Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2309/2022 29.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs X19 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: Ərizəçi maraqlı şəxs X19 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı ərizə ilə müraciət edərək, mərhum arvadı X5 iddiası əsasında X3 34** (üç min dörd yüz) manat pulun va 3* manat dövlət rüsumunun mərhum arvadı X5 xeyrinə tutulmasına dair Bərdə rayon Məhkəməsinin 25 oktybar 2*17-ci il tarixli, 2(*32)-3196117 saylı qətnamasi ilə aparılan icra işi üzrə borclu X6 tərəfindən ödənilməmiş qalan 212* manat pul mabləğinin borcludan tərəfindən tələb olaraq əldə edilməsi üçün mirasın qəbul faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X5 iddiası əsasında X4 34** (üç min dörd yüz) manat pulun və 3* manat dövlət rüsumunun mərhum həyat yoldaşı X5 xeyrinə tutulmasına dair Bərdə rayon Məhkəməsi 25 oktyabr 2*17-ci il tarixli, 2(*32)-3196117 saylı qətnamə qəbul etmişdir. Bərdə rayon Məhkəməsinin 25 oktyabr 2*17ci il tarixli, 2(*32)-3196117 saylı qətnaməsinə əsasən 18 yanvar 2*17-ci il tarixdə Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru Qalib Şirinov tərəfindən icraata başlamaq haqqında qərarla icraya yönəldilmiş və bu günə qədər mərhum həyat yoldaşına 131* manat pul borclu X7 tərəfindən ödənilmişdir. Lakin bu günə qədər borclunun mərhum həyat yoldaşına ödəməli olduğu 212* manat pul məbləği qalmışdır. Şirvan şəhər icra və probasiya şöbəsi hüquq varisliyi məsələsinin həllini tapması təqdirdə icra işinin icrasını davam etdirəcəyini onlara bildirmişdir. Bununla əlaqədar tərəfindən notariata vərəslik hüququna dair şəhadətnamə üçün müraciət edilmişdir, lakin Bərdə Regonal ASAN Xidmət Mərkəzinin notariat ofisi ona cavab məktubu ilə bildirmişdir ki, vərəsliklə bağlı müdət ötürüldüyündən vərəsəlik şəhadətnaməsi təqdim oluna bilmir. Həyat yoldaşı X12 29 sentyabr 2*19-cu il tarixdə Bərdə rayonunda vəfat etmişdir. Mərhum həyat yoldaşı ilə 18 noyabr 1976-cı ildə rəsmi nikahla ailə qurmuşlar. Ancaq mirasın qəbulu müddətini üzrüsüz səbəbdən və altı aydan daha çox müddətə buraxdığım üçün mirasın vərəsi kimi tərəfimidən qəbul edilməsi faktının müəyyən edilmasi ilə bağlı ərizəylə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs X19 Xidmət Mərkəzi Notariat Ofisi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.195*-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Bərdə rayon ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2465 saylı, 29.*4.2*22-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Bərdə rayon ünvan 1 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş Vİ- JQ № 422117 nömrəli Arayışdan görünür ki, Ərizəçi ilə X13 xx.xx.1976-cı il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Yusifov, arvada Yusifova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş X19 Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən 14.11.2*19-cu il tarixdə verilmiş AZ-İİ № *54762 nömrəli Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 29.*9.2*19-cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Şirvan şəhər Məhkəməsinin 2(*32)3196\2*17 saylı 25.1*.2*17-ci il tarixli qətnaməsindən görünür ki, X3 34** (üç min dörd yüz) manat pulun va 3* manat pulun alınaraq X5 xeyrinə tutulması qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Şirvan şəhər İcra və Probasiya Şöbəsinin 18.*1.2*17-ci il taixli icraata başlamaq haqqında qırardaan görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(*32)3196\2*17 saylı, 25.1*.2*17-ci il tarixli icra sənədinə əsasən icraata başlanılmışdır. İş materiallarına əlavə olunmuş X19 Xidmət Mərkəzi Notariat Ofisinin 29.*4.2*22-ci il tarixli, 938\2*22 saylı məktubdan görünür ki, Ərizəçi X19 Xidmət Mərkəzi Notariat Ofisinə müraciət etmişlər, lakin vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün iddia müddətini buraxıldığından imtina edilərək məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. İş materiallarına əlavə olunmuş *8.*6.*22-ci il tarixli Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 1** manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, mərhum X2 ilə Ərizəçi xx.xx.1976-cı il tarixdə nikah bağlamışlar. Ərizəçi 29.*9.2*19-cu il tarixdə vəfat etmişdir. X19 Xidmət Mərkəzi Notariat kontoru ərizəçi tərəfindən mirasın qəbulu üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş altı aylıq müddət ötürülməklə müraciət edildiyindən, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hazırda mərhum X5 əri Ərizəçi Şirvan şəhər Məhkəməsinin 2(*32)3196\2*17 saylı 25.1*.2*17-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə X9 verilməli olan borca vərəsəlik hüququnun tanınması üçün mirasın qəbul edilməsi faktını təsdiq olunması üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi mərhum X1 mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlakının, habelə mükafatının, müəllif qonorarının, alınmamış əmək haqqının, pensiysının, bank əmanətlərinin, qiymətli kağızlarının, müəssisədəki pay və sığorta ödənişinin və s. olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, yalnız Şirvan şəhər Məhkəməsinin 2(*32)3196\2*17 saylı 25.1*.2*17-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə X9 verilməli olan borca vərəsəlik hüququnun tanınması üçün mirasın qəbul edilməsi faktını təsdiq olunmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, ərizəçi icra şöbəsinə müraciət edərək həmin icra sənədi üzrə özünün X5 hüquqi varisi kimi əvəz edilməsini tələb etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Buna görədə məhkəmə hesab edir ki ərizə əsasızdır və təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununlada mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1.-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli, *3 saylı Qərarının 1*-cu bəndinə əsasən mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 1*2-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 94-cü bəndinə əsasən Qanunvericiliyə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının İcra haqqında Qanunun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 1*6.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-22*, 227, 233 və 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilməsin. Ödənilmiş 1** manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-2309/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2309/2022
29.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver