Məhkəmə qərarları › İş №2(021)-2332/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2332/2022

10.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2332/2022 10.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X5 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər X14 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: Ərizəçi maraqlı şəxslər X14 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış evinin miras kimi qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X7 ilə anası Qanuni nümayəndə 2**0-ci il tarixdə qeyri-rəsmi olaraq ailə qurub evləniblər. Birgə yaşayış dövründə xx xxxxxx 2**1-ci il tarixdə o və xx xxxxxxxx 2**4-cü il tarixdə qardaşım Maraqlı şəxs2 anadan olmuşdur. X15 30 noyabr 2019-cu il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra ailə üzvlərilə birlikdə Bərdə şəhər C.Məmmədquluzadə küçəsi ev 8 ünvanında yaşamağa başlamışlar. Atasının ondan və maraqlı şəxs kimi qeyd etdiyi Maraqlı şəxs2 başqa heç bir övladı olmamışdır. Atası vəfat etdikdən sonra atasının xüsusi mülkiyyətində olan Bərdə şəhər C.Məmmədquluzadə küçəsi ev 8 ünvanında olan fərdi yaşayış evini rəsmi olaraq adına sənədləşdirmək istəmişdir. Bununla bağlı X14 Xidmət Mərkəzinə müraciət etdikdə isə onun adına sənədləşdirməkdən imtina etmişdirlər. Maraqlı şəxs kimi qeyd etdiyi qardaşı Maraqlı şəxs2 fərdi yaşayış evini onun adına sənədləşdirməyə heç bir etirazı yoxdur. Hal- hazırda o, mərhum atasından miras qalmış evi öz adına rəsmiləşdirmək istəyir. Çünki mirası ondan başqa heç bir şəxs qəbul etməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili X9 ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı tərəf X14 Xidmət Mərkəzi Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, X14 Xidmət Mərkəzi Notariat Ofisinin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.2**1-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.2**4-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon VVADQ Şöbəsi tərəfindən 07.05.2**4-cü il tarixdə verilmiş AZ-İ №458734 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.2**1-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı X7, ana qrafasında ana adı Qanuni nümayəndə kimi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon VVADQ Şöbəsi tərəfindən 24.10.2**5-ci il tarixdə verilmiş AZ-İ №673146 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.2**4-cü il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı X7, ana qrafasında ana adı Qanuni nümayəndə kimi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə Mənzil Təmir İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 27 saylı Arayışdan görünür ki, C.Məmmədquluzadə bina 8 mənzil 2 saylı ünvanda yaşamış mərhum X4 adınadır. Həmin ünvanda faktiki olaraq adları göstərilən şəxslər qeydiyyatdadır. 1.Qanuni nümayəndə 2.Ərizəçi 3.Maraqlı şəxs2 İş materiallarına əlavə olunmuş Bərdə Rayon 1 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu X3 tərəfindən təsdiqlənmiş AZ-İ № **97411 nömrəli 03.11.2**6-cı il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə rayon ərazi idarəsinin verdiyi 02 11 2**6-cı il tarixli 1108 saylı arayışına əsasən 1970- ci ildə tikilmiş bir otaqlı ümumi sahəsi 30.34 kvm yaşayış sahəsi 22.94 kvm, olan köməkçi sahəsi 17.4 kvm şəhəri C.Məmmədquluzadə küç 8/5 -saylı ünvanda yerləşən yaşayış evini alıcı X6 6090 (altı min doxsan) manata satmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH, № ****370 nömrəli, Reyestr nömrəsi: 61**11**0163-05101-093**1 olan, qeydiyyat nömrəsi: ********* olan, qeydiyyat tarixi 15.11.2**6-cı il tarixli Çıxarışdan görünür ki, Bərdə şəhəri, Cəlil Məmmədquluzadə küçəsində istifadədə olan 0.048 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 30.34 kv.m ümumi, 22.94 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 5 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində İ nömrəli reyestr kitabının 109 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş AZ-İİ № 058763 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Gəncə İnzibati Məhkəməsinin 2-1(114)1795/2021saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı Ərizəçi cavabdeh Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı X7 ilə X1 arasında bağlanmış 14 noyabr 1991-ci il tarixli 46 saylı aktla qeydiyyata alınmış nikah qeydinin ləğv edilməsi vəzifəsi Bərdə rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması qərar alınmışdır. İş materiallarına əlavə olunmuş X14 Xidmət Mərkəzində Notariat Ofisinin xx.xx.2022ci il tarixli, 856\2022 saylı məktubdan görünür ki, Ərizəçi hazırki tələblə bağlı X14 Xidmət Mərkəzi Notariat Ofisinə müraciət etmiş, lakin vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün iddia müddətini buraxıldığından vərəsəlik şəhadətnaməsinin verilməsi üçün əsas olmadığından imtina edilərək məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə mürciət etmək üçün 1** manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mərhum X2 miras qalmış Bərdə şəhəri, Cəlil Məmmədquluzadə küçəsində 0.048 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 30.34 kv.m ümumi, 22.94 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 5 nömrəli mənzilin ərizəçi tərəfindən faktiki idarə edilməklə qəbul edilməsi faktı mübahisəsizdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının məhkəmə müəyyən edir. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi mərhum X2 miras qalmış Bərdə şəhəri, Cəlil Məmmədquluzadə küçəsində 0.048 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 30.34 kv.m ümumi, 22.94 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 5 nömrəli mənzilini miras əmlak kimi qəbul etməsi faktı müəyyən olunmalıdır Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş 1** manat dövlət rüsumunu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi mərhum X2 miras qalmış Bərdə şəhəri, Cəlil Məmmədquluzadə küçəsində 0.048 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 30.34 kv.m ümumi, 22.94 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 5 nömrəli mənzilini miras əmlak kimi qəbul etməsi faktı müəyyən edilsin. Ödənilmiş 1** manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar