Məhkəmə qərarları › İş №2(021)-2379/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-2379/2023

15.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-2379/2023 15.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi X3, İddiaçı Bərdə şəhəri H.Əliyev prospekti döngə 2, ev 8-də yaşayan Ərizəçi “Mirası qəbul etmə faktı” tələbinə dair ərizəsini nəzərdən keçirib Müəyyənetdim: İddiaçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Maraqlı şəxs mərhumə X1 vərəsəsi olması və onun mirasını qəbul etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 152.1 və 152.1.1-ci maddələrinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, mirasın qəbul edilmə faktı məhkəmənin xüsusi icraat qaydasında baxmalı olduğu iş olsa da, Ərizəçi qeyd olunan tələblə bağlı məhkəməyə ərizəçi qismində ərizə ilə deyil, iddia ərizəsi ilə müraciət etmişdir. Belə ki, MPM-nin 305.1, 305.1.1 və 307.2.9-cu maddələrinin tələbinə görə, məhkəmə xüsusi icraat qaydasında mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Bundan başqa, Azərbaycan Respublikasının MPM-nin 150.1 və 150.1.6-cı maddələrinə əsasən, ərizəyə maraqlı şəxslə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. İddiaçı Ərizəçi qeyd olunan maddələrin tələblərinə əməl etməyərək, cavabdeh Maraqlı şəxs mərhumə X1 vərəsəsi olması və onun mirasının qəbul etməsi faktının müəyyən edilməsi ilə bağlı Notariat orqanlarına müraciət etməsini təsdiq edən sübutu ərizəsinə əlavə etməmişdir. Bundan başqa iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələbləri pozulmaqla tərtib edilmiş, iddia ərizəsinə iddiaçının və cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, elektron poçt ünvanları, iddiaçının və cavabdehin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN) əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin: 149.2.2-ci maddəsinə görə, ərizəyə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda-iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən hesab edirəm ki, iddiaçı Ərizəçi “Mirası qəbul etmə faktı” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Ərizəçiyə izah edilir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra eyni tələblə yenidən məhkəməyə müraciət edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq Qərarverdim: İddiaçı Ərizəçi “Mirası qəbul etmə faktı” tələbinə dair ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar