Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2244/2024 21.11.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun hakimliyi, Məmmmədova Aypara Adil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «fəaliyyət qabiliyyəti olmayan hesab olunma» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyətinə qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, oğlu xx.xx.2006-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən onunla əsaslandırılmışdır ki, oğlu X9 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. Oğlu anadan gəlmə ağır dərəcəli əqli gerilik xəstəliyindən əziyyət çəkir, son dövrdə xəstəliyi şiddətlənmişdir. Öz hərəkətlərini dərk etmir. Özünü idarə edə bilmir. Ona görə də məhkəmədən oğlu xx.xx.2006-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, buna baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəçini dinləyib, ərizənin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizəyə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Mülki iş materiallarına əlavə olunmuş 587832 nömrəli ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqədən görünür ki, X9 qeydiyyata alınmış və müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsinə dair vərəqədən görünür ki, X9 birinci dərəcəli əlilliyi vardır, diaqnozu – qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik, qulluq və müalicəyə tələb edən ciddi davranış pozuntuları ilə xəstənin kənar şəxsin qulluq və nəzarətə ehtiyacı olması, əmək qabiliyyətsiz olması qeyd edilmişdir. Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Ağdam rayonu Şişpapaqlı kəndində anadan olmuşdur. Ağdam rayonu Kosalı kəndində yaşayır. AA5899367 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. Seriya AA 449836 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, Ərizəçi vəsiqə xx.xx.2020-ci il tarixdə Qaçqınlar və Məcburi Köçkünlər işləri üzrə dövlət komitəsinin qərarına əsasən verilmişdir. Seriya AA 447263 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, X3 vəsiqə xx.xx.2020-ci il tarixdə Qaçqınlar və Məcburi Köçkünlər işləri üzrə dövlət komitəsinin qərarına əsasən verilmişdir. AZ-İ 671995 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. X1r, anası isə Ərizəçidır. Seriya AZE 13264996 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1977-ci il tarixdə Ağdam rayonu Kosalı kəndində anadan olmuşdur. Ağdam rayonu Kosalı kəndində qeydiyyatdadır. AZ-İ 011372 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X8 arasında xx.xx.2002-ci il tarixdə 2 nömrəli nikah akt qeydi rəsmiləşdirilmişdir. 121489904 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçasının çıxarışından görünür ki, X5 diaqnozu qulluq və müalicə tələb edən ciddi davranış pozulması olmaqla, psiyentin vəziyyətində göstərilmişdir ki, huşu aydın zahirən narahatdır. Söhbət əlaqəsinə çətinliklə daxil olur. Verilən suaalaera məntiqsiz anlaşılma cavablar verir, konfliktə meyillidir, maraq dairəsi məhduddur. Yaddaş və qavraması geridir. Davranışı ciddi şəkildə pozulmuş,depresiyyadadır, gərgindir, əhval ruhiyyəsi dəyişkəndir. 047265 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Stasionar kitabçasının çıxarışından görünür ki, X6 ağır dərəcəli əqli gərginlik, davranış pozuntuları ilə qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli 250 saylı arayışdan görünür ki, Ərizəçi Ağdam rayonundan məcburi kökündür, hal-hazırda Bərdə rayonu Nazırlı kənd İƏD üzrə Qaratəpə kəndində yaşayır. xx.xx.2024-cü il tarixli 2(021)-2244/2024 saylı Bərdə rayon məhkəməsinin qərardadından görünür ki, Ərizəçi maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «fəaliyyət qabiliyyəti olmayan hesab olunma» tələbinə dair mülki iş üzrə məhkəmə -psixiatrik ekspertizası təyin edilmişdir. xx.xx.2024-cü il tarixli Azərbbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə psixiatrik ekspertizası mərkəzinin ambulator məhkəmə psixiatrik ekspöertizasının rəyindən görünür ki, X6 ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə XBT-10 xəstəliyi aşkar edilmişdir. Öz hərkətlərini mənasını başa düşüb öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. X9 fəaliyyət qabiliyyəti olmayan hesab oluna bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı ərizə ilə məhkəməyə mürаciət edərək Novruzov Ağa X2 fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. X5 psixi vəziyyətinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən psixiatriya ekspertizası təyin edilmiş, rəydən məlum olur ki, X9 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. MPM-nin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. MPM-nin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. MPM-nin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndinə əsaən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-nin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. MPM-nin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. MPM-nin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. MPM-nin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, X5 fəaliyyət qabiliyyətsiz hesab olunmasına əsaslar olduğundan ərizə təmin olunmalı və məhkəməyə müraciət olunarkən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: 1.Ərizə təmin edilsin. 2.xx.xx.2006-cı il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. 3.Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. 4.Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. 5.Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-2244/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2244/2024
21.11.2024 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver