Məhkəmə qərarları › İş №2(021)-233/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-233/2023

13.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-233/2023 13.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X9 iclas kаtibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və onun üzərindəki tikilidən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan ünvan 4ində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa etdirdiyi yarımçıq tikili binadan çıxarılmasına, həmçinin hazırki iddia ərizəsinə baxılması üçün dövlət rüsumu olaraq ödədiyi 100 manat pulun Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, uzun illər Bərdə rayonunun keçmiş "Sosializm" kolxozunun üzvü olmuşdur. Kolxozçu kimi fəaliyyəti və fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması barədə yazılı müraciətlərini təmin edərək "Sosializm" kolxozu idarə heyətinin 19 may 1990-cı il tarixli 3 saylı iclasının qərarı ilə ona 0,08 ha həyətyanı torpaq sahəsi verilməsi qərara alınmışdır. Verilmiş torpaq Kələntərli kəndində yerləşir və o vaxt bu torpaq sahəsi kolxozun mütəxəssisləri tərəfindən yerində ölçülüb tanıdılmaqla ona təhvil verilmişdir. Odur ki, sözügedən torpaq sahəsində 1990-1991-ci illərdə fərdi yaşayış evi tikmək məqsədi ilə tikinti işləri də apararaq ev də tikməyə başlamışdır. Lakin, gözlənilmədən torpaq sahəsindən qaynama qrunt suları çıxdığına və torpağın səthi su ilə örtüldüyünə görə tikintini evin pəncərə başı hissəsində yarımçıq saxlamışdır. Bununla belə 1995-ci ilədək torpaq sahəsindən özü istifadə etmiş, ailə üzvləriylə birlikdə onu münbitləşdirmək və qrunt suların çəkilməsini təmin etmək üçün kənarlarından dərin arx qazdırmış, yük maşınları ilə münbit torpaq daşıdaraq tökdürmüş, ağaclar əkmiş, bir sözlə torpağın sahibi kimi ondan istifadə etmişdir. Lakin qrunt sularının çəkilməsi, yenidən üzə çıxması təkrarlandığına görə 1979-cu ildən ailə qurmaqla rəsmi nikahla evli olduğu həyat yoldaşı, Kələntərli kənd sakini X4 ilə birlikdə həmin kənddə boş torpaq sahəsi alıb ev tikdirmək qərarına gəlmişlər və bunu etmişlər. Bununla belə kolxozun qərarı ilə ona verilmiş 0,08 ha həyətyanı torpaq sahəsinə, oradakı yarımçıq tikiliyə, əkdikləri ağaclara nəzarəti həyata keçirməkdə və torpağı münbitləşdirməkdə davam etmişlər. Ondan daha çox mal-qaradan otlaq sahəsi kimi istifadə etmişlər. 1995-ci ildə həyət yoldaşı Kamil Abdullayevlə birlikdə qərara gəlmişlər ki, bu torpaq sahəsini onun üzərindəki yarımçıq tikili ilə birlikdə həmkəndliləri X14 4000 manata (hazırki nominasiya ilə) satalar. Odur ki, nəğd pulunu almaqla onu Mahir Əliyevə satmışdır, yəni torpağın qanuni sahibi kimi onun üzərində sərəncam vermək hüqunu həyata keçirmişdir. Torpağı və onun üzərindəki tikili ilə birlikdə Mahir Əliyevə satmağını notariat təsdiqli alqı-satqı müqaviləsi ilə rəsmiləşdirməyə isə tələsməmişlər, həmkəndli və bir-birlərinə etibarları olduğu üçün razılığa gəlmişlər ki, nə vaxtsa alqı-satqını rəsmiləşdirərlər. Mahir Əliyev də 2007-ci ilədək bu torpaqdan əsasən mal-qarasını otarmaq üçün istifadə etmiş, onun üzərindəki yarımçıq tikilinin üstünü çardaqla örtmüş və mühafizə etmişdir. Mahir Əliyevin qaynanası, 2006-cı ildə övladları və gəlini tərəfindən döyülüb Bərdə şəhəri “Qarabağ tikinti” qəsəbəsində olan evindən qovulmuş Əhmədova Səmərqǝ Tofiq qızına rəhmi gələrək gətirib Kələntərli kəndində öz evinə yerləşdirmiş, lakin 1 ildən sonra Cavabdeh Mahir Əliyevin övladları ilə də yola getmədiyinə görə onu gətirib onun satdığı torpaqdakı yarımçıq tikiliyə yığmış, orda yaşaması üçün ona ev və məişət əşyaları da vermişdir. Beləliklə Cavabdeh 2007-ci ildən həmin torpaqda və tikilidə yerləşmiş, hazırda da orada yaşayır və nəvəsini, nəvəsinin həyat yoldaşını da uşaqları ilə birlikdə gətirib oraya yerləşdirmişdir. Torpaq isə rəsmi sənədlərlə bu günədək onun adınadır. Cavabdeh övladları ilə barışdığına və öz evinə gediş-gəlişini bərpa etdiyinə görə Mahir Əliyev ondan sözügedən torpaq sahəsindən və onun üzərindəki tikilidən çıxmasını tələb etdikdə, Cavabdeh çıxmaqdan imtina etmiş, bu səbəbdən də onlar arasında münaqişə yaranmışdır. Odur ki, X7 rayon Məhkəməsinə Cavabdeh qarşı "Torpaq sahəsindən və tikilidən çıxartma tələbinə dair" iddia ərizəsi ilə müraciət etmişdir. Bərdə rayon məhkəməsi (hakim Qamət Əbilov) xx.xx.2022-ci il tarixli, 2(021)- 1262/2022 saylı qətnaməsi ilə qət etmişdir ki, "İddiaçı X12 cavabdeh Əhmədova Səmərqǝ Tofiq qızına qarşı "torpaq sahəsindən və tikilidən çıxarılma tələbinə dair" iddia tələbi təmin edilməsin”. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı X1 olaraq həmin iddia tələbi ilə məhkəməyə müraciət etməyə hüquq olmadığı işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir, çünki, iddia etdiyi torpaq sahəsi onun mülkiyyətində deyildir, həmin torpaq sahəsi Bərdə rayonu keçmiş "Sosializm" kolxozunun İdarə heyətinin 19 may 1990-cı il tarixli qərarı ilə X6 ayrılıb verilmişdir, odur ki, müvafiq iddia tələbi ilə də məhkəməyə onun müraciət etmǝyǝ subyektiv hüququ vardır. (Məhkəmənin diqqətinə çatdırıram ki, "Bağırova" soyadı mənim qızlıq soyadım olmuşdur) Odur ki, Bərdə rayon Məhkəməsinin sözügedən qətnaməsindən sonra X5 dəfələrlə tələb etmişdir ki, onun həyətyanı torpaq sahəsindən və onun üzərində inşa etdiyi yarımçıq tikili binadan çıxsın. Lakin Cavabdeh bundan qəti imtina edir və bildirir ki, qızının həyat yoldaşı olan Mahir Əliyev ondan aldığı pulu verməyənə qədər torpaqdan və tikilidən çıxmayacaq, bu torpaq və tikili ona məxsusdur. Odur ki, yuxarıda şərh etdiklərinə əsasən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyini əsaslı və Azərbaycan Respublikasının qanunvericilik aktları baxımından qanuni hesab edir. Belə ki, sözügedən torpaq sahəsi 1990-cı ildə qüvvədə olmuş qanunlara müvafiq surətdə ona ayrılıb verilmişdir, tanıdılmış və təhkim edilmişdir, yəni qanuni əsaslarla ona məxsusdur. Həmin torpaq sahəsindən 1995-ci ilədək özü və ailə üzvləri istifadə etmişlər. Onu münbitləşdirmək üçün xeyli miqdar xərc çəkmişlər, orada ağaclar əkmiş, kənarına dərin arx çəkdirmişlər. Həmin torpaq sahəsi üzərində yaşayış evi tikmişlər və torpağı 1995-ci ildə X14 qeyri-rəsmi qaydada satarkən üzərindəki həmin yarımçıq tikili ilə birlikdə satmışlar. Sözügedən torpaq sahəsinin və onun üzərindəki yarımçıq tikili binanın ona məxsus olmasını şahid qismində ünvan 4ində yaşayan 1.X4 - Bərdə rayonu Kələntərli kəndində yaşayır. 2.X2 - hazırda Bərdə rayonu Kələntərli kənd i.ǝ.d-nin Alaçadırlı kəndində yaşayır. 3.X16 aşağıda göstərilən şahidlər də təsdiq edə bilərlər. Həmin şahidlər hazırki iddia tələbinə məhkəmədə baxılarkən iddiaçı tərəfindən məhkəməyə dəvət ediləcəklər. İddiaçının ərizəsini nəzərə alaraq Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2988/2022 nömrəli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və onun üzərindəki tikilidən çıxarılma” tələbinə dair mülki iş üzrə icraat iddiaçı X3 cavabdehlər Bərdə rayon Kələntərli Bələdiyyəsinə və Cavabdeh, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “Torpağa mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək dayandırılmış, sözügedən qətnamə qəbul edilərək hüquqi qüvvəyə mindikdən sonra məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək davam etdirilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı rədd edərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarına əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, 09302370 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1955-ci ildə Kəlbəcər rayonu, Kilsəli kəndində anadan olmuşdur. ünvan 4ində yaşayır. AZE seriyalı, 15311450 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1963-cü ildə Kəlbəcər rayonu, Zar kəndində anadan olmuşdur. Bərdə rayonu, Alaçadırlı kəndində yaşayır. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə Kəlbəcər rayonu, Sınıqkilsə kəndində anadan olmuşdur. ünvan 4ində yaşayır. Bərdə rayonu Kələntərli Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 26 nömrəli arayışından görünür ki, Cavabdeh yaşadığı 0,13 ha torpaq sahəsi Bələdiyyənin mülkiyyətindədir. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 xx.xx.1972-ci ildə anadan olmuşdur. Bərdə rayon İcra Hakimiyyəti və Bərdə rayon Dövlət Arxivi tərəfindən Bərdə rayon Vəkil Bürosuna ünvanlanmış xx.xx.2022-ci il tarixli, 33 nömrəli sorğuya cavabdan görünür ki, Bərdə rayon “Sosializm” kolxozunun 3 saylı Protokoluna əsasən Bərdə rayon “Sosializm” kolxozunun xx.xx.1990-cı il tarixli heyət iclasının qərarı ilə vətəndaş X6 0,08 ha torpaq sahəsinin verilməsi təsdiq olunmuşdur. Bərdə rayon Polis Şöbəsi tərəfindən Bərdə rayon Vəkil Bürosuna ünvanlanmış xx.xx.2022-ci il tarixli, ***-**** nömrəli sorğuya cavabdan görünürki, xx.xx.1948-ci il təvəllüdlü Cavabdeh xx.xx.2015-ci il tarixdə ASAN-Bərdə tərəfindən AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və onun ünvan 4i ünvanında yaşayış yeri üzrə qeydiyyatda olduğu məlum olmuşdur. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-1262/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X12 Cavabdeh və üçüncü şəxs İddiaçı qarşı “torpaq sahəsindən və daxma tipli tikilidən çıxarılması” tələbinə dair iddia tələbi təmin edilməmiş, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilmişdir. Kəlbəcər rayon Nux Kilsəli kənd Sovetliyi tərəfindən verilmiş xx.xx.1979-cu il tarixli, İİ- ЖГ-301517 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X4 ilə X10 arasında xx.xx.1979-cu il tarixdə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1979-cu il tarixdə 5 nömrə ilə qeyd edilmişdir. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd İnzibati Ərazi Dairəsi üzrə İcra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1320 nömrəli arayışdan görünür ki, İddiaçı hal-hazırda ünvan 4ində arayışda göstərilən ailə üzvləri ilə birlikdə yaşayır. İş materiallarında olan Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)- 334/2023 saylı mülki iş üzrə qətnaməsinə əsasən iddiaçı X3 cavabdehlər Bərdə rayon Kələntərli Bələdiyyəsinə və Cavabdeh, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “Torpağa mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan ********* nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün 100 manat dövlət rüsumunu və 0,40 manat xidmət haqqını ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan ünvan 4ində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa etdirdiyi yarımçıq tikili binadan çıxarılmasına, həmçinin hazırki iddia ərizəsinə baxılması üçün dövlət rüsumu olaraq ödədiyi 100 manat pulun Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Məhkəmə iddiaya münasibət bildirərək qeyd edir ki, hazırki iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına və təqdim edilmiş sənədlərə əsasən iş üzrə İddiaçı ona məxsus olmasını iddia etdiyi ünvan 4ində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ yoxdur və ya mülkiyyət hüququnun olmasına dair mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa iddiaçı özünə məxsus olmasını iddia etdiyi Bərdə rayonu Kələntərli kəndində yerləşən 0,08 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Bərdə rayon Məhkəməsinə müraciət etsə də məhkəmənin müvafiq qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İş materiallarındakı Bərdə rayon Kələntərli bələdiyyəsinin müvafiq arayışına əsasən Cavabdeh yaşadığı və iddiaçının çıxarılmasını iddia etdiyi torpaq sahəsi Bərdə rayonu Kələntərli bələdiyyəsinin mülkiyyətindədir. Belə olduğu halda iddaçı İddiaçı Cavabdeh qarşı hazırki tələblə məhkəməyə müraciət etməyə, yəni iddia tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. Bu səbəbdən məhkəmə tərəfindən əlavə araşdırma aparmağa zərurət qalmır və İddiaçı özünə məxsus olmasını iddia etdiyi ünvan 4ində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa etdirdiyi yarımçıq tikili binadan Cavabdeh çıxarılmasına dair iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etməkhüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 30 iyul 2008-ci il Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Sübutlarla bağlı məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və onun üzərindəki tikilidən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1(bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar