Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2338/2021 25.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Maraqlı şəxsnə qarşı “doğum akt qeydində düzəliş edilməsi ” barədə ərizəsini nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi : Ərizəçi maraqlı şəxs Maraqlı şəxsnə qarşı “doğum akt qeydində düzəliş edilməsi ” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni nəzərdən keçirən məhkəmə hesab edir ki, hazırkı ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin orqan məsələnin həllindən imtina etdiyi halda, orqanın hərəkətindən ( hərəkətsizliyindən ) inzibati qaydada və məhkəməyə şikayət edə bilər . Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 153.2.1.-ci maddəsinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina edir. Ərizəçi maraqlı şəxs Maraqlı şəxsnə qarşı “doğum akt qeydində düzəliş edilməsi ” barədə ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalı və ərizəyə əlavə olunmuş sənədlər ərizə ilə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a ra a l d ı : Ərizəçi maraqlı şəxs Maraqlı şəxsnə qarşı “doğum akt qeydində düzəliş edilməsi ” barədə ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin. Ərizəçi maraqlı şəxs Maraqlı şəxsnə qarşı “doğum akt qeydində düzəliş edilməsi ” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-2338/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2338/2021
25.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver