Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2332/2021 27.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi Ərizəçi, Maraqlı şəxs1 iştirakı ilə, Ərizəçi Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2n, Abdullayeva Sevinc İlqar qızına qarşı nikah haqqında akt qeydinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2n, Abdullayeva Sevinc İlqar qızına qarşı nikah haqqında akt qeydinin etibarsız hesab edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. Ərizəçi məhkəməyə ərizə verərək iddianın baxılmamış saxlanılması barədə qərardadı ləğv edib, iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasına izahatında göstərmişdir ki, 27 iyul 2021-ci il tarixli məhkəmə iclası zamanı səlahiyyətli nümayəndəsi ərizə verərək, işin təxirə salınmasını xahiş etsə də məhkəmə işi təxirə salmamış, işin baxılmamış saxlanılması barədə qərardadda səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş ərizəni məhkəmə iclası başa çatandan sonra verməyini göstərsə də, qərardadda ərizənini məhkəməyə nə vaxt təqdim edilməsi barədə dəqiq vaxt göstərməmişdir. Odur ki, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs X3 qızı ərizəçi Ərizəçi Əli oğlunun Bərdə Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli baxılmamış saxlanılma barədə qərardadınin ləğv edilməsi barədə ərizəsinin qanuni həll edilməsini xahiş etdi. Maraqlı şəxs2nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhləmə işə Maraqlı şəxs2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qərardadı ləğv edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi səlahiyyətli nümayəndəsi tərəfindən işin başqa təxirə salınması barədə ərizə versə də məhkəmə iclası təxirə salınmamış, mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə görə məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 257, 263, 264-cü maddələrini əldə rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Ərizə təmin edilsin. Ərizəçi Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2n, Abdullayeva Sevinc İlqar qızına qarşı nikah haqqında akt qeydinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-2332/2021 saylı 27 iyul 2021-ci il tarixli qərardadı ləğv edilsin. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2332/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2332/2021
27.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver