Məhkəmə qərarları › İş №2(021)-2334/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2334/2024

29.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2334/2024 29.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayeva Lalə Ruslan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair mülki işə Bərdə şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizəsi ilə müraciət edərək, onun X11 arasında bağlanmış nikah müqaviləsi üzrə 01 dekabr 1984-cü il tarixli nikah akt qeydinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1984-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qrumuşdur. Nikah qeydi Ermənistan Respublikasının Masis rayonu Daştavam kənd inzibati ərazi nümayəndəliyində qeydə alənmışdır və onlara nikah haqqında şəhadətnamə verilmişdir. Birgə nikahlarından xx.xx.1984-cü il təvəllüdlü X4, xx.xx.1985-ci il təvəllüdlü X7, xx.xx.1988-ci il təvəllüdlü X8 və xx.xx.1989-cu il təvəllüdlü X9 anadan olmuşlar. Müəyyən səbəblərdən o nikah haqqında şəhadətnaməni itirmişdir. Pensiya işi ilə əlaqədar Dövlət Sosial Müdafiə Nazirliyinə müraciət etdikdə ondan nikah haqqında şəhadətnamə tələb edilmişdir. O, nikah akt qeydi ilə əlaqədar qeydiyyat şöbəsinə müraciət etsə də, ona məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Ona görə də məhkəmədən X11 ilə 01 dekabr 1984-cü il tarixli nikah akt qeydinin bərpa olunması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş seriya AZE №131965526 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Ermənistanın Vardenis rayonu Qızılkənd kəndində anadan olmuşdur. Bərdə rayonu Alaçadırlı kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş seriya AZE 15311927 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1961-ci il tarixdə Ermənistanın Masis rayonu Zəngilər kəndində anadan olmuşdur. Bərdə rayonu Alaçadırlı kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Vİ-СЛ 285092 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş İV-СЛ 435953 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. X2, anası X1r. Mülki işə əlavə olunmuş İV-СЛ 285122 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. X2, anası X1r. Mülki işə əlavə olunmuş XİV-ЖГ 396279 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. X2, anası X1r. Mülki işə əlavə olunmuş seriya AZE 14279633 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. Bərdə şəhəri Koroğlu küçəsi ev 5-də qeydiyyatdadır. Mülki işə əlavə olunmuş seriya AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1963-cü il tarixdə Ermənistanın Masis rayonunda anadan olmuşdur. Bərdə şəhəri Koroğlu küçəsi ev 5-də qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Azərbaycan Respubkasının Ədliyyə Nazirliyiniin Bərdə regional Qeydiyyat şöbəsinin Bərdə rayonu Alaçadırlı kəndində yaşayan Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi nikah akt qeydinin bərpasının onların səlahiyyətlərində olmadığı bildirilmiş və məhkəmə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 bildirdi ki, Ərizəçi ilə əvvələr qonşu olmuşlar, həm də qohumdurlar. Ərizəçi ilə X6 toyu Ermənistan Respublikasının Masis rayonu Zəngilər kəndində olmuşdur. Nikahları rəsmiləşdirilmişdir. Onlar hələ də bir yerdə yaşayırlar. Onların birgə nikahlarından 4 övladları elə həmin kənddə doğulmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən X12 bildirdi ki, onlar ərizəçi ilə bir kənddə böyümüşlər. Ərizəçinin X11 ilə toylarında iştirak etmişdir. Onların nikahı rəsmi qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi ilə X11 arasında 01 dekabr 1984-cü il tarixdə nikah akt qeydinin qeydə alınması işdə olan sənədlər və digər sübutlarla təsdiq edildiyindən ərizəsi təmin edilməli, Ərizəçi ilə X11 arasında 01 dekabr 1984-cü il tarixdə nikah akt qeydinin qeydə alınması faktı müəyyən olunmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumunu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə X6 nikah akt qeydinin 01 dekabr 1984-cü il tarixdə qeydə alınması faktı müəyyən edilsin. İş ürə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar