Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2371/2021 12.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “qohumluq faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X3 onun bacısı olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1960-cı ildə anadan olmuşdur. X2, anası isə X7r. Onun atası Hümbət Hümbətov iki dəfə ailə həyatı qurmuşdur. Birinci dəfə X8 ilə ailə həyatı qumuş və onların birgə nikahlarından 28 may 1948-ci ildə Hümbətova Enfira Hümbət qızı adlı uşaqları doğulmuşdur. Daha sonra atası Hümbət Hümbətov anası X13 ilə ailə həyatı qurmuşdur. Atası 28.02.1998-ci ildə, anası 18.03.1990-cı ildə, atasının birinci evliliyindən olan bacısı Hümbətova Enfira Hümbət qızı 20.04.2019-cu ildə vəfat etmişdir. X3 onunla qohumluq əlaqəsinin müəyyən edilməsi ona bacısından miras qalmış evin vərəsə kimi tərəfindən qəbul edilməsi ilə bağlı tələb olunur. Qeyd olunanlara əsasən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE № 14258540 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AG № 509675 saylı Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxx 1960-ci il tarixdə anadan olmuşdur. Atası X12, anası Qazıyeva Səriyyə İbad qızıdır. İş materiallarına əlavə edilmiş Vİİİ-JQ № 446466 saylı Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, Hümbətova Enfira Hümbət qızı 28 may 1948-ci il tarixdə anadan olmuşdur. Atası X12, anası X4r. İş materiallarına əlavə edilmiş Seriya AZE № 08562178 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X14 11.05.1957ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Bərdə rayon S.Zöhrabbəyov küçəsi ev 28 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş İ-İE № 421522 saylı Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, Hümbətov Xalid Hümbət oğlu 11 may 1957-ci il tarixdə anadan olmuşdur. Atası X12, anası Qazıyeva Səriyyə İbad qızıdır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 17 may 2021-ci il tarixli Arayışdan görünür ki, X19 qızı 18 mart 1990-cı ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 17 may 2021-ci il tarixli Arayışdan görünür ki, X12 28 fevral 1998-cı ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ № 199903 saylı Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, Hümbətova Enfira Hümbət qızı 20 aprel 2019cu ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 18.09.2020-ci il tarixli qətnaməsindən görünür ki, 28 may 1948-ci ildə anadan olmuş Hümbətova Enfira Hümbət qızı X6 bacısı olması faktı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 27 may 2021-ci il tarixli 654-05\69 saylı Arayışdan görünür ki, Hümbətova Enfira Hümbət qızı barəsində Maraqlı şəxs arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, ərizəçi tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmununa qiymət verərək belə hesab edir ki, Hümbətova Enfira Hümbət qızının Ərizəçi bacısı olması faktı iş materialları ilə tam sübut olunduğundan Ərizəçi ərizəsi təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 28 may 1948-ci ildə anadan olmuş Hümbətova Enfira Hümbət qızının Ərizəçi bacısı olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-2371/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2371/2021
12.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver