı *7 yanvar 2*17-ci il təvəllüdlü oğlu İlkin Səhiyyə Xidmətinin Ailə Sağlamlıq Mərkəzində Həkim Pediatr tərəfindən qeydiyyata götürülüb, həkim pediatr tərəfindən müayinə olunub və praktiki sağlam olması təsdiq olunub. İş materiallarında olan X7 tərəfindən verilmiş 41*6, 41*7, 41*8, 41*9 saylı, 3* dekabr 2*21-ci il tarixli Tibbi arayışdan müəyyən olunur ki, Ərizəçi 19 yanvar 2*21-ci il təvəllüdlü oğlu, *5 iyul 2*18ci il təvəllüdlü qızı *7 yanvar 2*17-ci il təvəllüdlü oğlu hal-hazırda yaşayır və həkim müayinəsindən keçərkən sağlam olduğu müəyyən edilmişdir. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 31 dekabr 2*21-ci il tarixli, 823-*5/15 nömrəli məktubdan müəyyən olunur ki, Ərizəçi doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3*7.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 3*7.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Ərizəçi *7 yanvar 2*17-ci il tarixdə bir oğlan övladının, 15 iyul 2*18-ci ildə bir qız övladının, 15 mart 2*2*-ci il tarixdə bir qız övladının, 19 dekabr 2*21-ci il tarixdə bir oğlan övladının olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 22*.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 22*, 227, 3*7, 3*8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilisin. Ərizəçi *7 yanvar 2*17-ci il tarixdə bir oğlan övladının, 15 iyul 2*18-ci ildə bir qız övladının, 15 mart 2*2*-ci il tarixdə bir qız övladının və 19 dekabr 2*21-ci il tarixdə bir oğlan övladının olması faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar