Məhkəmə qərarları › İş №2(021)-222/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-222/2024

14.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-222/2024 14.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçılar İddiaçı, X7, X12 , Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Salahova (Hüseynova) Aysu Cənnət qızının, X5 iştirakları ilə, İddiaçılar İddiaçı, X7, X12 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Salahova (Hüseynova) Aysu Cənnət qızına, X8, üçüncü şəxs Bərdə Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə qarşı “mirasın qəbulu üçün müəyyən edilmiş müddətin ötürülməmiş hesab edilməsi, miras əmlakıarın qəbul edilməsi faktının müəyyən olunması, miras əmlaklar üzərində payların müəyyən edilməsi və cavabdehlərin miras əmlaka vərəsəlik hüququnu itirmiş hesab edilməsi ” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Salahova (Hüseynova) Aysu Cənnət qızına, X8, üçüncü şəxslər X13, X19 və Bərdə Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə qarşı iddia qaldıraraq, xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum həyat yoldaşı X6 miras qalmış onun xüsusi mülkiyyəti olan ünvan 3i ərazisində yerləşən daşınmaz əmlaklar: 1.Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən: xx.xx.2019-cu il qeydiyyat tarixli **********53 reyestr nömrəli Çıxarışa əsasən 1.2017 ha torpaq sahəsindən onun payı olan 4/5 hissəsini, xx.xx.2019- cu il tarixli **********52 reyestr nömrəli Çıxarışa əsasən 0.8220 ha torpaq sahəsindən onun payı olan 4/5 hissəsini və xx.xx.2019-cu il qeydiyyat tarixli **********54 reyestr nömrəli Çıxarışa əsasən 0.50 ha torpaq sahəsindən 4\5 hissəsini; 2.JN-042A "KOD 61002028 nömrəli" Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən onun mülkiyyətçisi olduğu 0,18 ha torpaq sahəsini, həmin torpaq sahəsi üzərində 1992-ci ildə tikdirdiyi 1 mərtəbəli, 2 otaqlı, 1 zal mətbəx və eyvandan ibarət olan ümumi sahəsi 112 m2 fərdi yaşayış evini, həmin torpaq sahəsi üzərində 2002-ci ildə birgə tikdirimiz 15x10 metr ölçülü beton tövləni və həmin torpaq sahəsi üzərində 2005ci ildə birgə tikdiriyimiz 15x6 metr ölçülü yardımçı tikilini, 3.JN-042B KOD 61002028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən onun mülkiyyəti olan 0,24 ha torpaq sahəsini məhrum X9 vərəsəsi kimi miras olaraq onun tərəfindən qəbul etmək üçün qanunla müəyyən edilmiş müddətin ötürülüməmiş hesab edilməsinə, həmin miras əmlakların onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına, həmin miras əmlaklar üzərində onun və oğulları X7 və X12 paylarının müəyyən edilməsinə, həmin miras əmlaklara cavabdehlər Cavabdeh1, Cavabdeh2, Salahova (Hüseynova) Aysu Cənnət qızının və X5 vərəsəlik hüquqlarını itirmiş hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 3 sakini, 1962-ci ildə anadan olmuş X25 ilə nikahlarını Bərdə rayon Böyük Göyüşlü kənd i.ə.d üzrə icra nümayəndəliyində 07 fevral 1997-ci il tarixdə qeyd edilməklə evlənmişdir. Həyat yoldaşı X25 08 fevral 2023-cü il tarixdə vəfat etmişdir. Vəfat edərkən onun sağ olmuş qanun üzrə vərəsələri aşağıdakı olmuşlar: 1.İddiaçı - həyat yoldaşı 2.Cavabdeh1 (qızı) 3.Cavabdeh2 (qızı) 4.Salahova (Hüseynova) Aysu Cənnət qızı (qızı) 5.X20 (qızı) 6.X26 (oğlu) 7.X30 (oğlu) Həyat yoldaşı Hüseynov Cənnət oğlu vəfat etdikdən sonra ondan aşağıda göstərilən daşınmaz əmlaklar miras olaraq qalmışdır: 1.Bərdə rayonu Bala Göyüşlü kəndi ərazisində yerləşən kənd təsərrüfat təyinatlı 1.2017 ha torpaq sahəsindən 4/5 hissəs. (Əsas: Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyesterindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********53 reyestr nömrəli Çıxarış). 2.Bərdə rayonu Bala Göyüşlü kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.8220 ha torpaq sahəsindən 4/5 hissə (Əsas: Mülkiyyət sənədi – Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********52 reyestr nömrəli Çıxarış) 3.Bərdə rayonu Bala Göyüşlü kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,05 ha torpaq sahəsində 4/5 hissə. (Əsas: Mülkiyyət sənədi – Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********54 reyestr nömrəli Çıxarış) Həmin torpaq sahələri Bərdə rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə 2,52 ha ölçüdə kənd təsərrüfatı məhsulları istehsalı üçün ailələrinə ayrılmış və bu barədə onlara "Torpağa mülkiyyət hüququna dair" JN-0009 Kod 61002028 nömrəli Dövlət Aktı verilmişdir. X52 əsasən sözügedən 2,52 ha torpaq sahəsi X9, İddiaçı, Cavabdeh1 Cənnət qızının, Cavabdeh2 və X14 ümumi (birgə) paylı mülkiyyəti olmuşdur. Birgə mülkiyyətçilərǝdən İddiaçı, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2019-cu il tarixdə **********53 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət reyesterindən Çıxarışa əsasən birgə mülkiyyət üzrə 1.2017 ha, **********52 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət reyesterindən Çıxarışa əsasən birgə mülkiyyət üzrə 0.822 ha və **********4 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət reyesterindən Çıxarışa əsasən birgə mülkiyyət üzrə 0,5 ha torpaq sahəsindən özlərinə məxsus olan hissəsini bütünlüklə xx.xx.2019- cu il tarixli “Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə" əsasən Hədiyyə alan X15 bağışlamışlar. Həmin bağışlama müqavilələri Bərdə Regional “ASAN Xidmət” Mərkəzində rəsmiləşdirilməmişdən əvvəl 2,52 ha torpaq sahəsindən özünə məxsus olan 0,50 ha hissəsini atası Cənnət Hüseynova bağışlamasına razılıq verməsi üçün Cavabdeh1 atası tərəfindən əvvəlcədən (2019-cu ilin noyabr ayının əvvəllərində) qeyri-rəsmi olaraq 1200 manat, bundan əvvəl isə 2017-ci ildə həmin 0,50 ha hissəsini atası Cənnət Hüseynova satması üçün Bərdə rayonu Böyük Göyüşlü kənd bələdiyyəsinin sədri A.Muradovun iştirakı ilə ona atası tərəfindən 1000 manat nəğd pul verilmiş, bu faktın təsdiqi üçün Cənnət Hüseynovun, Cavabdeh1 və bələdiyyə sədri Aqil Muradovun iştirakları ilə "Alqı satqı müqaviləsi” adlanan sənəd tərtib edilərkən bələdiyyənin möhürü və tərəflərin imzaları ilə təsdiq edilmişdir. Bundan başqa həmin bağışlama müqavilələri Bərdə Regional "ASAN Xidmət" Mərkəzində rəsmiləşdirilməsindən əvvəl 2,52 ha torpaq sahəsindən özünə məxsus olan 0,50 ha hissəsi atası Cənnət Hüseynova bağışlanmasına razılıq verilməsi üçün Cavabdeh3 (Hüseynovaya) atası tərəfindən əvvəlcədən-2019-cu ilin noyabr ayının əvvəllərində qeyri-rəsmi olaraq 1200 manat nəğd pul verilmişdir. Bundan başqa həmin bağışlama müqaviləsi Bərdə Regional "ASAN Xidmət” Mərkəzində rəsmiləşdirilməmişdən əvvəl hələ 2019-cu ilin iyun ayında Cavabdeh2 2,52 ha torpaq sahəsindən özünə məxsus olan 0,50 ha hissəsini atası Cənnət Hüseynova bağışlayacağını vəd edərək həyat yoldaşının avtomobil qəzasında aldığı xəsarətlərin müalicəsi üçün pul lazım olduğunu bildirib Cənnət Hüseynovdan 1200 manat nəğd pul almış, lakin sonradan bağışlama müqaviləsinin rəsmiləşdirmək üçün xx.xx.2019-cu ildə Notariat ofisinə gəlməmişdir. Əksinə, Cavabdeh2 2021-ci ildə Bərdə rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ümumi (birgə) mülkiyyətimizdə olan 2,52 ha torpaq sahəsindən onun payının naturada ayrılıb ona verilməsinə və cavabdeh X9 zəbt etdiyi ona məxsus 0,50 ha hissəsində çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə məhkəmə baxışının gedişatında X46 Hüseynova ilə razılığa gələrək 2,52 ha torpaq sahəsindən Cavabdeh2 0,50 ha payının ayrılıb verilməsinə razılıq vermişdir. Odur ki, Cavabdeh2 məhkəməyə ərizə verərək mülki işin baxılmamış saxlanılmasını Və sənədlərin əslinin özünə qaytarılmasını xahiş etmişdir. Bərdə rayon məhkəməsi (hakim Məhərrəm Allahverdiyev) 07 iyun 2021-ci il tarixli, 2(021)-208/2021 nömrəli qərardadı ilə qərara almışdır ki: “İddiaçı Cavabdeh2 cavabdeh X15 qarşı payının naturada ayrılıb verilməsi və torpaqdan çıxarılma tələbinə dair ərizəsi baxılmamış saxlanılsın və sənədlər iddiaçıya qaytarılsın." Yuxarıda şərh etdiyi səbəblərdən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən xx.xx.2019-cu il qeydiyyat tarixli **********53 reyestr nömrəli, **********52 reyestr nömrəli və **********54 reyestr nömrəli Çıxarışlarda Cavabdeh2 payı 1/5 hissə, X9 payı isə 4/5 hissə olaraq göstərilmişdir. Bundan başqa mərhum həyat yoldaşı X6 aşağıda göstərilən daşınmaz əmlaklar da miras qalmışdır: 1.Bərdə rayonu Bala Göyüşlü kəndində yerləşən, 1992-ci ildə tikilmiş 1 mərtəbəli, 2 otaq, 1 zal, 1 mətbəx və eyvandan ibarət, ümumi sahəsi 112 kv.m olan fərdi yaşayış evi. 2.Həmin evin üzərində tikildiyi 0,18 ha həyətyanı torpaq sahəsi. Sözügedən torpaq sahəsi Torpağın mülkiyyətə verilməsinə dair JN-042A KOD 61002028 nömrəli Şədahətnaməyə əsasən və Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə ailələrinə verilmişdir. Həmin Şəhadətnaməyə əsasən torpağın mülkiyyətçisi X16r. 3.Həmin evin 0,18 ha həyətyanı torpaq sahəsində 2002-ci ildə tikilmiş 15 metr x 10 metr ölçülü beton tövlə. 4.Həmin evin 0,18 ha həyətyanı torpaq sahəsində 2005-ci ildə daşdan tikilmiş 15 metr x 6 metr ölçülü yardımçı tikili. 5.Torpağın mülkiyyətə verilməsinə dair JN-042B KOD 61002028 nömrəli Şəhadətnaməyə əsasən və Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarına əsasən ailəmizin mülkiyyətinə verilmiş Bərdə rayonu Bala Göyüşlü kəndində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsi. Həmin Şəhadətnaməyə əsasən torpağın mülkiyyətçisi X16r. Həyat yoldaşı X9 vəfatından sonra ondan miras qalmış yuxarıda göstərilən daşınmaz əmlakları faktiki olaraq o və oğulları X26 və X30 qəbul etmişlər, onları idarə və sahiblik edirlər, miras evdə yaşayırlar, yuxarıda göstərilən Çıxarışlar və Şəhadətnamələr əsasında onun mirası olan torpaqları (Cənnət Hüseynova mirasdan çatası payı) o və oğulları əkibbecərir, münbitləşdirir və mühafizə edib qoruyurlar. Onun dəfni və yas mərasimləri onun tərəfimdən təşkil edilərək keçirilmiş, dəfn pulu onun tərəfimdən alınmış, həmçinin qəbirüstü abidəsi onun xərci hesabına hazırlatdırılaraq qoyulmuş, mərhumun adında qalmış yuxarıda göstərilən daşınmaz əmlarlara görə vergiləri o ödəyir. ünvan 3 icra nümayəndəliyinin Bərdə rayon məhkəməsinə təqdim etmək üçün ona verdiyi xx.xx.2023-cü il tarixli, 420 nömrəli arayışda da göstərilir ki, “həmin tikililər və onların üzərində yerləşdiyi 0,18 ha torpaq sahəsi faktiki olaraq mərhum X9 həyat yoldaşı İddiaçı, oğulları X26 və X30 tərəfindən miras olaraq qəbul edilmiş, onlar tərəfindən sahiblik və idarə olunur.” Hazırda mərhum həyat yoldaşı X6 miras qalmış daşınmaz əmlakları: 4/5 hissə pay torpaq sahələrini, 0,18 ha həyətyanı torpaq sahəsini, həmin torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evini, tövlə və yardımçı tikilini, həmçinin digər 0,24 ha həyətyanı torpaq sahəsini mərhumun Qanun üzrə vərəsəsi kimi adına rəsmiləşdirmək istəyir. Bu məqsədə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bərdə Regional "ASAN Xidmət" Mərkəzinin Notariat ofisinə 15 avqust 2023-cü il tarixli ərizəsi ilə müraciət etmişdir. Həmin ofisindən ona verilmiş xx.xx.2023-cü il tarixli 2061/2023 saylı imtina cavabında bildirilir ki: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şərilərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Odur ki, miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müvafiq rayon məhkəməsinə müraciət etməyiniz xahiş olunur” Hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh2, Salahova (Hüseynova) Aysu Cənnət qızı və X20 ilə onun arasında mərhu həyat yoldaşım Cənnət Hüseynovadan miras qalmış və onun tərəfindən faktiki olaraq qəbul edilmiş həmin miras əmlaklara görə ixtilaf vardır. O isə hesab edir ki, onlar, yəni cavabdehlər mərhum Cənnət Hüseynovdan miras qalmış daşınmaz əmlaklara vərəsəlik hüququnu itirmişlər, odur ki, onlara mirasdan pay ayrılmalı deyildir. Belə ki, Cavabdeh1 **********53 reyestr nömrəli Çıxarış üzrə 1.2017 ha, **********52 reyestr nömrəli Çıxarış üzrə 0,8220 ha və **********54 reyestr nömrəli Çıxarış üzrə cəmi 2,52 ha birgə mülkiyyət pay torpaq sahəsindən öz payı olan 0,50 ha hissəni xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsi ilə Cənnət Hüseynova bağışlamasına görə ondan əvvəlcədən 1000 və 1200 manat olmaqla 2200 manat pul almışdır. JN-042A KOD 61002028 nömrəli Şəhadətnamə üzrə 0,18 ha və JN -042B KOD 61002028 nömrəli Şəhadətnamə üzrə 0,24 ha həyətyanı torpaq sahələri, birgə mülkiyyət 2,52 ha torpaq sahəsinin Cənnət Hüseynovaya məxsus olan 4/5 hissəsi, ondan miras qalmış ev, tövlə və digər yardımçı tikililər isə miras kimi onun tərəfindən qəbul edilmişlər, onlara sahiblik və idarə edir. Cavabdeh1 Bərdə rayonu Bala Göyüşlü kəndində özünə məxsus olan fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi vardır və Cənnət Hüseynovun miras daşınmaz əmlakları ilə uzun illərdir ki, heç bir əlaqəsi yoxdur. Bu səbəblərdən Cavabdeh1 həmin miras daşınmaz əmlaklara vərəsəlik hüququnu itirmişdir. Cavabdeh3 (Hüseynova) da **********53 reyestr nömrəli Çıxarış üzrə 1.2017 ha, **********52 reyestr nömrəli Çıxarış üzrə 0,8220 ha və **********54 reyestr nömrəli Çıxarış üzrə cəmi 2,52 ha birgə mülkiyyət pay torpaq sahəsindən öz payı olan 0,50 ha hissəni xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsi ilə Cənnət Hüseynova bağışlamasına görə ondan əvvəlcədən 1200 manat pul almışdır. JN-042A KOD 61002028 nömrəli Şəhadətnamə üzrə 0,18 ha və JN -042B KOD 61002028 nömrəli Şəhadətnamə üzrə 0,24 ha həyətyanı torpaq sahələri, birgə mülkiyyət 2,52 ha torpaq sahəsinin Cənnət Hüseynovaya məxsus olan 4/5 hissəsi, ondan miras qalmış ev, tövlə və digər yardımçı tikililər isə miras kimi onun tərəfimdən qəbul edilmişlər, onlara sahiblik və idarə edir. Cavabdeh3 ünvan 1 ünvanında özünə məxsus olan fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi vardır və Cənnət Hüseynovun miras daşınmaz əmlakları ilə uzun illərdir ki, heç bir əlaqəsi yoxdur. Bu səbəblərdən Cavabdeh3 həmin miras daşınmaz əmlaklara vərəsəlik hüququnu itirmişdir. Cavabdeh2 da **********53 reyestr nömrəli Çıxarış üzrə 1.2017 ha, **********52 reyestr nömrəli Çıxarış üzrə 0,8220 ha və **********54 reyestr nömrəli Çıxarış üzrə cəmi 2,52 ha birgə mülkiyyət pay torpaq sahəsindən öz payı olan 0,50 ha hissəni atası Cənnət Hüseynova bağışlamasını vəd edərək ondan əvvəlcədən 1200 manat pul almışdır. JN- 042A KOD 61002028 nömrəli Şəhadətnamə üzrə 0,18 ha və JN -042B KOD 61002028 nömrəli Şəhadətnamə üzrə 0,24 ha həyətyanı torpaq sahələri, birgə mülkiyyət 2,52 ha torpaq sahəsinin Cənnət Hüseynovaya məxsus olan 4/5 hissəsi, ondan miras qalmış ev, tövlə və digər yardımçı tikililər isə miras kimi onun tərəfindən qəbul edilmişlər, onlara sahiblik və idarə edir. Cavabdeh2 Bərdə rayonu Bala Göyüşlü kəndində özünə məxsus olan fərdi yaşayış evi vardır və Cənnət Hüseynovun miras daşınmaz əmlakları ilə uzun illərdir ki, heç bir əlaqəsi yoxdur. Onun Bərdə rayonu Bala Göyüşlü kəndində özünə məxsus olan fərdi yaşayış evi və həyətyani torpaq sahəsi vardır. Bu səbəblərdən Cavabdeh1 həmin miras daşınmaz əmlaklara vərəsəlik hüququnu itirmişdir. Cavabdeh Gülşən Hüseynova da JN-042A KOD 61002028 nömrəli Şəhadətnamə üzrə 0,18 ha və JN -042B KOD 61002028 nömrəli Şəhadətnamə üzrə 0,24 ha həyətyanı torpaq sahələrinə, birgə mülkiyyət 2,52 ha torpaq sahəsinin Cənnət Hüseynovaya məxsus olan 4/5 hissəsinə, ondan miras qalmış ev, tövlə və digər yardımçı tikililərə vərəsəlik hüququnu itirmişdir. Çünki həmin daşınmaz əmlaklar miras kimi onun tərəfindən qəbul edilmişlər, onlara sahiblik və idarə edirəm. X33 şəhəri Gəncə küçəsi ev 47 ünvanında yerləşməklə özünə məxsus olan fərdi yaşayış evi vardır və Cənnət Hüseynovanın miras daşınmaz əmlakları ilə uzun illərdir ki, heç bir əlaqəsi yoxdur. Bu səbəblərdən də Gülşən Hüseynova həmin miras daşınmaz əmlaklara vərəsəlik hüququnu itirmişdir. Məhkəmə onun mərhum həyat yoldaşı X6 miras qalmış yuxarıda göstərilən daşınmaz əmlakları miras olaraq qəbul etməyi üçün qanunla müəyyən edilmiş müddəti ötürülməmiş hesab etməli və mirasın mənim tərəfindən faktiki olaraq qəbul edilməsi faktını da müəyyən etməlidir. Belə ki, onun sözügedən daşınmaz əmlakları həyat yoldaşı Cənnət Hüseynov vəfat etdiyi gündən etibarən miras olaraq faktiki qəbul etməyi, onları idarə və sahiblik etməyi isə mübahisəsizdir, bunu cavabdehlər də etiraf edirlər və bu fakt Böyük Göyüşlü icra nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 420 nömrəli arayışı ilə də təsdiq olunub. Lakin bununla belə mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi də hüquqi cəhətdən məhkəmə aktı ilə olmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonar üçüncü şəxs X26 və X30 məhkəməyə ərizə verərək, 2(021)-222/2024 nömrəli mülki iş üzrə onları üçüncü şəxs statusundan iddiaçı statusuna keçirilməyi barədə qərardad qəbul edilməsini; xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum atası X6 miras qalmış onun xüsusi mülkiyyəti olan ünvan 3i ərazisində yerləşən daşınmaz əmlaklar: 1.Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən: xx.xx.2019-cu il qeydiyyat tarixli **********53 reyestr nömrəli Çıxarışa əsasən 1.2017 ha torpaq sahəsindən onun payı olan 4/5 hissəsini, xx.xx.2019-cu il tarixli **********52 reyestr nömrəli Çıxarışa əsasən 0.8220 ha torpaq sahəsindən onun payı olan 4/5 hissəsini və xx.xx.2019-cu il qeydiyyat tarixli **********54 reyestr nömrəli Çıxarışa əsasən 0.50 ha torpaq sahəsindən 4/5 hissəsini, 2.JN-042A "KOD 61002028 nömrəli" Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnaməyə əsasən onun mülkiyyətçisi olduğu 0,18 ha torpaq sahəsini, həmin torpaq sahəsi üzərində 1992-ci ildə tikdirdiyi 1 mərtəbəli, 2 otaqlı, 1 zal mətbəx və eyvandan ibarət olan ümumi sahəsi 112 m2 fərdi yaşayış evini, həmin torpaq sahəsi üzərində 2002-ci ildə tikdirdiyi 15x10 metr ölçülü beton tövləni və həmin torpaq sahəsi üzərində 2005-ci ildə tikdirdiyi 15x6 metr ölçülü yardımçı tikilini, 3.JN-042B KOD 61002028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnaməyə əsasən onun mülkiyyəti olan 0,24 ha torpaq sahəsini məhrum X9 vərəsəsələrindən biri kimi miras olaraq onun tərəfimdən qəbul etmək üçün qanunla müəyyən edilmiş müddətin ötürlüməmiş hesab edilməsinə, həmin miras əmlakların mənim tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına, həmin miras əmlaklar üzərində mənim payının müəyyən edilməsinə, həmin miras əmlaklara cavabdehlər Cavabdeh1, Cavabdeh2, Salahova (Hüseynova) Aysu Cənnət qızının və X5 vərəsəlik hüquqlarını itirmiş hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişlər. İddiaçı ərizə verərək, hazırki mülki iş üzrə X7 və X12 iddiaçı kimi iştirak etmələrinə etiraz etmədiyini bildirmişdir. Bərdə rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli qərardadı ilə X26 və X30 iddiaçı kimi mülki işə cəlb olunmuşlar. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı X26 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı X30 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirərək, miras əmlakdan onun da payının müəyyən edilməsini xahiş etdi. O həmçinin bildirdi ki, 2.52 ha torpaq shəsindən 50 sotunu atasına satmamışdır. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirərək, miras əmlakdan onun da payının müəyyən edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Salahova (Hüseynova) Aysu Cənnət qızının iddia tələbini qəbul etmədiyini bildirərək, miras əmlakdan onun da payının müəyyən edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X20 məhkəməyə ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyi bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş üçüncü şəxs Bərdə Regional “ASAN” Xidmət Mərkəzinin Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1962-ci ildə Bərdə rayon Mollaisalar kəndində anadan olmuşdur. ünvan 3ində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş АЭ №273536 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş АЭ №1404727 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 1962-cı il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı X10, ana qrafasında ana adı X2 qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Çıxarışdan görünür ki, X25 ilə İddiaçı xx.xx.1997-ci il tarixdə nikah bağlamışlar. İş materiallarına əlavə olunmuş AZ-İ №712254 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı X21, ana qrafasında ana adı İddiaçı kimi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İİİ №139551 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2002-cı il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı X25, ana qrafasında ana adı İddiaçı kimi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, X20 xx.xx.1997-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı X25, ana qrafasında ana adı İddiaçı kimi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Xİİİ-ЖГ №320704 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1988-cı il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı X25, ana qrafasında ana adı X1 qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Xİİ-ЖГ №329904 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1987-cı il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı X25, ana qrafasında ana adı X1 qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş XVİ-ЖГ №261447 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.1991-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı X25, ana qrafasında ana adı X1 qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İ №540659 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X38 ilə X28 xx.xx.2009-cu il tarixdə Bərdə rayon Qeydiyyat şöbəsində nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Salahova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ №891834 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə X23 xx.xx.2007-ci il tarixdə Bərdə rayon Böyük Göyüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikah bağlamışlar. İş materiallarına əlavə olunmuş Torpağa mülkiyyət hüququna dair JN-0009 KOD- 61002028 saylı Dövlət Aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə 2,52 ha torpaq sahəsi ünvan 3 sakinləri X9, İddiaçı, Cavabdeh1, Cavabdeh2, X14 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Torpağın mülkiyyətə verilməsinə dair JN-042A KOD- 61002028 saylı Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 0,18 ha torpaq sahəsi ünvan 3 sakinləri X9, İddiaçı, Cavabdeh1, Cavabdeh2, X14, X5, X7 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Torpağın mülkiyyətə verilməsinə dair JN-042B KOD- 61002028 saylı Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 0,24 ha torpaq sahəsi ünvan 3 sakinləri X9, İddiaçı, Cavabdeh1, Cavabdeh2, X14, X5, X7 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********53 reyestr nömrəli Çıxarışdan görünür ki, ünvan 3ində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ümumi birgə mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********52 reyestr nömrəli Çıxarışdan görünür ki, ünvan 3ində yerləşən 0,8220 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, ümumi birgə mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********53 reyestr nömrəli Çıxarışdan görünür ki, ünvan 3ində yerləşən 1,2017 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, ümumi birgə mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Böyük Göyüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərəfindən təsdiq edilmiş Alqı-satqı Müqaviləsindən görünür ki, ünvan 3 sakini X15 məxsus (dövlət aktı JN0009, KOD ********) olan 2,52 ha pay torpağında qızı Cavabdeh1 məxsus 50 sotunu atası Hüseynov Cənnətə 1000 (bir min) manata satmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, İddiaçı, Cavabdeh1 və Cavabdeh3 ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0,5 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə on(lar)a məxsus hissəsini bütünlüklə X15 hədiyyə olaraq bağışlamışdırlar. (Bağışlanan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən Hədiyyə verənlərə məxsusdur: ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx/xx/2019 tarixdə İddiaçı QİZİ, Cavabdeh1 QİZİ və Cavabdeh3 QİZİ-na verilmiş **********54 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyət üzrə 0.5 ha) İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, İddiaçı, Cavabdeh1 və Cavabdeh3 ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0,822 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə on(lar)a məxsus hissəsini bütünlüklə X15 hədiyyə olaraq bağışlamışdırlar. (Bağışlanan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən Hədiyyə verənlərə məxsusdur: ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx/xx/2019 tarixdə İddiaçı QİZİ, Cavabdeh3 QİZİ və Cavabdeh1 QİZİ-na verilmiş **********52 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyət üzrə 0.822 ha; ) İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, İddiaçı, Cavabdeh1 və Cavabdeh3 ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 1,2017 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə on(lar)a məxsus hissəsini -bütünlüklə X15 hədiyyə olaraq bağışlamışdırlar. (Bağışlanan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən Hədiyyə verənlərə məxsusdur: ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx/xx/2019 tarixdə İddiaçı QİZİ, Cavabdeh3 QİZİ VƏ Cavabdeh1 QİZİ-na verilmiş **********53 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyət üzrə 1.2017 ha;) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********53 reyestr nömrəli Çıxarışdan görünür ki, ünvan 3ində yerləşən 1,2017 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 (4\5 hissə) və Cavabdeh2 (1\5 hissə) paylı mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********52 reyestr nömrəli Çıxarışdan görünür ki, ünvan 3ində yerləşən 0,8220 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 (4\5 hissə) və Cavabdeh2 (1\5 hissə) paylı mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********54 reyestr nömrəli Çıxarışdan görünür ki, ünvan 3ində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 (4\5 hissə) və Cavabdeh2 (1\5 hissə) paylı mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Böyük Göyüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 404 saylı arayışından görünür ki, ünvan 3 sakini mərhum X9 aşağıda göstərilən vərəsələri vardır: 1.İddiaçı, 1962-ci il təvəllüdlü, Bərdə rayonu Bala Göyüşlü kəndində yaşayır. Mərhumun həyat yoldaşıdır. 2.X23, 1987-ci il təvəllüdlüdür. Bərdə şəhərində yaşayır. Mərhumun qızıdır.

3. Cavabdeh2, 1988-ci il təvəllüdlüdür.bərdə rayon Böyük Göyüşlü kəndində yaşayır. Mərhumun qızıdır.

4. X31,1991-ci il təvəllüdlüdür.Bərdə şəhərində yaşayır. Mərhumun qızıdır.

5. X20, 1997-ci il təvəllüdlüdür.Bərdə şəhərində yaşayır. Mərhumun qızıdır.

6. X26, 2002-ci il təvəllüdlüdür. ünvan 3ində yaşayır. Mərhumun oğludur.

7. X32, 2006-cı il təvəllüdlüdür. ünvan 3ində yaşayır. Mərhumun oğludur. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Böyük Göyüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 410 saylı arayışından görünür ki, mərhum X25 vəfat edənə kimi ünvan 3ində yaşayıb, vəfatından sonra təsərrüfatında(JN:042A, KOD ********) onunla birgə faktiki olaraq yaşayan və qeydiyyatda olan aşağıdakı ailə üzvləri qalmışdır: 1.Həyat yoldaşı: İddiaçı

2. Oğlu: X26

3. Oğlu: X30 İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Böyük Göyüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 420 saylı arayışından görünür ki, ünvan 3ində yaşamış və 08 fevral 2023-cü ildə vəfat etmiş mərhum X6 miras olaraq Bala Göyüşlü kəndində aşağıda göstərilən daşınmaz əmlak-tikililər miras qalmışdır: 1.Fərdi yaşayış evi-1 mərtəbəli, 2 otaqlı, 1 zal, mətbəx və eyvandan ibarətdir.Ümumi sahəsi-112 kv.m. Yaşayış evi 1992-ci ildə tikilmişdir.

2. Həmin evin üzərində tikildiyi 0.18ha həyətyanı torpaq sahəsi Əsas: mülkiyyət sənədi,torpağın mülkiyyətə verilməsinə dair( JN-042A, KOD ********) şəhadətnamə 3.Həmin evin həyətyanı torpaq sahəsində tikilmiş 15x10 metr beton tövlə 2002-ci ildə tikilmişdir. 4.Həmin evin həyətyanı torpaq sahəsində tikilmiş 15x6m ölçülü digər yardımçı tikili- 2005-ci ildə tikilmişdir. Əsas: Böyük Göyüşü kənd İƏD-nin 04 saylı Təsərrüfatbaşına kitabının 73 saylı səhifəsindəki 353 saylı şəxsi hesabdakı qeyidlər.Həmin tikililər və onların üzərində yerləşdiyi 0.18 ha torpaq sahəsi faktiki olaraq mərhum X9 həyat yoldaşı İddiaçı, oğulları X26, X30 tərəfindən miras olaraq qəbul edilmiş, onlar tərəfindən sahiblik və idarə olunurlar. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Böyük Göyüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 410 saylı arayışından görünür ki, ünvan 3ində yaşamış mərhum X9 aşağıdakı ailə üzvləri vardır: 1.Ata: X18 2.Ana: X17 3.Həyat yoldaşı İddiaçı 4.Qızı: X23 5.Qızı: Cavabdeh2

6. Qızı: X31

7. Qızı: X20

8. Oğlu: X26

9. Oğlu: X30 Mülki işə əlavə olunmuş Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Bərdə regional "ASAN xidmət" mərkəzinin notariat ofisinə müraciət edərək 08 fevral 2023-cü ildə vəfat etmiş ünvan 4i ünvanında qeydiyyatda olan əri X6 qalmış miras əmlakın bölüşdürülməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması ilə bağlı digər vərəsələrlə aranızda ixtilaflar olduğunu bildirmiş, miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı ixtilaflar olduqda məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarına əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, iddiaçılar tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə 2,52 ha torpaq sahəsi ünvan 3 sakinləri X9, İddiaçı, Cavabdeh1, Cavabdeh2, X14, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 0,18 ha və 0,24 ha torpaq torpaq sahələri ünvan 3 sakinləri X9, İddiaçı, Cavabdeh1, Cavabdeh2, X14, X5, X7 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********53 reyestr nömrəli Çıxarışa əsasən ünvan 3ində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ümumi birgə mülkiyyətində olmuşdur. xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinə əsasən İddiaçı, Cavabdeh1 və Cavabdeh3 ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0,5 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə on(lar)a məxsus hissəsini bütünlüklə X15 hədiyyə olaraq bağışlamışdırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********52 reyestr nömrəli Çıxarışa əsasən ünvan 3ində yerləşən 0,8220 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, ümumi birgə mülkiyyətində olmuşdur. xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinə əsasən İddiaçı, Cavabdeh1 və Cavabdeh3 ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0,822 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə on(lar)a məxsus hissəsini bütünlüklə X15 hədiyyə olaraq bağışlamışdırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********53 reyestr nömrəli Çıxarışa əsasən ünvan 3ində yerləşən 1,2017 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, ümumi birgə mülkiyyətində olmuşdur. xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinə əsasən İddiaçı, Cavabdeh1 və Cavabdeh3 ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 1,2017 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə on(lar)a məxsus hissəsini -bütünlüklə X15 hədiyyə olaraq bağışlamışdırlar. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Böyük Göyüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərəfindən təsdiq edilmiş Alqı-satqı Müqaviləsindən görünür ki, ünvan 3 sakini X15 məxsus (dövlət aktı JN0009, KOD ********) olan 2,52 ha pay torpağında qızı Cavabdeh1 məxsus 50 sotunu atası Hüseynov Cənnətə 1000 (bir min) manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********53 reyestr nömrəli Çıxarışa əsasən ünvan 3ində yerləşən 1,2017 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 (4\5 hissə) və Cavabdeh2 (1\5 hissə) paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********52 reyestr nömrəli Çıxarışa əsasən ünvan 3ində yerləşən 0,8220 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 (4\5 hissə) və Cavabdeh2 (1\5 hissə) paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********54 reyestr nömrəli Çıxarışa əsasən ünvan 3ində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 (4\5 hissə) və Cavabdeh2 (1\5 hissə) paylı mülkiyyətindədir. X25 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, İddiaçı mərhum X25 ilə rəsmi nikaha girmiş, bu nikahdan iki oğlu digər iddiaçılar Xəyal Hüseyinli və Rövşən Hüseynov , cavabdehlərdən isə qızı Gülşən Hüseynova anadan olmuşdur. Digər cavadehlər Şahnaz, Aysu və Şəhanə mərhum X9 əvvəlki nikahda (başqa qadından) olan övladlarıdır. Hazırda iddiaçılar mirasın qəbulu üçün müəyyən edilmiş müddətin ötürülməmiş hesab edilməsi, mirasın qəbulu faktının müəyyən edilməsi, miras əmlaklar üzərində payların müəyyən və cavabdehlərin miras əmlaka vərəsəlik hüququnu itirmiş hesab edilmələri tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhəmə ilk olaraq qeyd edir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli **********53 reyestr nömrəli Çıxarışa əsasən 1.2017 ha torpaq sahəsinə dair çıxarışın verilməsinə əsas olan JH-0009 KOD 61002028 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olmuşdur ki, həmin şəhadətnaməyə əsasən mülkiyyətçilərə 2,52 ha torpaq sahəsi verilmişdir ki, mülkiyyətçilərdən (JN 009A) İddiaçı, Salahova (Hüseynova) Aysu Cənnət qızı və Cavabdeh1 özünə məxsus torpaq sahəsinin birgə mülkiyyət üzrə 1.2017 ha hissəsini mərhum Cənnət Hüseynova bağışlamışlar. Nəticədə 1.2017 ha torpaq sahəsinə münasibətdə 4\5 hissə X9 və 1\5 hissə qızı Cavabdeh2 mülkiyyət hüquq yaranmışdır. Məhkəmə həmçinin iddia tələbinə daxil olan xx.xx.2019- cu il tarixli **********52 reyestr nömrəli Çıxarışa əsasən 0.8220 ha torpaq sahəsinə dair çıxarışın verilməsinə əsas olan JH-0009 KOD 61002028 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olmuşdur ki, həmin şəhadətnaməyə əsasən mülkiyyətçilərə 2,52 ha torpaq sahəsi verilmişdir ki, mülkiyyətçilərdən (JN 009 ) İddiaçı, Salahova (Hüseynova) Aysu Cənnət qızı və Cavabdeh1 özünə məxsus torpaq sahəsinin birgə mülkiyyət üzrə 0.8220 ha hissəsini mərhum Cənnət Hüseynova bağışlamışlar. Nəticədə 0.8220 ha torpaq sahəsinə münasibətdə 4\5 hissə X9 və 1\5 hissə qızı Cavabdeh2 mülkiyyət hüquq yaranmışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbinə daxil olan xx.xx.2019-cu il qeydiyyat tarixli **********54 reyestr nömrəli Çıxarışa əsasən 0.50 ha torpaq sahəsinə dair çıxarışın verilməsinə əsas olan JH-0009 KOD 61002028 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olmuşdur ki, həmin şəhadətnaməyə əsasən mülkiyyətçilərə 2,52 ha torpaq sahəsi verilmişdir ki, mülkiyyətçilərdən(JN 009C) İddiaçı, Salahova (Hüseynova) Aysu Cənnət qızı və Cavabdeh1 özünə məxsus torpaq sahəsinin birgə mülkiyyət üzrə 0.50 ha hissəsini mərhum Cənnət Hüseynova bağışlamışlar. Nəticədə 0.50 ha torpaq sahəsinə münasibətdə 4\5 hissə X9 və 1\5 hissə qızı Cavabdeh2 mülkiyyət hüquq yaranmışdır. İddia predmetinə daxil olan 0,18 ha torpaq sahəsi JN-042A "KOD 61002028 nömrəli" Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən X9, İddiaçı, Cavabdeh1, Cavabdeh2, X14, X5, X7 mülkiyyətinə verilmişdir. İddia predmetinə daxil olan 0,24 ha torpaq sahəsi JN-042B KOD-61002028 " Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən X9, İddiaçı, Cavabdeh1, Cavabdeh2, X14, X5, X7 mülkiyyətinə verilmişdir. Məhkəmə hazırkı mülki iş üzrə iddia tələbin münasibətdə hüquqi dəyərləndimə aparmadan əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə prossesində iştirak edən cavabdehlərdən Gülşən Hüseynova iddiaçılardan İddiaçı doğma qızı, Rövşən və Xəyal Hüseynovların isə doğma bacısıdır. Məhkəmə iclas zalında Gülşən Hüseynovanın da iddiaçı kimi işə cəlb olunması təklif olunsa da buna razılıq verməmiş, məhkəməyə iddia tələbinin qəbul edilməsini, iddianın əsaslı hesab edilməsi ilə bağlı cavabdeh kimi ərizə təqdim etmişdir. Məhkəmə Gülşən Hüseynovanın cavabdeh statusunda qalmasını və iddia tələbinin qəbul etməsi barədə ərizəni MPM-nin 52.5-ci maddəsinin tətbiqini zəruri hesab edərək işə mahiyyəti üzrə baxmasını davam etdirmişdir. Belə ki, MPM-nin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Belə ki, məhkəmə cavabdehlərin mənafeyini nəzərə almaqla yanaşı, mərhumun atası Surxay Hüseynovun və anası Tamella Hüseynovanın da mənafeyini nəzərə alır. Məhkəmə qeyd edir ki, iş üzrə tərəflər mərhum X9 1-ci növbəli vərəsələridir. İddia tələbinin “mirasın qəbulu üçün müəyyən edilmiş müddətin ötürülməmiş hesab edilməsi və miras əmlakıarın qəbul edilməsi faktının müəyyən olunması bir biri ilə qarşılıqlı əlaqəda olan tələblərdir. Odur ki, məhkəmə hesab edir ki,iddiaçılara münasibətdə mirasın qəbulu müddəti itirilməmiş hesab edilməli və miras əmlakın qəbulu faktı təsdiq olunmalıdır. “Miras əmlaklar üzərində payların müəyyən edilməsi və cavabdehlərin miras əmlaka vərəsəlik hüququnu itirmiş hesab edilməsi ” hissəsində məhkəmə qeyd edir ki, cavabdehlər də öz paylarını tələb etdiyindən onlara münasibətdə də aydınlıq gətirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında vurğulamışdır ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyrimütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Həmin qərara əsasən vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Sadalanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlərin vərəsəlik hüququnun itirilmiş hesab edilməsi hissəsində iddia təmin oluna biləz. Miras əmlaklar üzərində payların müəyyən edilməsi hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə həmçinin iş materiallarına əlavə edilmiş 2,52 ha torpaq sahəsinin Cavabdeh1 məxsus 50 sotunun atası Hüseynov Cənnətə 1000 manat müqabilində satması barədə müqaviləyə qiymət verərək qey edir ki, həmin müqavilə üzrə İddiaçı iddia edir ki, 1000 manatı Cavabdeh1 qəbul etmiş və 50 sot torpağı atasına satmışdı. Cavabdeh isə həmin halı qəbul etməyərək torpağı satmadığını bildirir. Məhkəmənin sualına cavab olaraq tərəflər həmin müqavilənin nə vaxt bağlandıqlarını deyə bilməmişlər. Həmçinin həmin müqavilə nəzərdə keçirildikdə onun bağlanma tarixi də müəyyən olunmur. Ona görə də həmin müqavilənin bağlanma qaydasına riayət edilməsi də görünmür. Belə ki, daşınmaz əmlaka münasibətdə notarial qaydada bağlanmış müqavilə qüvvədə olur ki, hazırkı halda həmin qaydaya əməl olunmamışdr. Odur ki, məhkəmə həmin müqavilənin hüquqi qüvvəsi olmayan müqavilə kimi dəyərləndirir. Məhkəmə onu da qeyd edir ki, hazırkı mülki iş üzrə 7 nəfər tərəf olaraq işdə iştirak edir. Digər 2 nəfər mərhumun atası Surxay Hüseynov və anası Tamella Hüseynova iddia ərizəsi üzrə tərəf olmasa da onların vərəsəlik payı nəzərə alınmalıdır. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu qanunverici orqan tərəfindən Mülki Məcəllənin mirasın qəbulu və mirasdan imtina ilə əlaqədar normalarının Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsini məqsədəmüvafiq hesab etmişdir. X29 Məhkəməsinin Plenumu vurğulamışdır ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyrimüəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Odur ki, məhkəmə qeyd edir ki, mərhum X9 atası X18 və anası X17 mülki iş üzrə tərəf olmasda onlar 1-ci növbəli vərəsə olduğundan onların payı da nəzərə alınmaqla hazırkı mülki iş üzrə vərəsəlik payı tərəflərə münasibətdə müəyyən edilməli və mərhumun atası X3 və anası X4 miras əmlakda payı açıq saxlanılmalıdır. Məhkəmə həmçinin iddia predmetinə daxil olan torpaq sahələrinə münasibətdə aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununa müvafiq olaraq torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu maddəsində isə vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Sadalanan qanunvericilik normalarından görünür ki, mübahisəli torpaq sahəsi X15 əvəzsiz qaydada verilmişdir. Yəni ər-arvadın birgə mülkiyyəti kimi təşkil etmir. Odur ki, hazırkı mülki işdə iddia predmetinə daxil olan torpaq sahələrinə münasibətdə İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlak kimi dəyərləndirilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli **********53 reyestr nömrəli Çıxarışa əsasən 1.2017 ha torpaq sahəsinə dair çıxarışa əsasən, 4\5 hissə X9 və 1\5 hissə qızı Cavabdeh2 mülkiyyət hüquq yaranmışdır. 1.2017 ha torpaq sahəsinin 4\5 hissə X9 mülkiyyətində olması nəzərə alınmaqla ona düşən payın sahəsi 0,96136 ha (1.2017 x 4 :5=0,96136 ha) təşkil edir ki, 9 nəfər vərəsə arasında pay bərabər bölünəndə hər bir vərəsəyə düşən pay 0,106817 ha təşkil edir. Məhkəmə həmçinin iddia tələbinə daxil olan xx.xx.2019- cu il tarixli **********52 reyestr nömrəli Çıxarışa əsasən 0.8220 ha torpaq dair çıxarışa əsasən, 4\5 hissə X9 və 1\5 hissə qızı Cavabdeh2 mülkiyyət hüquq yaranmışdır. 0.8220 ha torpaq sahəsinin 4\5 hissə X9 mülkiyyətində olması nəzərə alınmaqla ona düşən payın sahəsi 0,6576 ha (0.8220 x 4 :5=0,96136 ha) təşkil edir ki, 9 nəfər vərəsə arasında pay bərabər bölünəndə hər bir vərəsəyə düşən pay 0,073066 ha təşkil edir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbinə daxil olan xx.xx.2019-cu il qeydiyyat tarixli **********54 reyestr nömrəli Çıxarışa əsasən 0.50 ha torpaq torpaq dair çıxarışa əsasən, 4\5 hissə X9 və 1\5 hissə qızı Cavabdeh2 mülkiyyət hüquq yaranmışdır. 0.50 ha torpaq sahəsinin 4\5 hissə X9 mülkiyyətində olması nəzərə alınmaqla ona düşən payın sahəsi 0,40 ha (0.50 x 4 :5=0,40 ha) təşkil edir ki, 9 nəfər vərəsə arasında pay bərabər bölünəndə hər bir vərəsəyə düşən pay 0,0444 ha təşkil edir. Məhkəmə qeyd edir ki, iddia predmetinə daxil olan 0,18 ha torpaq sahəsi JN-042A "KOD 61002028 nömrəli" Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən X9, İddiaçı, Cavabdeh1, Cavabdeh2, X14, X5, X7 birgə mülkiyyətinə verilmişdir. 0,18 ha torpaq sahəsi 7 nəfərə münasibətdə birgə mülkiyyətdə olması nəzərə alınmaqla X9 mülkiyyətinə düşən sahə 0,0257 ha təşkil edir ki, 9 nəfər vərəsə arasında pay bərabər bölünəndə hər bir vərəsəyə düşən pay 0,002857 ha təşkil edir. Məhkəmə iddia predmetinə daxil olan 0,24 ha torpaq sahəsi JN-042B KOD- 61002028 " Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə münasibətdə qeyd edir ki, həmin Şəhadətnaməyə əsasən X9, İddiaçı, Cavabdeh1, Cavabdeh2, X14, X5, X7 birgə mülkiyyətinə verilmişdir. 0,24 ha torpaq sahəsi 7 nəfərə münasibətdə birgə mülkiyyətdə olması nəzərə alınmaqla X9 mülkiyyətinə düşən sahə 0,03428 ha təşkil edir ki, 9 nəfər vərəsə arasında pay bərabər bölünəndə hər bir vərəsəyə düşən pay 0,0038 ha təşkil edir. Bundan başqa məhkəmə JN-042A "KOD 61002028 nömrəli" Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən 0,18 ha torpaq sahəsi üzərində 1992-ci ildə tikilmiş 1 mərtəbəli, 2 otaqlı, 1 zal mətbəx və eyvandan ibarət olan ümumi sahəsi 112 m2 fərdi yaşayış evini, həmin torpaq sahəsi üzərində 2002-ci ildə birgə tikilmiş 15x10 metr ölçülü beton tövləni və həmin torpaq sahəsi üzərində 2005-ci ildə birgə tikilmiş 15x6 metr ölçülü yardımçı tikilini vərəsəlik predmetinə daxil olmadığından payların müəyyən edilməsi hissəsində rədd olunmalıdır. Belə ki, həmin tikililər rəsmi reystrdən qeydiyyatdan keşməmiş tikililərdir ki, bu da özbaşına tikili statusunu daşıyır. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir . Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli **********53 reyestr nömrəli Çıxarışa əsasən Bərdə rayonu Bala Göyüşlü kənd ərazisində yerləşən 1.2017 ha torpaq sahəsinin mərhum X15 məxsus olan 4\5 hissə vərəsələr-iddiaçılar İddiaçı, X7, X12, cavabdehlər Cavabdeh1 , Cavabdeh2, Salahova (Hüseynova) Aysu Cənnət qızının , X5 hər birinə münasibətdə 0,106817 ha torpaq sahəsi miras əmlakdan pay hüququ müəyyən edilsin. xx.xx.2019- cu il tarixli **********52 reyestr nömrəli Çıxarışa əsasən Bərdə rayonu Bala Göyüşlü kənd ərazisində yerləşən 0.8220 ha torpaq sahəsinin mərhum X15 məxsus olan 4\5 hissə vərəsələr-iddiaçılar İddiaçı, X7, X12, cavabdehlər Cavabdeh1 , Cavabdeh2, Salahova (Hüseynova) Aysu Cənnət qızının , X5 hər birinə münasibətdə 0,073066 ha torpaq sahəsi miras əmlakdan pay hüququ müəyyən edilsin. xx.xx.2019-cu il qeydiyyat tarixli **********54 reyestr nömrəli Çıxarışa əsasən Bərdə rayonu Bala Göyüşlü kənd ərazisində yerləşən 0.50 ha torpaq sahəsinin mərhum X15 məxsus olan 4\5 hissə vərəsələr-iddiaçılar İddiaçı, X7, X12, cavabdehlər Cavabdeh1 , Cavabdeh2, Salahova (Hüseynova) Aysu Cənnət qızının , X5 hər birinə münasibətdə 0,0444 ha torpaq sahəsi miras əmlakdan pay hüququ müəyyən edilsin. JN-042A "KOD 61002028 nömrəli" Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Bərdə rayonu Bala Göyüşlü kənd ərazisində yerləşən 0,18 ha torpaq sahəsinin mərhum X15 məxsus olan 0,0257 ha hissə vərəsələr-iddiaçılar İddiaçı, X7, X12, cavabdehlər Cavabdeh1 , Cavabdeh2, Salahova (Hüseynova) Aysu Cənnət qızının , X5 hər birinə münasibətdə 0,002857 ha torpaq sahəsi miras əmlakdan pay hüququ müəyyən edilsin. JN-042B KOD-61002028 " Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Bərdə rayonu Bala Göyüşlü kənd ərazisində yerləşən 0,24 ha torpaq sahəsinin mərhum X15 məxsus olan 0,03428 ha hissə vərəsələr-iddiaçılar İddiaçı, X7, X12, cavabdehlər Cavabdeh1 , Cavabdeh2, Salahova (Hüseynova) Aysu Cənnət qızının , X5 hər birinə münasibətdə 0,0038 ha torpaq sahəsi miras əmlakdan pay hüququ müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli **********53 reyestr nömrəli Çıxarışa əsasən Bərdə rayonu Bala Göyüşlü kənd ərazisində yerləşən 1.2017 ha torpaq sahəsinin mərhum X15 məxsus olan 4\5 hissəsinə vərəsələr X3 0,106817 ha, X4 0,106817 ha miras əmlakdan pay hüququ olması, xx.xx.2019- cu il tarixli **********52 reyestr nömrəli Çıxarışa əsasən Bərdə rayonu Bala Göyüşlü kənd ərazisində yerləşən 0.8220 ha torpaq sahəsinin mərhum X15 məxsus olan 4\5 hissəsinə vərəsələr X3 0,073066 ha, X4 0,073066 ha miras əmlakdan pay hüququ olması, xx.xx.2019-cu il qeydiyyat tarixli **********54 reyestr nömrəli Çıxarışa əsasən Bərdə rayonu Bala Göyüşlü kənd ərazisində yerləşən 0.50 ha torpaq sahəsinin mərhum X15 məxsus olan 4\5 hissəsinə vərəsələr X3 0,0444 ha, X4 0,0444 ha miras əmlakdan pay hüququ olması, JN-042A "KOD 61002028 nömrəli" Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Bərdə rayonu Bala Göyüşlü kənd ərazisində yerləşən 0,18 ha torpaq sahəsinin mərhum X15 məxsus olan 0,0257 ha hissəsinə vərəsələr X3 0,002857 ha, X4 0,002857 ha miras əmlakdan pay hüququ olması, JN-042B KOD-61002028 "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Bərdə rayonu Bala Göyüşlü kənd ərazisində yerləşən 0,24 ha torpaq sahəsinin mərhum X15 məxsus olan 0,03428 ha hissəsinə vərəsələr X3 0,0038 ha, X4 0,0038 ha miras əmlakdan pay hüququ olması nəzərə alınmaqla miras əmlak açıq saxlanılsın. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar