Məhkəmə qərarları › İş №2(021)-2348/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2348/2021

29.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2348/2021 29.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi Süle yman oğlunun maraqlı şəxs Bərdə regional Asan Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydində düzəliş olunması ” barədə ərizəsini nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi : Ərizəçi maraqlı şəxs Bərdə regional Asan Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydində düzəliş olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, adının Ərizəçi və təvəllüdünün xx xxxx 1952-ci il göstərilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirən məhkəmə hesab edir ki, hazırkı ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin orqan məsələnin həllindən imtina etdiyi halda, orqanın hərəkətindən ( hərəkətsizliyindən ) inzibati qaydada və məhkəməyə şikayət edə bilər . Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 153.2.1.-ci maddəsinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina edir. Ərizəçi maraqlı şəxs Bərdə regional Asan Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydində düzəliş olunması” barədə ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalı və ərizəyə əlavə olunmuş sənədlər ərizə ilə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a ra a l d ı : Ərizəçi maraqlı şəxs Bərdə regional Asan Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydində düzəliş olunması” barədə ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar