Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-238/2023 19.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İlkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İlkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlərin vəkili və nümayəndəsi X5, İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X4 qarşı torpaqdan çıxarılma, müqaviənin etibarsız hesab edilməsi tələbinə diar ilk, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X2 ilkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşı pul tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inizbati binasında işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 məhkəmədə iddia qaldıraraq xüsusi mülkiyyətlərində olan və hal-hazırda zəbt olunmuş Bərdə rayon Bəcirəvan kəndində yerləşən JN-143 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında olan 2.35 ha torpaq sahəsindən cavabdeh X2 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X7 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşı ilk iddia tələbinin rədd edilməsinə, İddiaçı1 onun xeyrinə 8.500 manat, o, cümlədən dövlət rüsumu əvəzinə ödənilən 105 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddia ərizəsini onunla əsaslandırılmışdır ki, onların xüsusi mülkiyyətində Bərdə rayon Bəcirəvan kəndində yerləşən 2,35 ha torpaq sahəsi var. İslahat gedən zaman həmin toprpaq sahələri adam başına hesablanmaqla ona və ailə üzvlərinə verilmişdir. Qeyd etdiyi torpaq JN-143 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktıda verilmişdir. Lakin dövlət aktı əsasında onlara verilmiş olan 2,35 ha torpaq sahəsini hazırki iş üzrə cavabdeh X7 qanunsuz yolla zəbt etmişdir və onların istifadə edib, əkin biçin etməklərinə maneçilik törədir. Onların mülkiyyətlərində olan 2,35 ha torpaq sahəsini 10 il bundan qabaq yəni 2012-ci il tarixdə hazırki iş üzrə cavabdeh X4 icarəyə veriblər. İcarə müddəti bitdikdən sonra Mədət Quliyev onlara məxsus olan torpaq sahəsindən çıxmasını bildirdikdə isə, 2.35 ha torpaq sahəsini onlara verməkdən imtina etdi. Hal-hazırda cavabdeh həmin torpaq sahəsində əkin işləri apararaq oradan gəlir əldə edir. İndi isə onlar dəfələrlə cavabdehə onlara məxsus olan 2,35 ha torpaq sahəsini tələb etdikdə isə verməkdən imtina edir və onlara bildirir ki “həmin torpaq sahəsi ona məxsusdur”. Halbuki onlara məxsus olan 2,35 ha hissəsini onlar heç bir şəxsin istifadəsinə verməyiblər. Hal-hazırda da cavabdeh X2 onlara məxsus olan sahəsində istifadə edə bilmədikləri üçün gəlir əldə edə bilmirlər. Bunun üçündə onlarda məcbur qalıb məhkəməyə müraciət etməli olublar. Dövlət Aktının Daşınmaz əmlakdan tələb etsələr də verməkdən imtina edərək onlara arayış veriblər. Daha sonra ilkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 məhkəməyə iddia həcminin artırılması barədə ərizə verərək, cavabdeh X2 qeyri-qanuni saxta olaraq tərtib etdiyi 15 noyabr 2015-ci il tarixli icarə müqavilənin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə cavabdeh X7 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 ona qarşı torpaqdan çıxarılma tələbinə dair iddia qaldırmışlar. İlkin iddia üzrə İddiaçı1 iddiası əsassızdır və onun iddiasına qarşı aşağıdakıları göstərir. Belə ki, iddiaçı iddia ərizsəində göstərmişdir ki, dövlət aktı əsasında onlara verilmiş olan 2,35 ha torpaq sahəsini hazirki iş ürə cavabdeh X7 qanunsuz yolla zəbt etmiş və ondan istifadə edib əkin əkib becərməklərinə maneə törədir. Hansı ki, sonradan özü də həmin iddia ərizəsində qeyd etmişdir ki, onların mülkiyyətində olan 2,35 hektar torpaq sahəsini 10 il bundan qabaq yəni 2012 tarixdə hazırkı iş üzrə cavabdeh X4 icarəyə vermişdirlər. İlkin iddia üzrə iddaçı iddia ərizəsində qeyd etdiyi sənədsiz qeyri-rəsmi olaraq icarəyə vermişik yazması ikinci dəfə iddiaçının ona qarşı qərəzli iddia qaldırdığını təsəvvür etmək elə də çətin olmaz. Belə ki, 15 noyabr 2015-ci il tarixli Bərəd rayon Bəcirəvan kənd İƏV üzrə nümayəndəliyi tərəfindən imzalanmış və möhürlənmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən göründüyü kimi İddiaçı1 öhdəsində olan 2,35 hektar pay torpaq sahəsini 99 il müddətinə ona icarəyə vermişdir. Sözügedən torpaq sahsini icarəyə götürərkən İddiaçı1 ümumilikdə 3500 manat icarə haqqı ödəmişdir. Bundan sonra həmin torpaq sahəsi əkinə yararsız olduğu üçün 5000 manat xərc çəkərək torpağı əkin üçün yararlı vəziyyətə gətirmişdir. Onun həmin torpaq sahəsi üçün verdiyi icarə haqqını, eləcə də çəkdiyi xərcləri xeyli sayda şahidlər məhkəmədə təsdiq edə bilərlər. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə cavabdeh X7 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək İddiaçı1 3500 manat ona dəymiş ziyanın, 9580 manat məbləğində torpağa çəkilmiş xərcin, cəmi 13080 manat məbləğində pulun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 105 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 ilkin iddia ərizəsinə uyğun izahat vermiş, lkin iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlərin nümayədəsi X10 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə3. cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X7 ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək, qarşılı iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərmişdir ki, halhazırda Bərdə rayonu Bəcirəvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir. İddiaçı1 özünün və ailə üzvlərinin mülkiyətində olan 2.35 ha torpaq sahəsini cavabdeh X4 icarəyə vermişdir. Bu barədə müqavilə tərtib edilərək, tərəflərin özləri tərəfindən imzalanmış və nümayəndəliyin həmin dövrdəki, nümayəndəsinin imzası və möhürlə təsdiq edilmişdir. Məhkəmə tərəflərin izahatını və şahidin ifadəsini dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı5 xx xxxxxx 1994-cü ildə doğulmuşdur. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən oluunur ki, İddiaçı4 xx xxxx 1973-cü ildə doğulmuşdur, Bərdə rayonu, Bəcirəvan kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən oluunur ki, İddiaçı2 oğlu xx xxxxxx 1995-ci ildə doğulmuşdur, Bərdə rayonu, Bəcirəvan kəndində qeydiyyatdadır. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı3 xx xxxxxx 1994-cü ildə doğulmuşdur. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı1 01 dekabr 1970-ci ildə doğulmuşdur. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən oluunur ki, X6 xx xxxxxx 1995-ci ildə doğulmuşdur, Bərdə rayonu, Bəcirəvan kəndində qeydiyyatdadır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı3 Bərdə rayonu, Bəcirəvan kəndində yaşayır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı1 Bərdə rayonu, Bəcirəvan kəndində yaşayır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 3282 nömrəli, 14 iyul 2022-ci il tarixli məktubda göstərilmişdir ki, İddiaçı1 adına Bərdə rayonu, Bəcrəvan kəndində 5 nəfər ailə üzvü ilə birlikdə JN 143 orpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 2.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Daşınmaz Əmlakın Kadatrı və Reyestri Publik hüquqi şəxsinin 7 saylı ərazi idarəsində aşkar edilməmişdir. İş materiallarında 15 noyabr 2015-ci il tarixli müqavilədən müəyyən olunur ki, İddiaçı1 öhdəsində olan 2.35 ha pay torpaq sahəsini 99 il müdətinə Quliyev Mədət oğluna icarəyə vermişdir. İş materiallarında olan JN 143 KOD 61000028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslaha Komissiyasının 01 avqust 1997-ci il tarixli, 09 nömrəli qərarına əsasən İddiaçı1, İddiaçı4,X1, İddiaçı5, İddiaçı3 mülkiyyətində 2.35 ha kənd təsərrüfat məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 10 iyul 2023-cü il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, X2 yazılı müraciəti əsasında 2.35 ha torpaq sahəsinin əkinə yararlı hala gətirilməsinə, 45 metr su borusunun və uzunluğu 350 metr olan arxa çəkilmiş xərc aşağıdakı kimi qiymətləndirilmişdir. 30 maşın torpaq (1 maşın torpaq 30 manat) 900 manat, 80 maşın peyin (1 maşın peyin 70 manat) 5600 manat, 45 metr diametri 250-lik olan su borsu (11 m 24 manat) 1080 manat, yerin düzəlməsi üçün traktora çəkilmiş təxmini xərc 1500 manat, 350 metr su arxının çəkilməsi üçün təxmini xərc 500 manat, 2.356 ha torpaq sahəsinin əkinə yararlı hala gətirilməsinə, 45 metr su borusunun və uzunluğu 350 metr olan su arxına çəkilmiş xərcin cəmi 9580 manat qiymətləndirilmişdir. Bərdə Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(021)-3050/2022 saylı qərardadı ilə iş üzrə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquuqi şəxsi 7 saylı Bədə Ərazi İdarəsi tərəfindən verilmiş rəydə göstərilmişdir ki, TEKUİS məlumat bazasına əsasən JN 143 saylı Dövlət Aktı ilə iddiaçıların mülkiyyətinə iki hissədən ibarət olmaqla, birinci hissədə 1.78 ha, ikinci hissədə 0.57 ha cəmi 2.35 ha torpaq sahəsi verilmişdir. Cavabdeh X7 tərəfindən 1.78 ha hissədə bütövlüklə, 0.57 ha hissəsinin isə 0.54 hektardan istifadə edir. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, tərəflər məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı iş üzrə tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni 24 iyun 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən,əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 336.2-ci maddəsinə əsasən, əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun“İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli Qərarında əqdin notarial formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini bir daha təsdiq etməklə qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranma əsaslarından biri də hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlərdir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən torpaq vergisini və ya icarə haqqını vaxtında ödəmək icarəçinin bilavasitə vəzifələrindən biridir. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsi üçün əsaslarından biridir. İş materiallarından görünür ki, İddiaçı1 mübahisəli torpaq sahəsini Cavabdeh 99 il müddətinə icarəyə vermiş, lakin son dövrlər torpaq vergisini və digər xərcləri iddiaçılar özləri çəkmişlər. Torpaqdan çıxma tələbinə münasibətdə isə cavabdeh torpaq sahəsindən çıxmamışdır. İş materiallarından görünür ki,JN 143 KOD 61000028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Dövlət Aktına əsasən Bərdə rayon Aqrar İslaha Komissiyasının 01 avqust 1997-ci il tarixli, 09 nömrəli qərarına əsasən İddiaçı1, İddiaçı4, X1, İddiaçı5, İddiaçı3 mülkiyyətində 2.35 ha kənd təsərrüfat məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Bundan başqa Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquuqi şəxsi 7 saylı Bədə Ərazi İdarəsi tərəfindən verilmiş rəydə göstərilmişdir ki, TEKUİS məlumat bazasına əsasən JN 143 saylı Dövlət Aktı ilə iddiaçıların mülkiyyətinə iki hissədən ibarət olmaqla, birinci hissədə 1.78 ha, ikinci hissədə 0.57 ha cəmi 2.35 ha torpaq sahəsi verilmişdir. Cavabdeh X7 tərəfindən 1.78 ha hissədə bütövlüklə, 0.57 ha hissəsinin isə 0.54 hektardan istifadə edir. Eyni zamanda torpaq vergisi və icarə haqqının ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilməsi faktı təsdiqini tapmamış və bu barədə cavabdeh də mötəbər dəlillərini məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh X4 qarşı cavabdeh X2 qeyri qanuni hərəkətlərin son qoyulması və icarə müqaviləsinin ləğv edilməsinə dair iddia tələbləri həmin hissələrdə əsaslı olduğundan təmin edilməli, iddia tələbinin cavabdeh X7 tərəfindən 1.78 ha hissədə bütövlüklə, 0.57 ha hissəsinin isə 0.54 hektardan istifadə etməsi nəzərə alınmaqla həmin hissədə iddia tələbi qismən yəni, mübahisəli torpaq sahəsinin 2,32 ha hissəsindən cavabdehin çıxarılması təmin edilməli, qalan hissədə isə iddia tələbi təmin edilməməlidir. Qarşılıqlı iddiaya münasibətdə isə məhkəmə qeyd edir ki, ilkin iddia üzrə cavabdeh X7 öz qarşılıqlı iddisının əsasını sübut etmiş, torpaq sahəsini yararlı hala salınması üçün xərc çəkdiyini, həmin xərcin qiymətləndirilməsi barədə rəyi məhkəməyə təqdim etmiş, həmçinin İddiaçı1 torpaq sahəsini icarəyə verdiyini məhkəmə iclasında etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X2 ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşı pul tələbinə dair iddiası qismən yəni, çəkilmiş xərclərə və yaxşılaşdırma işlərinə münasibətdə 9580 manat vəsaitə dair hissədə təmin edilməli, ödənilmiş 3500 manata dair hissədə isə iddia tələbinin sübut edilməməsi əsasına görə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İlkin iddia təmin edilsin. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X7 ilk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 mülkiyyətində olan Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən 2.35 ha torpaq sahəsinin 2,32 ha hissəsindən çıxarılsın. Cavabdeh X7 ilə İddiaçı1 arasında bağlanmış icarə müqaviləsi ləğv edilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı X2 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşı ziyan tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. İddiaçı1 9580 manat alınaraq cavabdeh X4 verilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-238/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-238/2023
19.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver