Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2382/2021 04.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun, İddiaçı Allahverdi oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Yahyayev Dilsuz Allahverdi oğluna və Cavabdeh2 qarşı cavabdehlərin əmlakları ilə birlikdə mənzildən çıxarılması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Allahverdi oğlunun və onun həyat yoldaşı Cavabdeh2 qızının əmlakları ilə birgə ona məxsus Bərdə rayonu Arabaçılar kəndində yerləşən onun mülkiyyətində olan 0,725 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 56 kv.m yaşayış, 29.6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evndən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Mədətov Tahir Allahverdi oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, ailə üzvüləri ilə birlikdə Bərdə rayonu, Arabaçılar kəndində yaşayır, auilə üzvüləri ilə birlikdə yaşadığı ev mərhum anası X12 tərəfindən 2006-cı ildə bağışlanma müqaviləsi əsasında ona hədiyyə edilmişdir. Ailə üzvüləri ilə birgə yaşadığı həmin bağışlanmış evə dair Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti tərəfindən yaşadığı evə dair MH ******* saylı çıxarış da verilmişdir. Qardaşı X5 2013-cü ildə həmin bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi barədə Bərdə Rayon Məhkəməsində ona qarşı iddia qaldırmış, laki iddia əsassız olduğundan rədd edilmiş və eyni tələblə bağlı Apellyasiya şikayəti dı veilmiş və Gəncə Apelyasiya Məhkəməsinin qətnaməsinə əsasən Bərdə Rayon Məhkəmədinin 2(021)- 536/2013 saylı 15 aprel 2013-cü il tarixli qətnaməsi qüvvədə qalmışdır. Bütün bunları qeyd etməkdə məqsədi budur ki, hal-hazırkı dövrdə digər qardaşı və onun həyat yoldaşı, hazırkı mülki iş üzrə cavabdehlər Yahyayev Dilsuz Allahverdi oğlu və Zeynalova Sürəyya Xankişi qızı uzun illərdir ki, onun və ailə üzvüləri ilə birgə yaşadığı Bərdə rayonu Arabaçılar kəndində yerləşən onun mülkiyyətində olan 0725 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı 56 kv.m yaşayış, 29.6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evində yaşayırlar. Hal-hazırda cavabdehlərin övladı Allahverdiyev Ruslan Dilsuz oğlu ailələrinə məxsus 0.16 ha torpaq sahəsində fərdi yaşayış evi tikmiş və dəfələrlə valdeyinlərinə, yəni cavabdehlər Yahyayev Dilsuz Allahverdi oğluna və onun həyat yoldaşı Cavabdeh2 tikdiyi evə köçüb birgə yaşamaqlarını təklif etsə də cavabdehlər Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 Xankişi qızı onun mülkiyyətində olan evdən çıxmırlar. Dəfələrlə israrla cavabdehlər Yahyayev Dilsuz Allahverdi oğluna və onun həyat yoldaşı Zeynalova Sürəyya Xankişi qızına onun mülkiyyətində olan evi tərk etmələrini desə də təkid etsə də, evdən çıxmırlar və yaşayışlarını çətinləşdirirlər, ona və ailə üzvülərinə narahatçılıq verərək mülkiyyət hüququnu məhdudlaşdırırlar. Buna görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlər Yahyayev Dilsuz Allahverdi oğluna və onun həyat yoldaşı Zeynalova Sürəyya Xankişi qızına məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Yahyayev Dilsuz Allahverdi oğlunun və onun həyat yoldaşı Zeynalova Sürəyya Xankişi qızının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Mədətov Tahir Allahverdu oğlu xx xxxxxx 1958-ci ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayonu, Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 283 nömrəli, 21 iyun 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Allahverdi oğlu Bərdə rayonu, Arabaçılar kəndində yaşayır. Mülki işə əlavə edilmiş 547154 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı Allahverdi oğlu xx xxxxxx 1958-ci ildə doğulmuşdur, anası Yahyayeva Səyalı Ədil qızıdır. Mülki işə əlavə edilmiş AZ-İ 735595 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 12 fevral 2016-cı ildə beyin infarktından ölmüşdür. İş materiallarında olan MH ******* nömrəli reystirdən çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu, Alaçadırlı kəndində 0.725 ha trorpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 56 kv.m yaşayış, 29.6 kv.m köməkçi sahədən ibarət yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reystrində qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bərdə Ərazi İdarəsinin 22 iyun 2013-cü il tarixli, **********22 nömrəli məktubun surətindən müəyyən olunur ki, Bərdə rayonu Atrabaçılar kəndində yerləşən fərdi yaşayış evi əvvəllər X8 məxsus olmuş, 21 noyabr 2006-cı ildə həmin fərdi yaşayış evi Bərdə rayonu 2 saylı dövlət notaariat kontorunun verdiyi 4 ə-193 saylı bəxşiş müqaviləsinə əsasən İddiaçı adına rəsmiləşdirilmişdir. İddiaçı 08 dekabr 2006-cı ildə **********82-10301 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-536/2013 saylı, 15 aprel 2013-cü il tarixli qətnamənin surətindən müəyyən olunur ki, Yəhyayev Zakir Allahverdi oğlunun Yahyayev Allahverdi Mədəd oğlundan miras qalmış mülkün və həyətyanı torpaq sahəsinin “daşınmaz əmlakın” cavabdehin anası Yəhyayeva Səyalı Ədil qzı tərəfindən hüquq verən saxta sənəd əsasında vərəsələrdən tək vərəsə cavabdeh Mədətov Tahir Allahverdi oğluna bağışlanmasına dair 2 saylı notariat kontoru tərəfindən verilmiş 21 noyabr 2006-cı il tarixli 4İ-193 saylı bağışlanma müqaviləsinin etibarsız hesab olunması və miras kütləsinə daxil edilmiş 56 kv.m yaşayış sahəsi olan 3 otaqlı fərdi yaşayış evinin həyətdə olan yardımçı damların və 0,30 hektar həyətyanı torpaq sahəsinin vərəsələr arasında bərabər payda bölünməklə paylarının müəyyən edilməsi barədə iddiası əsassız olduğundan rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apelyasiya Məhkəmədinin 18 iyul 2013-cü il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsinin 15 aprel 2013-cü il tarixli 2-536 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, İddiaçı cavabdehlər Cavabdeh1un və Cavabdeh2 əmlakları ilə birlikdə mənzildən çıxarılmaları barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1un və Cavabdeh2 əmlakları ilə birlikdə mənzildən çıxarılmalıdırlar. Belə ki, mülki iş materiallarında olan sənədlərlə də evin tam mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətində olduğu sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Yahyayev Dilsuz Allahverdi oğlu və Cavabdeh2 Bərdə rayonu, Alaçadırlı kəndində 0.725 ha trorpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 56 kv.m yaşayış, 29.6 kv.m köməkçi sahədən ibarət yaşayış evindən çıxarılsınlar. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2382/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2382/2021
04.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver