Məhkəmə qərarları › İş №2(021)-2373/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2373/2022

30.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2373/2022 30.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə, maraqlı şəxslər Maraqlı şəxs7 və Maraqlı şəxs9 iştirakı ilə Ərizəçi mirası qəbul etmə faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizəsi ilə müraciət edərək Bərdə şəhəri, X9 küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin miras kimi onun qəbul etmə faktının təsdiqinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxx 1957-ci il təvəllüdlüdür. X2, anası isə X1r. Onlar 3 uşaq olmuşlar. X8 28 fevral 1993-cü il tarixdə, anası Kəklik Məhərrəmova isə 12 iyul 1984-cü il tarixdə vəfat etmişdir. Atası vəfat etməmişdən öncə atasının xüsusi mülkiyyətində ünvan 1 ünvanında torpaq sahəsi və torpaq sahəsi üzrə inşa edilmiş fərdi yaşayış evi vardır. Atası vəfat etdikdən sonra onun 2 (iki) qardaşı da vəfat etmişdir. Ailə üzvləri vəfat etdikdən sonra qeyd etdiyi torpaq sahəsini və torpaq sahəsi üzrə inşa edilmiş fərdi yaşayış evində özü qalmışam və istifadə etmişdir. Hal-hazırda da evin bütün kamunal sənədləri onun adınadır. Ailə üzvləri vəfat etdikdən sonra o Bərdə şəhəri, Q.B.Zakir küçəsində yerləşən 020 nömrəli evi miras olaraq qəbul etmişdir. İndi isə o hal-hazırda miras qalmış fərdi yaşayış evini rəsmi olaraq adına sənədləşdirmək istəyir. Bununla bağlı Bərdə regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə müraciət etdikdə isə onun adına sənədləşdirməkdən imtina etmişlər. Səbəbidə onu göstmişlər ki, mirası qəbul etmə müddəti ötürülmüşdür. Ona başa salan olmamışdır ki, əvvəlcədən ərizə ilə müraciət etsin. Bunun üçündə miras əmlakı qəbul etməsi müddəti ötürülmüşdür. Ailə üzvlərinin hər biri vəfat etdiyindən ondan başqa heç bir yaxın qohum olmadığından fərdi yaşayış evini rəsmi olaraq adına sənədləşdirməsində heç bir etiraz yoxdur. ünvan 1-də yerləşən fərdi yaşayış evini hal-hazırda onun istifadəsində olmasını onunla bir küçədə yaşayan qonşuları və qohumları da təstiq edə bilərlər. Bunun üçündə mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsini istəyir. Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə ərizəsini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs9 göstərmişdir ki, miras əmlak olan Bərdə şəhəri, Q.B.Zakir küçəsi 20-də yerləşən fərdi yaşayış evindən mərhum atası X3 çatacaq miras payı tələb edir. Məhkəmə iclasında Maraqlı şəxs7 göstərmişdir ki, miras əmlak olan Bərdə şəhəri, Q.B.Zakir küçəsi 20-də yerləşən fərdi yaşayış evindən mərhum əri X3 çatacaq miras payı tələb etmir. Maraqlı şəxslər Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Tamaşa Atakişiyeva məhkəməyə məktub göndərərək məhkəmə hazırlıq iclasında iştirak etməməsini üzürlü hesab edib qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs8 məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də maraqlı şəxslər məhkəmə hazırlıq iclasına gəlməmişlər. Məhkəmə hazırlıq iclasına maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs8 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin və maraqlı şəxslərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Mülki iş məhkəmə iclasında araşdırılarkən müəyyən olunmuşdur ki, Maraqlı şəxs9 ərizəçinin tələb etdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəyə baxılarkən həmin hüquq haqqında mübahisə yaratmış, qeyd edilən səbəbdən ərizə baxılmamış saxlanılmalı və ərizəçiyə maraqlı şəxsə qarşı ümumi qaydada iddia qaldırmaq hüququ izah olunmalıdır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 mart 20**-ci il tarixli 3 saylı qərarın **-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsinə müvafiq olaraq xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, məhkəmə ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi qaydada əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinin tələbinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 saylı 24 dekabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20**-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: -“Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.**-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur”. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi mirası qəbul etmə faktının müəyyən edilməsinə barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar