Məhkəmə qərarları › İş №2(021)-2286/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2286/2022

07.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2286/2022 07.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə , Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması “ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1995-ci il tarixdə Bərdə rayon Lənbəran kəndində anadan olması, atasının X2, anasının X1 olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizə ilə müraciət edərək, ərizənin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Ərizəni nəzərə alan məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması “ barədə ərizəsi baxılmamış saxlanılmalı və ərizəyə əlavə olunmuş sənədlər ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268- ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması“ barədə ərizəsi baxılmamış saxlanılsın və ərizəyə əlavə olunmuş sənədlər ona qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar