Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2305/2023 11.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək *6 iyun 20*8-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X* doğum faktının müəyyən olunmasına, atası X7, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X7 ilə 0* noyabr 20*7-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir, birgə nikahlarından *6 iyun 20*8-ci ildə övladları X3 doğulub, lakin ona vaxtında doğum haqqında şəhadətnamə almayıblar. İndi isə doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir, orda isə doğum haqqında şəhadətnamə verilməsindən imtina edərək, məhkəməyə müraciət etməkləri bildirilmişdir. Ərizəçi, ərizəsinə uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, Ərizəçi gəlinidir. X2 ərizəçi ilə evlənibdir. Birgə nikahlarından bir qızları anadan olub. Lakin doğum haqqında şəhadətnamə almamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərdi ki, Ərizəçi onun qızıdır. X6 birgə nikahdan bir qızları var. Doğum haqqında şəhadətnamə almamışlar. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AA *247**8 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx *990-cı ildə doğulmuşdur. İş materiallarında olan AA *247*53 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 *4 avqust *986-cı ildə doğulmuşdur. İş materiallarında olan AZE *62768*8 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 27 iyul *966-cı ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Böyük Göyüşlü kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE *607978 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 28 iyul *960-cı ildə Kəlbəcər rayonunda doğulmuşdur, Kəlbəcər rayonu, Təkəqaya kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə Rayon Böyük Göyüşlü kənd İƏD üzrə nümayəndliyi tərəfindən verilmiş *87 nömrəli, 03 may 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Böyük Göyüşlü kəndində yaşayır. İş materiallarında olan AZ-İİ 2*756* nömrəli çıxarışdan müəyyən olunur ki, X7 ilə X5 0* noyabr 20*7-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan X7 tərəfindən verilmiş ərizədə göstərilmişdir ki, Ərizəçi ilə birgə nikahlarından *6 iyun 20*8-ci ildə bir qız uşaqları olub, uşağın atası odur. Lakin doğum haqqında şəhadətnamə almayıblar. İş materiallarında olan Bərdə rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 0* may 2023-cü il tarixli, 3-*6-5/8-*5-224/23 nömrəli məktubdan müəyyən olunur ki, Ərizəçi doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin *3.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Ərizəçi 66 iyun 20*8-ci il tarixdə qız övladının olması, atası X7, anası Ərizəçi olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilisin. Ərizəçi *6 iyun 20*8-ci il tarixdə Bərdə şəhərində qız övladının olması, atası X7, anası Ərizəçi olması faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-2305/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2305/2023
11.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver