Məhkəmə qərarları › İş №2(021)-237/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-237/2025

20.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-237/2025 20.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi ilə, Ərizəçiə Əlövsət qızının iştirakları ilə, Ərizəçiə Əlövsət qızının Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçiə Əlövsət qızı Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun 16 fevral 1992-ci il tarixdə Bərdə şəhərində anadan olmağı, atasının X9, anasının X5 olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçiə Əlövsət qızı ərizəsini onunla əsaslandırmışdır ki, o, 16 fevral 1992-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. X2, anası isə X4r. Atası xx.xx.1992-ci il tarixdə, anası isə 09 may 1999-cu il tarixdə vəfat etmişdir. xx.xx.1987-ci ilə böyük qardaşı X6, xx.xx.1990-cı ildə isə digər qardaşı X7 anadan olmuşdur. O, anadan olduğu zaman atası artıq vəfat etmişdir, anası savadsız qadın olduğundan isə ona Maraqlı şəxsndən doğum haqqında şəadətnamə alarkən doğum tarixində texniki səhvlik olmuş, doğum tarixi xx.xx.1994-cü il olaraq qeyd edilmişdir. Lakin ehtiyatsızlıq nəticəsində doğum haqqında şəadətnaməsini itirmiş və heç bir zaman şəxsiyyət vəsiqəsi almamışdır. Hazırda o ailə qurmuşdur, lakin nikah qeydiyyatına düşə bilmir. Hazırda bir çox sənədlərin hazırlanmasında ondan şəxsiyyət vəsiqəsini tələb edirlər. Şəxsiyyət vəsiqəsi almaq üçün isə Bərdə regional Asan Xidmət mərkəzinə müraciət etdikdə isə ondan doğum haqqında şəhadətnamə istəyirlər. Bu barədə Maraqlı şəxsnə müraciət etsə də bundan imtina edilmiş, ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçiə Əlövsət qızı ərizəni müdafiə edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Rüstəmova X10 şəhər Vaqif küçəsi 96 nömrəli evdə yaşayır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ-İ № 473348 nömrəli Arayışdan görünür ki, Ərizəçiə Əlövsət qızı xx.xx.1994-cü il tarixdı anadan olmuşdur. Ata qrafasına ata adı X9, ana qrafasında ana adı X1 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ-İ № 379680 nömrəli Arayışdan görünür ki, X7 xx.xx.1990-cı il tarixdı anadan olmuşdur. Ata qrafasına ata adı X9, ana qrafasında ana adı X1 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ-İ № 438648 nömrəli Arayışdan görünür ki, X8 xx.xx.1987-cı il tarixdı anadan olmuşdur. Ata qrafasına ata adı X9, ana qrafasında ana adı X1 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ-İ № 326166 nömrəli Arayışdan görünür ki, X9 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ-İ № 019557 nömrəli Arayışdan görünür ki, X5 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixdə verilmiş məktubdan görünür ki, Ərizəçiə Əlövsət qızı doğum haqqında təkrar şəhadətnamənin alınması barədə həmin orqana müraciət etmiş, lakin ərizəsi təmin olunmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmdə iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “TƏBİB” X21 “Bərdə Rayon Mərkəi Xəstəxanası” X22 tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2025ci il tarixli cavab məktubdan görünür ki, X3 uşaq dünya gətirməsi ilə bağl Bərdə RMX-da hər hansı bir qeydiyyat aşkarlanmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X11 bildirmişdir ki, Ərizəçiə Əlövsət qızı onun qardaşı qızıdır. Qardaşı xx.xx.1992-ci il tarixdə uşaq ana bətnində olarkən vəfat etmişdir. Anası xəstə olduğundan və doğum ev şəraitində olduğu üçün doğum haqqında şəhadətnaməni gec almışdırlar. Sonradan Türkanəyə 1992-ci ildə doğulmasına baxmayaraq 1994-cü ildə doğulması barədə doğum haqqında şəhadətnamə verilmişdir. Qardaşı rəhmətə gedəndə qardaşı arvadı Gülmayə, Türkanə və özü bir evdə yaşamışlar. Sonradan 2000-ci ildə özü Aytənlə ailə həyatı qurararaq həmin evdə yaşamağa davam etmişlər. Məhkəmə iclasında şahid qismində iştirak edən X12 bildirmişdir ki, ərizəçinin əmisinin arvadıdır. Türkanın X2 olmuşdur. O, 2000-ci il tarixdə həmin evə gəlin köçmüşdür. O, gəlin gəldikdə Türkanın atası artıq rəhmətə getmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə tərəfindən Ərizəçiə Əlövsət qızının 16 fevral 1992-ci il tarixdə Bərdə şəhərində anadan olmağı, atasının X9, anasının X5 olması müəyyən edilə bilinməmişdir. Belə ki, ərizəçi qeyd edir ki, onun doğum haqqında şəhadətnaməsi olmuş, lakin doğum tarixi 1994-cü il kimi qeyd olmuşdur. Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan isə atası oduğunu iddia etdiyi şəxsin 1992-ci il tarixdə vəfat etməsi görünür. Bu qeyrimüəyyənlikdə məhkəmə tərəfindən ərizənin təmin olunması yolverilməzdir. Məhkəmə qətnaməsi formal mülahizələrə əsaslanaraq qəbul oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.1 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin, doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumunu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçiə Əlövsət qızının Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar