Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-2392/2021 04.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi Şükürzadə Sürayyə Vaqif qızının iştirakı ilə, Ərizəçi Şükürzadə Sürayyə Vaqif qızının doğum qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayinunda dünyaya gəlmiş, 03 iyun 2020-ci il təvəllüdlü Sərxanın anadan olması faktının, doğum akt qeydində ata və ana qrafasında qeyd edilməklə, X12 oğlunun atası olması və Şükürzadə Sürayyə Vaqif qızının isə anası olmasının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Şükürzadə Sürayyə Vaqif qızı ərizəsini onunla əsaslandırmışdır ki, X5 ilə 28 iyun 2019-cu il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 03 iyun 2020-ci il təvəllüdlü X13 oğlu, 27 aprel 2019-cu il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Hal-hazırda övladları Sərxan üçün doğum haqqında şəhadətnamə almaq istəyirlər. Uşaq ev şəraitində dünyaya gəldiyi üçün doğuma dair tibbi arayışı almaq mümkün olmamışdır. Şəhadətnamə üçün Maraqlı şəxsnə müracuiət etsə də, ancaq Şöbəsinin ona verdiyi 18 iyun 2021-ci il tarixli məktubunda tibb müəssisəsindən həkimin verməli olduğu sənəd təqdim edə bilmədikləri səbəbindən doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında ərizəçi Şükürzadə Sürayyə Vaqif qızı ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X15 bildirmidir ki, Ərizəçi onun gəlinidir. Gəlinini uşağı 03 iyun 2020-ci ildə evdə doğulmuşdur. Buna görə də doğum haqqında şəhadətnamə almamışlar. İndi isə doğum haqqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etmişlər. Orada isə məhkəməyə müraciət etmələri bildirilmişdir. Faktın müəyyən olunması, uşağa doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Məhkəmə iclasında şahid X3 və X4 şahid X9 izahatına uyğun izahat verdilər. Məhkəmə ərizəçinin ifadələrini dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE ******** nörməli şəxsiyət vəsiqsəinin surətindən müəyyən olunur ki, Şükürzadə Sürayyə Vaqif qızı xx xxxxxx 2001-ci ildə doğulmuşdur. İş materiallarında olan AA05574585 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 17 fevral 1994-cqü ildə doğulmuşdur. İş materiallarında olan AZ İİ 346756 nömrəli nikah haqqında şəhdaətnamənin surətindən müəyyən olunur ki, X5 ilə Ərizəçi Vaqif qızı arasında olan nilkah 28 iyun 2019-cu ildə 762 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olaan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 17 evral 1994-cü ilə doğulmuşudr. İş materiallarında olan Bərdə şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 iyun 2021-ci il tarixli, 3898 nömrəli arayışdan müəyyən olunur ki, X1 şəhəri K.Cabbarov küçəsi 8-də yaşayır. İş materiallarında olan Bərdə rayon İlkin Səhiyyə xidmətinin Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 456 nömrəli 22 iyun 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Şükürzadə Sürayyə Vaqif qızının deməsinə görə X5 ilə birgə nikah dövründə 03 iyun 2020-ci il təvəllüdlü Şükürzadə-----------Sürayyə oğlu Bərdə İSX-nin Ailə Sağlamlıq Mərkəzində həkim pediatr tərəfindən qeydiyyata götürülmüş, müayinə olunmuş, paktik sağlam olması təsdiq olunmuşdur. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbsi tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli 402-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Şükürzadə Sürayyə Vaqif qızı qeydiyyat şöbəsinə müraciət etmiş, ona faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət körülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, ərizəçi Şükürzadə Sürayyə Vaqif qızının X7 ilə birkə nikahında bir oğla övladının olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamənin alıması üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. Ərizəçi 03 iyun 2020-ci il tarixdə Bərdə rayonunda bir oğlan övladının doğulması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X5, ana qrafasında Şükürzadə Sürayyə Vaqif qızı qeyd edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-2392/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-2392/2021
04.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver