Məhkəmə qərarları › İş №2(021)-2388/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2388/2022

10.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2388/2022 10.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi İlham qızının maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə, Maraqlı şəxs2, X7, Maraqlı şəxs4, X5 qarşı “mirasın qəbul edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İlham qızı maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə, Maraqlı şəxs2, X7, Maraqlı şəxs4, X5 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1,51 ha torpaq sahəsinin miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi İlham qızı ərizəsini onunla əsaslandırmışdır ki, X1nun və anası X2 mülkiyyətində ünvan 2 ünvanında yerləşən 1.51 ha torpaq sahəsi var. Həmin torpaq sahəsinə JN-268 KOD-61**6018 saylı Torpaq mülkiyyət hüququna dair dövlət aktıda verilmişdir. Qeyd etdiyi dövlət aktında onun da ad var. X1 23 avqust 2021-ci il tarixdə, anası X8 isə 01 fevral 2016-cı il tarixdə vəfat etmişdir. Atası ilə anası tək qaldıqları üçün onlarla birlikdə yaşamışdır. Torpaq verildiyi zamandan isə torpaq sahəsini yararlı hala salaraq onlar istifadə etmişdirlər. Atası və anası ilə birlikdə qalan zaman onların bütün qayğılarını o çəkmiş və bütün təlabatlarını o etmişir. Atası 23 avqust 2021-ci il tarixdə isə vəfat etdikdən sonra torpaq sahəsini yararlı halda o istifadə etmişdir. Atası və anası vəfat etdikdən sonra ünvan 2ində yerləşən 1.51 ha torpaq sahəsini o miras olaraq qəbul etmişdir. İndi isə o hal-hazırda miras qalmış torpaq sahəsini adına rəsmi olaraq sənədləşdirmək istəyir. Bununla bağlı Bərdə regional Asan xidmət mərkəzinin notariat ofisinə müraciət etdikdə isə imtina etmişdirlər. Səbəb olaraq göstərilmişdir ki, mirası qəbul etmə müddəti ötürülmüşdür. Hal-hazırda maraqlı şəxs kimi qeyd etdiyi bacıları və bacısının övladı onun torpaq sahəsinin rəsmi olaraq adına sənədləşdirməsində heç bir etirazları yoxdur. Göstərilənləri nəzərə alaraq, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi İlham qızı ərizəsini müdafiə edərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxslər Bə Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Həmçinin Maraqlı şəxs2, X7, Maraqlı şəxs4, X5 Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəm onların iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi İlham qızı xx.xx.1967-ci il tarixdə Bərdə rayon ünvan 2ində anadan olmuşdur. ünvan 2ində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2016-cı il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş ünvan 2 İƏD üzrə icra nüməndəliyinin arayışından görünür ki, X15 vəfat edənədək həmin kəndə yaşamışdır. Vəfat edəndən sonra aşağıdakı ailə üzvləri qalmışdır; Ərizəçi, X10, X7, Maraqlı şəxs4. İş materiallarına əlavə edilmiş ünvan 2 İƏD üzrə icra nüməndəliyinin arayışından görünür ki, X15 vəfat edəndən sonra təsərrüfatında onunla birlikdə aşağıdakı ailə üzvləri qalmışdır :qızı Ərizəçi və nəvəsi X13. İş materiallarına əlavə edilmiş Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışlardan müəyyən olunur ki, Afa, İlhanə, Şəfa və Fatmanın X1, anası X14r. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışdan müəyyən olunur ki, X3 atası X11, anası Maraqlı şəxs4dır. İş materiallarına əlavə edilmiş Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs2 xx.xx.1963-cü il tarixdə Bərdə rayon ünvan 2ində anadan olmuşdur. Yevlax rayon Balçılı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X17 xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Seriya AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs4 xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, Maraqlı şəxs2, X17 və Maraqlı şəxs4 ata və anasından miras qalmış ünvan 2 ünvanında yerləşən JN-268 KOD -61**6018 dövlət aktı əsasında olan 1,51 ha torpaq sahəsindən onların payına düşən vərəsəlik hissəsindən bacıları Ərizəçi xeyrinə imtina edirlər. İş materiallarına əlavə edilmiş JN-268 KOD -61**6018 dövlət aktından görünür ki, ünvan 2 ünvanında yerləşən 1,51 ha torpaq sahəsi X12, X4 və X5 məxsusdur. İş materiallarına əlavə edilmiş Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən Ərizəçi verilmiş cavab məktubundan görünür ki, mirasın qəbul edilmə müddəti ötürüldüyündən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 1** (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının məhkəmə müəyyən edir. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi İlham qızının ünvan 1 ünvanında yerləşən 1,51 ha torpaq sahəsinin miras əmlak kimi qəbul etməsi faktı müəyyən olunmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş 1** manat dövlət rüsumunu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi İlham qızının JN-268 KOD -61**6018 dövlət aktı əsasında ünvan 1 ünvanında yerləşən 1,51 ha torpaq sahəsinə dair miras əmlak kimi qəbul etməsi faktı müəyyən edilsin. Ödənilmiş 1** manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar