Məhkəmə qərarları › İş №2(021)-227/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-227/2022

13.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-227/2022 13.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 14 dekabr 2016cı il tarixdə anadan olmuş X2 doğum faktının müəyyən olunması, doğum yerinin Bərdə rayonu olması, atasının X9, anasının Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X9 ilə 11 yanvar 2016-cı il tarixdə qeyri-rəsmi ailə qurmuş və nikahlarını 03 avqust 2021-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikah dövründə 1 övladları anadan olmuşdur. Lakin onların maddi imkanı olmadığından 14 dekabr 2016-cı il təvəllüdlü X5 doğum haqqında şəhadətnaməni ala bilməmişlər. Halhazırda doğum haqqında şəhadətnaməyə ehtiyac var. Onlar, bu barədə Maraqlı şəxsnə müraciət etdikdə məhkəməyə müraciət etməsini məsləhət görülmüşlər. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, şahidlərin ifadəsini nəzərə alıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vətəndaşının X7 AZE №18513100 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 03.069.1993cü ildə Bərdə rayonun Şirvanlı kəndində anadan olmuşdur. Bərdə rayonun Şirvanlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vətəndaşının X7 AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1999cu ildə Bərdə rayonun Gərənə kəndində anadan olmuşdur. Bərdə rayonun Gərənə kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini X12 rayon X4 Hüquqi Şəxs tərəfindən verilmiş 27.08.2021-ci il tarixli çıxarışdan görünür ki, Ərizəçi birgə yaşayış dövründə dünyaya gəlmiş 14.12.2016-cı il təvəllüdlü Nəsirzadə ..... Ayişə oğlu Bərdə RMX-nın Uşaq Poliknikasında qeydiyyata götürüldü və həkim müayinəsində keçərkən sağlam olduğu müəyyən edildi. İş materiallarına əlavə edilmiş 565-05/15 saylı, 27.08.2021-ci il tarixli Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə həmin orqana müraciət etmiş, lakin səlahiyyətləri xaricində olduğundan müraciəti təmin edilməmiş, məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş 15.12.2016-cı il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bərdə rayon X8 Doğum evinin laboratoriyası tərəfindən verilmiş qanuın müayinəsindən görünür ki, Ərizəçi Bərdə rayonun Şirvanlı kəndində qeydiyyatdadır. Uşağın cinsiyyəti oğlandır. İş materiallarına əlavə edilmiş Bərdə Regional “ASAN Xidmət” X10 tərəfindən verilmiş AZ-İİ №444853 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 ilə Ərizəçi 03 avqust 2021-ci il tarixdə, 810 qeyd ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Əkbərli soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikassı Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqnda ******* №-li, 27.08.2021-ci il tarixli Arayışdan görünür ki, X9 19 sentyabr 2021-ci il tarixdən Bərdə rayonun Şirvanlı kəndində qeydiyyatdadır. Məhkəmə iclasında şahid X6 bildirdi ki, Ərizəçi qızı bacısıdır. Uşaq ev şəraitində doğulmuş, uşağa doğum haqqında şəhadətnamə ala bilməmişlər. Məhkəmə iclasında şahid X3 bildirdi ki, Ərizəçi qızı bacısıdır. Uşaq ev şəraitində doğulmuş, uşağa doğum haqqında şəhadətnamə ala bilməmişlər. Məhkəmə iclasında X9 məhkəməyə ərizə təqdim edərək, həyat yoldaşı Ərizəçi ilə 11 yanvar 2016-cı il tarixdə qeyri-rəsmi ailə qurmuş və nikahlarını 03 avqust 2021-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikah dövründə 1 övladları anadan olmuşdur. Onların maddi imkanı olmadığından 14 dekabr 2016-cı il təvəllüdlü X5 doğum haqqında şəhadətnaməni ala bilməmişlər. Hal-hazırda ərizəçi ilə birlikdə yaşadığını, X2 atası olduğunu etiraf etmişdir. Məhkəmədən ərizəsinin nəzərə alınmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, ərizəçi tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmununa qiymət verərək belə hesab edir ki, 14 dekabr 2016-cı il tarixdə anadan olmuş X11 anadan olmuşdur. X1, anası Ərizəçidır. X2 doğum tarixi 14.12.2016-cı il, doğum yerinin Bərdə şəhəri, atasının X9, anasının isə Ərizəçi olması faktı müəyyən edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilsin. X2 doğum tarixinin 14 dekabr 2016-cı il, doğum yerinin Bərdə rayonu olması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə ata qrafasında ata adı X9, ana qrafasında ana adı Ərizəçi qeyd olunsun. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar