Məhkəmə qərarları › İş №2(021)-2272/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2272/2021

13.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2272/2021 13.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı İddiaçı qızının iştirakları ilə, İddiaçı qızının cavabdeh Bərdə rayonu, Şatırlı Bələdiyyəsinin sədri Cavabdeh1 qarşı həyətyanı torpaq sahəsinin verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Hüseynova Ofeyla Mustafa qızı məhkəməyə ünvanladığı iddia ərizəsində Azərbaycan Respublikası Bələdiyyələr haqqında qanunun 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün müvafiq bələdiyyələrin qərarı ilə torpaq sahəsi bir dəfə pulsuz verilməsini əsas tutaraq onun oğlu Hüseyinov Firdovsi Saday oğluna həmin maddəyə əsasən həyətyanı torpaq sahəsi verilməsi haqqında onun xeyrinə qətnamə çıxarılmasınıxahiş etmişdir. İddiaçı X2 iddia tələbini onunla əsaslandırmışdır ki, yuxarıda göstərdiyi ünvanda yaşayır, oğlu Hüseyinov Firdovsi Saday oğlu 22 avqust 1976-cı ildə anadan olub, ailəlidir, 4 övladı var. Altı nəfər ailə üzvü ilə kiçik bir daxmada yaşayırlar ki, uzun illərdir həyətyanı torpaq sahəsi almaq üçün Şatırlı kənd İcra nümayəndəliyinə, Şatırlı kənd bələdiyyəsinə, hətda Bərdə rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etməsinə baxmayaraq müraciətləri nəzərə alınmamışdır. Hətta oğlu Hüseynov Firdovsi Saday oğlu 1996-cı ildə Azərbaycan Respublikasının Konistitusiya və Dövlət quruluşunun müdafiəsi zamanı yaralanmış və əlildir, həmin vaxt mərhum ümumilli lider H.Əliyev tərəfindən “Hərbi xidmətlərinə görə” medalı ilə təltif olunmuşdur. Uzun illər həyətyanı torpaq tələblərinə baxılmadığı üçün 6 nəzəf dözülməz zvəziyyətdə yaşayır. Yəni Azərbaycan Respublikasının müvafiq qanunlarını pozaraq qərəzli şəkildə oğlu Firdovsinin nə ailə vəziyyəti nə də Azərbaycan Respublikasının uğrunda əlil olması nəzərə alınmamışdır. Məhkəmə iclasında İddiaçı Hüseynova Ofelya Mustafa qızı iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Bərdə rayon Şatırlı kənd Bələdiyyəsinin sədri Əliyeva Aygün Eyvaz qızı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş aidiyyatı üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh şəxs hüquqi şəxs olmaqla Bərdə Rayon Şatırlı Bələdiyyəsidir. Bundan başqa tələb həyətyanı torpaq sahəsinin verilməsi ilə bağıldır. Buna görə də tərəflər arasında olan mübahisə inzibati icraat qaydasında Gəncə İnzibati Məhkəməsinə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Yuxarıda göstərilənlər maddi və prosessal hüquq normalarına əsasən məhkəmə hesab edir ki, hazırki iş materialları aidiyyatı üzrə baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1, 32, 45, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı qızının cavabdeh Bərdə rayonu, Şatırlı Bələdiyyəsinin sədri Cavabdeh1 qarşı həyətyanı torpaq sahəsinin verilməsi tələbinə dair mülki iş aidiyyatı üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar