Məhkəmə qərarları › İş №2(021)-2386/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2386/2022

05.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2386/2022 05.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh torpaq üzərində onun mülkiyyət hüquqlarını pozan hərəkətlərinin qanunsuz hesab edilməsinə və ona məxsus Bərdə rayon Qaratəpə kəndində yerləşən 1.1 ha pay torpaq sahəsindən çıxarılmasına, o cümlədən qanunsuz olaraq torpağını əkib becərdiyi üçün ona dəymiş 5582.5 manat məbləğində maddi ziyanın cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Qaratəpə kəəndində anadan olmuşdur. Ailə həyatı qurana kimi anası ilə birgə Qaratəpə kəndində yaşamışdır. Ailə qurduqdan sonra Bərdə rayon Türkmən kəndində yaşamışdır. xx.xx.2019-cu ildə anası Zümrüd Qocayeva vəfat etmişdir. Bərdə rayon Qaratəpə kəndində yerləşən 1.1 ha pay torpaq sahəsi anasından ona miras qalmışdır. Qanun üzrə X1 əsasında həmin torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən onun adına qeydiyyata alınmışdır. Mübahisəli torpaq sahəsini uzun illərdir Cavabdeh istifadə etmişdir. Bununla bağlı Bərdə rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunaraq cavabdeh Bərdə rayonu Qaratəpə kəndində yerləşən 1.1 ha torpaq sahəsində mülkiyyət hüququnu pozan hərəkətləri qanunsuz hesab edilməsi və Bərdə rayonu Qaratəpə kəndində yerləşən 1.1 ha torpaq sahəsindən çıxarılması qət olunmuşdur. Məhkəmə qətnaməsi icraya yönəlmiş, cavabdeh həmin torpaq sahəsində çıxarılmışdır.Lakin cavabdeh həmin torpaq sahəsini yenidən zəbt edərək əkib-becərməyə davam etmişdir. Dəfələrlə cavabdehdən torpaqdan çıxmaqlarını tələb etsə də, nəticəsi olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə ərizə verərək, cavabdehdən yalnız vurulmuş ziyanı tələb etdiyini qeyd edərək, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə tərərflərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışdan görünür ki, İddiaçı Bərdə rayon Türkmən kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayonu Qaratəpə kəndində kənd təsərrüfat təyinatlı 1.10 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Bərdə X6 Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışda qeyd olunur ki, Bərdə rayon Qaratəpə kəndində əkinə yararli 1 ha torpaq sahəsindən 1 il ərzində aqrotexniki qaydada qulluq edilməklə 35 sentner, yəni 3500 kq xam pambıq məhsulu əldə etmək mümkündür ki, bu da 1.1 ha torpaq sahəsindən 3850 kq xam pambıq məhsulu deməkdir. 2019-cu il üçün xam pambığın 1kq-ın qiyməti 0.65 manat, 2020-ci il üçün 0.70 manat, 2021-ci ili üçün isə 0.75 manat olmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)779\2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh iddiaçı X2 məxsus olan Bərdə rayonu Qaratəpə kəndində yerləşən 1.1 ha torpaq sahəsində mülkiyyət hüququnu pozan hərəkətləri qanunsuz hesab edilməsi və Bərdə rayonu Qaratəpə kəndində yerləşən 1.1 ha torpaq sahəsindən Cavabdeh çıxarılması qət olunmuş, qarşılıqlı iddia isə təmin olunmamışdır. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)779\2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Cavabdeh iddiaçı X2 məxsus olan Bərdə rayonu Qaratəpə kəndində yerləşən 1.1 ha torpaq sahəsində mülkiyyət hüququnu pozan hərəkətləri qanunsuz hesab edilməsi və Bərdə rayonu Qaratəpə kəndində yerləşən 1.1 ha torpaq sahəsindən Cavabdeh çıxarılması müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş icraata xitam verilməsi barədə İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, tələb borclu tərəfindən tam şəkildə təmin olunduğundan icraata xitam verilmişdir. İş materiallarında əlavə xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, sözügedən torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt etmiş, Bərdə Rayon Məhkəməsinin 2(021)779\2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən onun iddiaçı X2 məxsus olan Bərdə rayonu Qaratəpə kəndində yerləşən 1.1 ha torpaq sahəsində mülkiyyət hüququnu pozan hərəkətləri qanunsuz hesab edilməsi və Bərdə rayonu Qaratəpə kəndində yerləşən 1.1 ha torpaq sahəsindən çıxarılması qət olunmuşdur. Məhkəmə qətnaməsi icra olunduqdan sonra da yenədə cavabdeh həmin torpaq sahəsini zəbt edərək istifadə etmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Bərdə X6 Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayış nəzərə alınmaqla iddia tələbi təmin olunmalı, Cavabdeh 5582.5 manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5582.5 (beş min beş yüz səksən iki manat əlli qəpik) manat pul alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar