Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2257/2025 25.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məşədi oğluna qarşı “Torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə Müəyyənetdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən mülkiyyətlərində olan Bərdə rayonu Türkmən kəndində yerləşən 1.2296 ha pay torpaq sahəsinin 0.14 ha hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məşədi oğlunun çıxarılması və iddia qaldırması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, çıxarışa əsasən müəyyən olunur ki, sözügedən daşınmaz əmlak ümumi birgə mülkiyyətdədir. Buna baxmayaraq iddia ərizəsi yalnız İddiaçı tərəfindən imzalanmışdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bu Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məşədi oğluna qarşı “Torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məşədi oğluna qarşı “Torpaq sahəsində çıxarılma” tələbinə dair iddia ərizəsi geri qaytarılsın.
2. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) AZN məbləğində dövlət rüsumu ona geri qaytarılsın.
3. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Hakim: Ziya Abdullayev