Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2249/2024 12.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X3 iclas kаtibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiаçı İddiaçı Cavabdehnə qаrşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdehnə qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən çıxarılmağı barədə əmrin məhkəmə qaydasında ləğv edilməklə, əvvəlki işinə bərpa edilməyinə və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bildirir ki, xx.xx.2016-cı ildən Cavabdehndə Tərtər çay sahəsinin Mamo arxına 5-ci dərəcəli texnik hidrotexnik təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə 33 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilmişdir. Qeyd etməyi zəruri hesab edir ki, işə götürən Cavabdeh rəhbərliyi ona qarşı təzyiqlər işlədərək işdən çıxarılmağına çalışdığı bir vaxtda mediasiyaya müraciət edərək bunlara son verilməsi barədə müraciət etmişdir. Dəfələrlə idarənin müdiri Atamoğlan Babayevə yazılı və şifahi müraciət etsə də heç bir xeyri olmamışdır. Hətta bu barədə X10 Xidmətinin Qarabağ regional bölməsinə də şikayət etmişdir. Oradan xx.xx.2024-cü il tarixdə ona cavab verilmişdir ki, “əmək haqqının gecikdirilərək ödənildiyi üçün cavabdeh təşkilatın barəsində inzibati icraat başlanmışdır”. Hesab edir ki, xx.xx.2024-cü il tarixli 33 saylı əmri əsassız və qanunsuzdur. Bildirir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, guya o xx.xx.2024-cü il tarixdən işə çıxmamışdır, hansı ki, 12 fevral 2024-cü ilədək işləmişdir və işlədiyi günlərə görə ona əmək haqqı hesablanmışdır. Yalnız mediasiyaya müraciət etdikdən sonra hesablanıb ödənilməmiş əmək haqqı ona verilmişdir. İşlədiyi müddətdə işinin öhdəsindən layiqincə gəlmişdir və bu müddət ərzində hər hansı əmək intizamının pozuntusuna yol verməmişdir və rəhbərlik tərəfindən hər hansı bir irad almamışdır. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iş üzrə Cavabdeh nümayəndəsi X8 iddianı qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndələrini dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1967-ci ildə Bərdə rayonu, Qasımbəyli kəndində anadan olmuş, Bərdə rayonu, Qasımbəyli kəndində yaşayır. İşdə olan xx.xx.2024-cü il tarixli 25628 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı 60 manat mediasiya xərci ödəmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli ******* saylı İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, mediasiya prosesini davam etdirməyə razılıq verməyən tərəf Cavabdeh olmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qarabağ regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 06 aprel 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı əmək hüquqlarının pozulması ilə bağlı şikayət ərizəsinə baxılaraq araşdırma zamanı müvafiq sənədlərin təqdim olunması üçün Cavabdehnə sorğu məktubu ünvanlanmış və müəssisə tərəfindən müvafiq sənədlər təqdim edilmişdir. Təqdim edilmiş sənədlər əsasında müəyyən olunmuşdur ki, fevral ayında üzrsüz səbəblərdən işburaxmaya yol verilib. Müəssisə rəhbərliyi tərəfindən üzrsüz səbəbdən işdən qalmağı ilə bağlı yaşadığı ünvana 2 dəfə xəbərdarlıq məktubu göndərilmiş, lakin İddiaçı işə getməmiş və davamiyyət cədvəlinə qol çəkməmişdir. Səlahiyyətli nümayəndəsi X5 xx.xx.2024-cü il tarixdə Qarabağ DOST Mərkəzində izahat vermişdir. Təqdim olunmuş izahatda müəssisə rəhbəri X2 Xavər Yapon qızını işə buraxmadığı və qəsdən işdən azad etmək istədiyi bildirilmişdir. Tərəflərindən Əmək və X11 baxış zamanı əmək müqaviləsinə xitam verilmədiyi müəyyən olunmuşdur. Müəssisədə təqdim edilən sənədlər əsasında müəyyən olunmuşdur ki, İddiaçı yanvar və fevral ayları üzrə əmək haqqı gecikdirilərək ödənilmişdir. Bu səbəbdən müəssisə rəhbəri barədə inzibati icraat başlanaraq protokol tərtib edilmişdir. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 21 fevral 2024-cü il tarixli 67 saylı məktubdan görünür ki, Cavabdeh yazıb bildirir ki, 01 fevral 2024-cü il tarixdən hal-hazıra qədər heç bir üzürlü səbəb olmadan işə çıxmadığına görə haqqında məlumat yazılmışdır. İşə gəlibgəlməməyi barədə izahat verilməsi xahiş edilir. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 22 aprel 2024-cü il tarixli 146 saylı məktubdan görünür ki, Cavabdeh yazıb bildirir ki, idarə həmkarlar təşkilatının 03 saylı 09 aprel 2024-cü il tarixli ümumi iclas protokoluna əsasən 15 aprel 2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Əmrdən çıxarış məktuba əlavə olunur. İşdə olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Cavabdeh 15 aprel 2024cü il tarixli 33 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, Tər-Tər çay sahəsinin Mamo arxı üzrə texnik hidrotexniki İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xx.xx.2024-cü il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Onunla bağlanmış xx.xx.2016-cı il tarixli 104 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. Əsas: Bərdə SSİ-nin idarə həmkarlar ittifaqı komitəsinin ümumi idarə heyətinin xx.xx.2024-cü il tarixli 03 nömrəli iclas protokolu və rəisin göstərişi. İşdə olan Bərdə SSİ-i HİK-i İdarə Heyətinin 09 aprel 2024-cü il tarixli 03 saylı iclas protokolundan görünür ki, Bərdə SSİ-i həmkarlar ittifaqı komitəsi idarə heyətinə ünvanlanmış sənədlərdən göründüyü kimi İddiaçı mütəmadi olaraq əmək intizamını pozmuşdur, ki bu da kənd təsərrüfatı bitkilərinin suvarma suyu ilə təminatında problemlərin yaranmasına səbəb olmuşdur. İclasda dəvət əsasında iştirak edən idarənin Tərtər çay istismar sahəsinin rəisi Əhmədov Ağanın dəfələrlə xəbərdar etməsinə baxmayaraq İddiaçı işində heç bir dönüş yaratmamış və təhkim olunduğu sahənin suvarma suyu ilə təminatına heç bir köməklik etməmişdir. Odur ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi təklifi iclas iştirakçıları tərəfindən dəstəklənərək rəhbərliyə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi tövsiyyə edilmişdir. İşdə olan Bərdə rayon Məhkəməsinin sorğusundan görünür ki, Cavabdehnə İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı sənədlərin surətinin məhkəməyə təqdim edilməsi və məhkəmə iclasında iştirak edilməsi cavabdeh təşkilatdan xahiş edilmişdir. Bərdə rayon Məhkəməsinin İddiaçı etdiyi müraciəti ilə əlaqədar toplanmış materialın və nəticədə qəbul edilmiş hüquqi aktın və digər sənədlərin təqdim edilməsi ilə bağlı sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qarabağ Regional Şöbəsinin 24 iyun 2024-cü il tarixli məktubunda bildirilir ki, vətəndaş İddiaçı müraciəti əsasında Cavabdehndə araşdırma aparılmış yekun olaraq müəssisənin rəhbərliyi barəsində yol verilmiş nöqsanla əlaqədar protokol və qərar qəbul olunmuşdur. Müvafiq sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Müraciətə əlavə edilmiş sənədlərdən İddiaçı əmək hüquqlarının pozulması ilə bağlı Müfəttişliyə yazılı müraciəti, Cavabdeh rəisi Atamoğlan Babayevə inzibati xəta haqqında icraatda iştirakla bağlı yazılı bildiriş, MN ******* saylı İnzibati xəta haqqında protokol və MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərar olduğu görünür. Həm inzibati xəta haqqında protokol, həm də inzibati tənbeh vermə haqqında qərara əsasən cavabdeh Bərdə SSİ-nin rəisi X6 müəssisənin işçisi İddiaçı 2024-cü ilin yanvar və fevral ayları üzrə əmək haqqısının əmək qanunvericiliyinin tələblərinə uyğun ödənilməməsinə görə İXM-in 192.4-cü ilə təqsirli bilinərək barəsində 1000 manat məbləğində inzibati cərimə tənbehi tətbiq etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Konstitusiyanın 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Konstitusiyanın 35-ci maddəsinin İV bəndində göstərilir ki, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа-MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra ƏM): 3-cü maddəsinin 2-ci hissəsinə əsasən, işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 3-cü maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. 5-ci maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı)– işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 42-ci maddəsinin 1-bəndinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Hazırki işdə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan cavabdeh təşkilatın iddiaçıya ünvanladığı 21 fevral 2024-cü il tarixli məktubdan iddiaçının 01 fevral 2024-cü il tarixdən məktubun tərtib edildiyi 21 fevral 2024-cü il tarixədək olan müddətdə işə çıxmadığı haqqında məlumat yazıldığı qeyd edilmiş və iddiaçıdan idarəyə gəlib işə gəlməməyi barədə izahat verməsi xahiş edilmişdir. Cavabdeh təşkilatın İddiaçı ünvanladığı 22 aprel 2024-cü il tarixli məktubda isə onun əmək müqaviləsinə 15 aprel 2024-cü il tarixdən ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi qeyd edilmiş və əmrdən çıxarış məktuba əlavə edilmişdir. İşdə olan iclas protokolunda isə iddiaçı olan texnik-hidrotexnik işləyən İddiaçı əmək intizamını pozduğu, nəticədə kənd təsərrüfatı bitkilərinin su ilə təminatında problem yarandığı, xəbərdar olunmasına baxmayaraq iddiaçının öz işində heç bir dönüş yaratmadığı və təhkim olunduğu sahənin suvarma suyu ilə təminatına heç bir köməklik etmədiyi və buna görə də əmək müqaviləsinə xitam verilməsi təklifi idarə həmkarlar ittifaqı komitəsi idarə heyəti tərəfindən bəyənilmiş və dəstəklənərək iddiaçının işdən çıxarılması tövsiyyə edilmişdir. Bundan başqa məhkəmə araşdırması müddətində məhkəmə tərəfindən Cavabdehnə İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı sənədlərin məhkəməyə təqdim edilməsi və idarənin səlahiyyətli nümayəndəsinin məhkəmədə iştirakı tələb edilsə də buna məhəl qoyulmamış və məhkəmənin sorğusuna heç bir əsaslı səbəb göstərilmədən cavab verilməmiş və nümayəndənin iştirakı təmin edilməmiş, yalnız sonuncu məhkəmə baxış iclasında cavabdeh təşkilatın etibarnamə üzrə nümayəndəsi X8 iştirak edərək iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müəyyən sənədlər məhkəməyə təqdim etmişdir. Lakin, məhkəmə həmin sənədləri iş materiallarına əlavə etsə də sübut qismində nəzərə almır və tədqiq etmir. Bunun da səbəbi odur ki, iş üzrə sənədlər və sübutlar məhkəmə hazırlıq iclasında məhkəməyə təqdim edilməlidir. Məhkəmə hazırlıq iclaslarının mahiyyəti odur ki, burada iştirak edən tərəflər məhkəməyə öz sübutlarını təqdim etməli və öz fikir və mülahizələrini bildirməlidir. Hazırlıq iclasında sübutlar toplanılır, baxış iclasında tərəflərin çıxışları dinlənildikdən sonra iş üzrə yekun qərar qəbul edilərək tərəflərə elan edilir. Həmçinin iş üzrə tərəflər sənədləri və sübutları hansı səbəbdən məhkəmə baxış iclasında təqdim etmələrini əsaslandırmalıdırlar. MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin, məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmənin sualına cavab olaraq cavabdehin nümayəndəsi Xəqani Həsənov hansı səbəblərdən cavabdehin nümayəndəsinin iş üzrə keçirilən məhkəmə hazırlıq iclaslarında iştirak etməmələrini və nəyə görə vaxtında məhkəmənin sorğusuna cavab verməyərək İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair sənədləri məhkəməyə təqdim etməmələrini heç bir səbəblə əsaslandıra bilməmiş və tutarlı səbəblər göstərməmişdir. Belə olan halda məhkəmə iddiaçının əmək müqaviləsinə xitam verilməsini, xüsusilə ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və ya Məcəllənin 72-ci maddəsində sadalana hallarda əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə xitam verilməsini qərəzli və qanunsuz, əsassız hesab edir. Həmçinin, məhkəmə ona görə İddiaçı əmək müqaviləsinə xitam verilməsini əsassız hesab edir ki, işdə yalnız iddiaçıya əmək vəzifəsini pozaraq işə çıxmaması barədə bir xəbərdarlıq məktubu var, cavabdeh təşkilat tərəfindən isə iddiaçı olan işçinin və onun sahə rəisi və iş yerində çalışan digər işçilərin izahatları alınmamış, həmçinin iddiaçının işə çıxmaması barədə akt və digər sənədlər tərtib edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Həmçinin cavabdeh iddiaçının əmək vəzifələrini pozmasına dair şahidləri də məhkəməyə təqdim etməmişdir. Bundan başqa işdə olan İddiaçı əmək müqaviləsinə xitam verilməsinin müzakirə edilməsi və dəstəklənməsi ilə bağlı Bərdə SSİ-i HİK-i İdarə Heyətinin 09 aprel 2024-cü il tarixli 03 saylı iclas protokolunda idarədə texnik-hidrotexnik işləyən İddiaçı əmək intizamını pozduğu, nəticədə kənd təsərrüfatı bitkilərinin su ilə təminatında problem yarandığı, xəbərdar olunmasına baxmayaraq iddiaçının öz işində heç bir dönüş yaratmadığı və təhkim olunduğu sahənin suvarma suyu ilə təminatına heç bir köməklik etmədiyi qeyd edilsə də bu hal, yəni kənd təsərrüfatı bitkilərinin su ilə təminatında problem yarandığı və nəticədə bitkilərin ziyan çəkməsi, quraqlıq olması və sair neqativ halların olması digər mötəbər sübutlarla (şahid ifadələri, ekspert və ya mütəxəssis rəyləri və s.) öz təsdiqini tapmamış və ya belə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin, İddiaçı özü də həmkarlar ittifaqı komitəsinin iclasında çağırılıb dinlənilməmiş, fikri öyrənilməmişdir. Belə ki, qanunvericiliyə əsasən iş yerlərində olan həmkarlar ittifaqı komitələrinin yaradılması və fəaliyyətinin əsas məqsədi əsasən işçilərin hüquqlarının qorunması və onların sosial təminatının gücləndirilməsi ilə bağlı işəgötürənə müvafiq təkliflərin verilməsi, işçilərin iş yerləri və sosial şəraitlərinin yaxşılaşdırılması, istirahət və asudə vaxtlarınən səmərəli təşkilinə dəstək olmaq, pozulmuş hüquqların müdafiə və bərpasına köməklik etməkdir. Hazırki işdə isə həmkarlar komitəsi iddiaçını dinləmədən və onun işə gəlib-gəlməmək faktını araşdırmadan, işə gəlmədiyi təqdirdə səbəblərini araşdırmadan, kifayət qədər sübut toplamadan yalnız sahə rəisinin müraciətinə əsaslanaraq işəgötürənin mənafeyi naminə birtərəfli qaydada əmək müqaviləsinə xitam verilməsini cavabdeh təşkilata tövsiyyə etmişdir. Cavabdeh təşkilatın rəhbəri isə bundan qərəzli olaraq istifadə edərək iddiaçının əmək müqaviləsinə heç bir əsaslı səbəb olmadan əmək müqaviləsi üzrə öhdəlikləri kobud şəkildə pozma əsası ilə xitam vermişdir. İş materiallarından cavabdehin rəhbərinin əmək qanunvericiliyini ödənişlər üzrə pozması da aydın olur. Belə ki, İddiaçı ona 2024-cü ilin yanvar və fevral ayları üzrə əmək haqqının ödənilməməsi ilə bağlı DƏMX-in X7 etdiyi müraciəti ilə əlaqədar cavabdeh Bərdə SSİ-inin rəisi Atamoğlan Babayev yanvar və fevral ayları üzrə iddiaçıya əmək haqqını gecikdirməklə ödədiyinə, yəni əmək haqqını əmək qanunvericiliyin tələblərinə uyğun ödəməməklə əmək qanunvericiliyini pozduğuna görə barəsində tərtib edilmiş MN ******* saylı 08 aprel 2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarla 1000 manat inzibati cərimə tənbehi tətbiq edilmişdir. Həmin qərardan qısa müddət sonra isə iddiaçının əmək müqaviləsinə xitam verilmişdir ki, bu da cavabdeh təşkilatın rəhbərinin iddiaçıya qarşı olan qərəzli davranışı ilə izah edilir. Eyni zamanda, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Belə ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş materiallarına əsasən iddiaçının əmək vəzifələrini kobud şəkildə pozmasından və əmək funksiyasını yerinə yetirməməsindən söhbət gedə bilməz. Həmçinin, ƏM-in 72-ci maddəsində sadalanan hallardan heç biri hazırki işdə aşkar edilməmişdir. Mübahisə predmeti olan əmr isə kifayət qədər əsaslandırılmamışdır. Buna görə məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin əmri tam qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddiaçı öz əvvəlki işi olan texnikhidrotexnik vəzifəsinə bərpa edilməli və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Brumаresku Rumıniyаyа qаrşı» işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. MPM-in 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iş üzrə ödənilməli olan 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiаçı İddiaçı Cavabdehnə qаrşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dаir iddiası təmin edilsin. İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi ilə bağlı Bərdə SSİ-nin rəisi Atamoğlan Babayevin qəbul etdiyi 15 aprel 2024-cü il tarixli 33 nömrəli əmr ləğv edilsin, İddiaçı əvvəlki işi olan texnik-hidrotexnik vəzifəsinə bərpa edilsin və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilsin. İş üzrə ödənilməli olan 100 manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-2249/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2249/2024
12.08.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver