Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2333/2021 27.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi Əli qızının iştirakı ilə, Ərizəçi qızının doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi qızı ərizə ilə məhkəməyə müraciət edərək 14 avqust 2019-cu ildə Bərdə rayonu Alaçadırlı kəndində anadan olmuş Qafarova Mələk Çingiz qızının doğum faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnaməsində ata adının X4, ana adı isə Ərizəçi qızı kimi qeyd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qızı ərizəsini onunla əsaslandırmışdır ki, o, Qafarov Elbrus Çingiz oğlu ilə 2013-cü ildə qeyri rəsmi ailə münasibətlərinə girməklə ailə qurmuşdur. Onların birgə ailə münasibətlərindən 14 avqust 2019-cu ildə Mələk adlı uşaqları anadan olmuşdur. Onların rəsmi nikahları olmadığından uşağa doğum haqqında şəhadətnamə ala bilməmişdir. Belə ki, uşaq evdə doğulmuşdur. Hazırda uşağa doğum haqqında şəhadətnamə almağa ehtiyac var. Onlar bu barədə Maraqlı şəxsnə müraciət ediblər. Orada doğum qeyd edilməsi üçün məhkəməyə müraciət etməli olduqlarını bildirmişlər. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olubdur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən Quliyeva Aybəniz Binnət qızı göstərdi ki, Ərizəçi qızının anasıdır. X9 Elbrus Çingiz oğlu ilə 2013-cü ildə faktiki nikah münasibətinə girməklə evlənmişlər. Birgə yaşadıqları dövrdə 14 avqust 2019-cu ildə bir uşaqları anadan olmuşdur. Lakin bilmədiklərindən, başa düşməməzlikdən uşağa doğum haqqında şəhadətnamə almayıblar. İndi uşağa doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsələr də, orada onlara məhkəməyə müraciət etməyi məsləhət görümüşlər. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidi dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Bərdə rayon İcra hakimiyyəti Başçısının Kələntərli kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 969 nömrəli, 10 iyun 2021-ci il tarixli arayışından müəyyən olunur Ərizəçi Əli qızı Kəlbəcər rayonu Günəşli kəndi ünvanında qeydiyyatda olmaqla, Bərdə rayonu, Alaçadırlı kəndində yaşayır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Dadaşova Lalə Əli qızı xx xxxxx 1998-ci ildə doğulmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, Qafarov Elbrus Çingiz oğlu 28 mart 1983-cü ildə Mingəçevir şəhərində doğulmuşdur, Bərdə rayonu Alaçadırlı kəndində yaşayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Ərizəçi qızının bir qız övladı olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. Ərizəçi Əli qızının 14 avqust 2019-cu ildə Bərdə rayonunda bir qız uşağının doğulması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum tarixli 14 avqust 2019-cu il, doğum yeri Bərdə rayonu, ata qrafasında Qafarov Elbrus Çingiz oğlu, ana qrafasında Ərizəçi Əli qızı yazılsın. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2333/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2333/2021
27.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver