Məhkəmə qərarları › İş №2(021)-2262/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2262/2021

13.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2262/2021 13.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 12 avqust 2014-cü il tarixdə Bərdə şəhərində anadan olmuş Məmmədov Yusif Əlövsət oğlunun doğum faktının müəyyən olunması, atası X2, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X6 ilə 2011-ci il tarixdə qeyrirəsmi ailə qurub evlənmuşlər, birgə yaşadıqları dövrdə bir uşaqları anadan olmuşdur. Lakin başa düşmədiklərindən 12 avqust 2014-cü il tarixdə Bərdə şəhərində anadan olmuş X5 doğum haqqında şəhadətnamə ala bilməmişlər. Hal-hazırda övladlarına doğum haqqında şəhadətnamə almaq istəyirlər. Buna görə Bərdə Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişlər. Orda isə məhkəməyə müraciət etmələri bildirilmişdir. Məhkəmə iclasında ərizəçi Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X8 bildirdi ki, ərizəçi X11 oğlu Əlövsətin arvadadıdır. Onlar 2011-ci ildə qeyri rəsmi evlənmişlər, birgə nikahlarında bir oğlan övladları olmuşdur. Lakin bilmədiklərindən doğum haqqında şəhadətnamə almamışlar, indi isə doğum haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etmişlər. Orada isə məhkəməyə müraciət etmələri bildirilmişdir. Faktin müəyyən olunması, uşağa doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Məhkəmə iclasında şahid X9 şahid Məmmədova Qızbəs İmran qızının izahatna uyğun izahat verdi. Məhkəmə ərizəçinin ifadələrini dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarınada olan AZE ******** nörməli şəxsiyət vəsiqsəinin surətindən müəyyən olunur ki Ərizəçi xx xxxx 1977-ci ildə doğulmuşdur, Bərdə rayonu, Lək kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 15087941 nöömrəli şəxsiyyət vəqisəqinin surətindən müəyyən olu nur ki, X6 16 oktyabr 1976-cı ildə doğulmuşdur, Bərdə rayonu Xanərəb kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayonu Xanərəb kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 276 nömrəli, 03 iyu n 2021-ci il tarixli arayışından müəyyən olu nur ki, X1 rayonu, Xanərəb kəndində yaşayır. İş materiallarında olan Bərdə Rayon İlkin Səhiyyə Xidmətinin Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 410 nömrəli, 04 iyun 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Ərizəçi deməsinə görə X7 və Ərizəçi Davud qızının birgə yaşayış dövründə dünyaya gəlmiş 12 avqust 2014-cü il təvəllüdlü Rzayev ........ Aynur oğlu Bərdə İSX-nın Ailə Sağlamlıq Mərkəzində qeydiyyata götürülmüşdür. Uşaqlar həkim pediatr tərəfindən müayinə olundu və sağlam olması təsdiq olundu. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 iyun 2021-ci il tarixli 355-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi qeydiyyat şöbəsinə müraciət etmiş, ona faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, və Ərizəçi 12 avqust 2014-cü il tarixdə Bərdə şəhərində bir oğlan övladının doğulması faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamədə ata qrafasında X6, ana qrafasında Ərizəçi qeyd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamələrin bərpası üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. Ərizəçi 12 avqust 2014-cü il tarixdə Bərdə şəhərində bir oğlan övladının doğulması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə ata qrafasında X6, ana qrafasında Ərizəçi qeyd olunsun. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar