Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2258/2022 13.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və 3-cü şəxs Bərdə rayon Kolayır kənd Bələdiyyəsinə qarşı “torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Bərdə rayon Kolayır kəndində yerləşən 3,10 ha. pay torpaq sahəsinin zəbt edilmiş 0,74 hektarından çıxarılmasına, dövlət rüsumu olaraq ödənilmiş 100 manat pulun Cavabdeh alınaraq onun xeyrinə verilməsinə dair qətanamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 13 saylı Qərarına əsasən onlara -İddiaçı, X2, X4, X6, X8, X4, X9 ümumi birgə paylı mülkiyyətlərinə Bərdə rayon Kolayır kəndində 3,10 ha pay torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsi onlara tanıdılmışdır. Bir neçə illərdir ki, həmin pay torpaq sahəsinə həmkəndliləri Bərdə rayon Gülgəzli kənd sakini Cavabdeh sahiblənərək 3,10 ha torpaqlarının 0,74 hektarını zəbt edərək istifadə edir. Cavabdeh həmin torpaq sahələrinin üzərində onların istifadə və sahiblik hüquqlarını pozmuşdur. Dəfələrlə bu barədə Cavabdeh, Bərdə rayon Kolayır kənd Bələdiyyəsi sədri Şakir Qurbanova müraciət edib torpaqlarının onların istifadəsinə qaytarılmasını xahiş etsələr də bir nəticəsi olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər Cavabdeh qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının yeri və vaxtı barədə digər 3-cü şəxs Bərdə rayon Kolayır kənd Bələdiyyəsinə qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş üzrə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Bərdə rayon Kolayır kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Torpağa mülkiyyət hüququna dair JN-0013 KOD 61011018 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 13 saylı qərarına əsasən Bərdə rayonu Kolayır kənd sakinləri İddiaçı, X1, X3, X5, X10, X7 mülkiyyətinə 3.10 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, Bərdə rayon Kolayır kənd sakini İddiaçı JN-0013 saylı Dövlət Aktı ilə mülkiyyətinə verilmiş 3.1 ha pay torpaq sahəsi ölçülərək ona tanıdılmışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, iddiaçı tərəfindən məhkəəyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki, iddiaçı və cavabdehin iştirakı ilə iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək, TEKUİS elektron məlumat bazasına əsasən müqaisələndirildi. TEKUİS elektron məlumat bazasına əsasən "Torpağa mülkiyyət hüququna dair" JN-0013 saylı Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3.10 ha torpaq sahəsi 3 hissədən ibarət olmaqla, məhkəmə qərardadında mübahisələndirilən hissəsi (0.72 ha) Cavabdeh Şeşe oğlu tərəfindƏn naturada istifadə edilir. Cavabdeh Şeşe oğlu tərəfindən iddiaçıya məxsus naturada istifadə olunan torpaq sahəsi 0.72 hektardır. Məhkəmə iş üzrə mütəxəssis rəyini əsas götürərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mütəxəssis rəyində qeyd olunmuşdur ki, "Torpağa mülkiyyət hüququna dair" JN-0013 saylı Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 3.10 ha torpaq sahəsi 3 hissədən ibarət olmaqla, məhkəmə qərardadında mübahisələndirilən hissəsi (0.72 ha) Cavabdeh Şeşe oğlu tərəfinden naturada istifadə edilir. Cavabdeh Şeşe oğlu tərəfindən iddiaçıya məxsus naturada istifade olunan torpaq sahəsi 0.72 hektardır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh JN-013 KOD 61011018 saylı Dövlət Aktı əsasında qeydiyyata alınmış Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 13 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə verilmiş Bərdə rayonu Kolayır kəndində yerləşən 3.10 ha torpaq sahəsinin zəbt olunmuş 0.72 ha hissəsindən çıxarılmalıdır. Məhkəmə belə olan halda qeyd edir ki, iddiaçı 0,74 ha hissədən çıxarılmasını tələb etsədə müəyyən olunur ki, 0,72 ha hissəsi zəbt olunmuşdur. Odur ki, iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh və 3-cü şəxs Bərdə rayon Kolayır kənd Bələdiyyəsinə qarşı “torpaqdan çıxarılma” tələbinə dair iddia qismən təmin edilsin. Cavabdeh JN-013 KOD 61011018 saylı Dövlət Aktı əsasında qeydiyyata alınmış Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 13 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə verilmiş Bərdə rayonu Kolayır kəndində yerləşən 3.10 ha torpaq sahəsinin zəbt olunmuş 0.72 ha hissəsindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-2258/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2258/2022
13.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver