Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2230/2022 25.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh X2 zəbt etdiyi ona mülkiyyət hüququ ilə məxsus olan Bərdə rayonu Cəyirli kənd ünvanında yerləşən evdən cehiz əşyalarının çıxarılması və evin tam boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Cəyirli kənd ünvanında yaşayır. Onlar ailə qurduqdan sonra cavabdehlə Bərdə rayonu Cəyirli kəndində cehiz əşyalarını onun evinə yığaraq, bu mənzildə yaşamışlar. Bərdə Rayon Məhkəməsinin 2(021)-2386/2021 saylı 04 avqust 2021-ci il tarixli qərarı ilə Cavabdeh ilə bağladıqları nikahın pozulması barədə qərar qəbul edilmişdir. Dəfələrlə cavabdehdən cehiz əşyalarının çıxarılmasını tələb etmiş, öz ailəsinin yanına qayıtdığı üçün həmin ata evinə yığmasını təklifini bildirmişdir. Lakin cavabdeh onu eşitməmişdir. Bildirmişdir ki, yeni həyatı şən keçir və bir daha ailəsinin yanına qayıtmayacaqdır. Hal-hazırda cavabdehin cehiz əşyaları onların yaşadıqları Bərdə rayonu Cəyirli kəndində yerləşən evdədir. Cavabdehə dəfələrlə bildirmişdir ki, onun evini boşaltsın. Belə ki, həmin ev onun özünə lazımdır. Cavabdeh onun təkliflərini nəzərə almamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək, iddia ərizədə göstərilənlərə uyğun izahat vermiş, həmçinin göstərmişdir ki, mübahisəli ev və evin yerləşdiyi torpaq sahəsi qardaşının qaynı Yusif Balakişiyevə məxsusdur, lakin ev daşınmaz əmlakın dövlət reyestrində heç kimin adına qeydə alınmamışdır. Ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 28 iyul 2022-ci il tarixli **********91 saylı məktubundan müəyyən olunur ki, İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 7 saylı Bərdə ərazi idarəsində əmlak qeydiyyata alınmamışdır. İş materiallarında olan Bərdə rayon Cəyirli Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 08 saylı protokolundan çıxarışdan da müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyul 2000-ci il tarixli 106 saylı qərarına uyğun olaraq k.p.i. üçün ayrılmış sahədən 0,8 sot həyətyanı torpaq sahəsi X1 verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh İddiaçı ilə evlənərək Bərdə rayonu Cəyirli kəndində yerləşən, iddiaçının qardaşının qaynı Yusif Balakişiyevə məxsus evə gəlin köçürülmüşdür. Bərdə rayon Cəyirli Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 08 saylı protokolundan çıxarışdan da müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyul 2000-ci il tarixli 106 saylı qərarına uyğun olaraq k.p.i. üçün ayrılmış sahədən 0,8 sot həyətyanı torpaq sahəsi X1 verilmişdir. 2021-ci ilin avqust ayında tərəflər arasında olan nikah pozulmuşdur. Bərdə rayonu Cəyirli kəndində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində heç kimin adına qeydə alınmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 43.1.-ci maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1.-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.2.-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bərdə rayonu Cəyirli kəndində yerləşən fərdi yaşayış evi X1 məxsus olduğundan, iddiaçının həmin evə aidiyyatı olmamaqla hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ olmadığından İddiaçı Cavabdeh qarşı cavabdehin və əmlakının evdən çıxarılması tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2230/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2230/2022
25.08.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver