Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2335/2024 07.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlu, İddiaçı Ərizəçi, cavabdeh Maraqlı şəxs qarşı “Miras əmlakın faktiki qəbul edilmiş hesab edilməsi və pul” tələbinə dair ərizəsini nəzərdən keçirib MÜƏYYƏNETDİM: İddiaçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Maraqlı şəxs borclu məhrum X1 miras əmlakın faktiki qəbul edilmiş hesab edilməsinə və Gəncə Apellyasiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli, 2(104)-1302/2017 saylı qətnaməsi ilə mərhum X1 tutlmalı olan 4674,49 manat borcun və onun tərəfindən ödənilmiş 1400 manat kredit borcunun cavabdeh Maraqlı şəxs alınaraq ona ödənilməsinə, 3274,49 manat kredit borcu ilə alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0 və 150.0.2ci maddələrinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. İddiaçı Ərizəçi qeyd olunan maddələrin tələblərinə əməl etməyərək, ərizəsinə dövlət rüsumunun ödənilməsi və ya dövlət rüsumunu ödəməkdən azad edilməsi haqqında sənədi əlavə etməmişdir. Belə ki, ərizəsində qiymətləndirilməyən iddia hesab olunan mirasın qəbulu faktının müəyyənləşdirilməsinə dair müəyyən olunmuş rüsumu az ödəmiş, eyni zamanda iddiada bir-biri ilə əlaqədar olmayan iddiaları birləşdirirək bir icraatda müraciət edərək MPM-nin 152.1.7-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1, 152.1.5 və 152.1.7-ci maddələrinə əsasən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə, əlaqədar olmayan tələbləri birləşdirdikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən iddiaçı Ərizəçi oğlunun Miras əmlakın faktiki qəbul edilmiş hesab edilməsi və pul tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM: İddiaçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Miras əmlakın faktiki qəbul edilmiş hesab edilməsi və pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim Ziya Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-2335/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2335/2024
07.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver