Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2243/2024 05.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Ərizəçi Maraqlı şəxs olmaqla “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə 05 sentyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun mərhumə bibisi X9 qaynı oğlu və onun mərhum əmisi X12 ilə əmi qardaşoğlu olması faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Məcid Məmişov ərizəsini onunla əsaslandırmışdır ki, o, Bərdə rayon sakinidir. Atasının qardaşı X6 və onun həyat yoldaşı X9 xüsusi mülkiyyətində Bərdə rayon Hacallı kəndində yerləşən 0.93 ha pay torpaq sahəsi var. Qeyd edilən torpaq sahəsi Bərdə layon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 08 saylı qərarı ilə JN:288 KƏD:61013078 saylı Torpaq mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmişdir. X28 10 may 2001 -ci il tarixdə, əmisinin həyat yoldaşı, bibisi Maya Məmmədova 15 may 2010cu il tarixdə vəfat etmişdir. Əmisi və onun həyat yoldaşı vəfat etməmişdən öncə də, onlar vəfat etdikdən sonra da onlara məxsus olan torpaq sahəsini o yararlı hala salaraq istifadə etmişdir. Hal-hazırda o həmin torpaq sahəsini öz adına sənədləşdirmək istəyir. Bununla bağlı Asan xidmət mərkəzin notariat kontoruna müraciət etdikdə isə sənədlərə baxdıqları zaman sənədlərdə uyğunsuzluq olduğu üçün torpaq sahəsini onun adına sənədləşdirməkdən imtina etdilər. Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 may 1998ci il tarixli 08 saylı qərarı ilə verilmiş JN:288 KOD:61013078 saylı Torpaq mülkiyyət hüququna dair dövlət aktında mərhumə bibisi X3 və ata adın texniki səhvlik edərək X13 olaraq yazılmışdır. Halbuki Mayanın soyadı Məmmədova ata adı isə Şükür olmuşdur. İcra Hakimiyyətinin və kənd icra nümayəndəliyinin vermiş olduğu sənəddə Mayanın soyadı Məmmədova ata adı isə Şükür olması qeyd olunmuşdur. Bunun üçün o məcbur qalıb onun mərhumə bibisi X9 qaynı oğlu və onun mərhum əmisi X14 ilə əmi qardaşoğlu olmasını təsdiq etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzrlü səbəb olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 göstərdi ki,o, Bərdə rayonu Hacallı kənd icra nümayəndəliyinin müavini işləyir. X14 və X18 ər-arvad olublar. Onların uzun müddət uşaqları olmayıb. X14 öz qardaşı oğlunu ( Ərizəçi) himayəsinə götürübdür. Onların həyətində Ərizəçi özünə həmin həyətdə ev tikdirib, həmin həyətdə yaşayır. Həqiqətən X1 Yolçu Cəmil oğlunun doğma əmisidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 göstərdi ki, X14 və X18 ər-arvad olublar. Onların uzun müddət uşaqları olmayıb. X14 öz qardaşı oğlunu ( Ərizəçi) himayəsinə götürübdür. Onların həyətində Ərizəçi özünə həmin həyətdə ev tiqdirib, həmin həyətdə yaşayır. Həqiqətən X1 Yolçu Cəmil oğlunun doğma əmisidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 göstərdi ki, X14 və X18 ər-arvad olublar. Onların uzun müddət uşaqları olmayıb. X14 öz qardaşı oğlunu ( Ərizəçi) himayəsinə götürübdür. Onların həyətində Ərizəçi özünə həmin həyətdə ev tiqdirib, həmin həyətdə yaşayır. Həqiqətən X1 Yolçu Cəmil oğlunun doğma əmisidir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdəki sübutları araşdırıb, şahidləri dindirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan: AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci ildə Bərdə rayonu Hacallı kəndində anadan olmuşdur, Bərdə rayonu Hacallı kəndində yaşayır. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-265/2024 saylı məktubdan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq bildiriblər ki, X14 ilə (əmi- qardaşoğlu) və X18 ilə qohum olma faktını müəyyən etmək səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakmiyyəti Başçısının Mehdixanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 fevral 2024-cü il tarixli 140 saylı arayışdan görünür ki, Bərdə rayonu Hacallı kənd sakini mərhum X15 vəfat edənə kimi Bərdə rayon Hacallı kəndində yaşamışdır. Övladı olmadığı üçün ona qardaşı oğlu Ərizəçi ona baxmış və ona qulluq etmişdir. Vəfat etdikdə dəfn xərcini özü çəkmişdir. Bərdə Rayon İcra X24 Dövlər Arxivi tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli 28 saylı məktubdan görünür ki, rayon Dövlət Arxivində 70 saylı fondda mühafizə olunan Bərdə rayon Mehdixanlı kənd Sovetliyinin Hacallı kəndi üzrə 1960-1962-ci illərə dair 12 saylı təsərrüfat başına kitabın 319 saylı şəxsi hesabına əsasən, mərhum X8 ailə başçısı olduğu, 1927-ci ildə anadan olduğu, X8 qardaşı olduğu, 1931-ci ildə anadan olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakmiyyəti Başçısının Mehdixanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 fevral 2024-cü il tarixli 141 saylı arayışdan görünür ki, Bərdə rayonu Hacallı kənd sakini mərhum X16 vəfat edənə kimi Bərdə rayon Hacallı kəndində yaşamışdır. Övladı olmadığı üçün ona Ərizəçi ona baxmış və ona qulluq etmişdir. Vəfat etdikdə dəfn xərcini özü çəkmişdir. JN 288 saylı Kod 61013078 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktdan görünür ki, Bərdə rayonu Hacallı kənd sakini X14 və X4 Rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 08 saylı qərarı ilə verilmiş 0,93 ha torpaq sahəsi kənd təsərüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuşdur. Dövlət aktı qeydiyyat kitabına xx.xx.1999-cu ildə 1899 nömrə ilə qeydiyyata alınmışdır. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 316-05/69 nömrəli çıxarışdan görünür ki, X14 10 may 2001-ci ildə Bərdə rayon Hacallı kəndində ölmüşdür. Bu barədə Bərdə rayon Mehdixanlı kənd İnzibati nümayəndəliyi tərəfindən 14 may 2001-ci il tarixli 07 nömrəli ölüm haqqında akt qeydi tərtib edilmişdir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 316-05/69 nömrəli çıxarışdan görünür ki, X18 15 may 2010-cu ildə Bərdə rayon Hacallı kəndində ölmüşdür. Bu barədə Bərdə rayon Mehdixanlı kənd İnzibati nümayəndəliyi tərəfindən 21 may 2010-cu il tarixli 15 nömrəli ölüm haqqında akt qeydi tərtib edilmişdir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 42957 nömrəli arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Hacallı kəndində xx.xx.1957-ci il tarixdə anadan olmuşdur, Ərizəçi anası X5r. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə vermək üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2019-cu il 12 aprel tarixli, 3 nömrəli Qərarında qeyd olunur ki, qohumluq münasibəti faktlarının müəyyən edilməsinə yalnız bu münasibətlər hüquqi nəticə verdikdə yol verilir (vərəsəlik əmlakı almaq, təqaüd almaq hüququnu rəsmiləşdirmək və s.). Məhkəmələrə izah olunmuşdur ki, vərəsəlik məsələlərini həll etmək məqsədilə miras qoyanla qohumluq münasibəti faktı o vaxt müəyyən oluna bilər ki, ərizəçi qanun üzrə vərəsəliyə çağırılmış şəxslərin dairəsinə daxil olsun. Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.1-ci maddələrinə görə, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri, toplanmış və məhkəmə tərəfindən tədqiq olunmuş sübutların məcmusu ilə təsdiq olundu ki, ərizəçi mərhum X9 qaynı oğlu, X6 isə qardaşıoğlu olduğundan, onların qohumluq münasibətində olması faktı müəyyən edilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, ərizəçi məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i :
1. Ərizə təmin edilsin.
2. Ərizəçi mərhum X9 qaynı oğlu, mərhum X6 qardaşı oğlu olması faktı müəyyən edilsin.
3. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilsin.
4. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər.
Hakim: Ziya Abdullayev